Prezident təqaüdçüsü vəfat etdi

Prezident təqaüdçüsü vəfat etdiFizika üzrə fəlsəfə doktoru, prezident təqaüdçüsü, Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunun aparıcı elmi işçisi, görkəmli alim Sərdar Babayev vəfat edib.
Bu barədə "Report"a mərhumun oğlu Səttar Babayev məlumat verib.
Onun sözlərinə görə, atası mərhum Sərdar Babayev uzun müddət şəkər və qan təzyiqindən əziyyət çəkib: "O, bu gün səhər saatlarında ürək tutmasından vəfat edib".
Qeyd edək ki, Sərdar Babayev 3 noyabr 1945-ci ildə Şəki şəhərində anadan olub. 1964 – 1970-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin fizika fakültəsində, 1975 – 1978-ci illərdə Azərbaycan SSR EA Fizika İnstitutunun aspiranturasında təhsil alıb. 1981-ci ildə Azərbaycan SSR Fizika İnstitutunun Yarımkeçiricilər və dielektriklər fizikası elmi şurasında "A3B6 tipli yarımkeçirici kristalların rəqsi spektrlərinin xüsusiyyətləri" mövzusunda namizədlik dissertasiyasını müdafiə edib. 42-si xaricdə, 22-si beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda olmaqla çapdan çıxmış 86 elmi əsərin müəllifidir. 1985 – 1986-cı illərdə Moskvada P.N.Lebedev adına SSRİ EA Fizika İnstitutunda işləyib. 1994 – 1996-cı illərdə isə AMEA Fizika İnstitutunun nümayəndəsi kimi Ankara Orta Doğu Texniki Universitetində Lazer Spektroskopiyası laboratoriyasının yaradılmasında çalışıb.
Prezident təqaüdçüsü vəfat etdi

Sosial       Tarix: 17 may 2022
f Paylaş

Oxşar xəbərlər

Arıqlamaq istəyənlərin NƏZƏRİNƏ - Nahar üçün ideal vaxt açıqlandı

Naharın hansı saatda yeyilməsi yalnız gündəlik qidalanma rejiminə deyil, çəkiyə nəzarətə də təsir göstərə bilər. Aparılan araşdırmalardan birində arıqlamağa çalışan 420 nəfərin qidalanma vərdişləri izlənilib. Məlum olub ki

Daha çox maaş almaq istəyirsinizsə... – Bu bacarıq gəlirinizi artıra bilər

Xarici dil bilmək artıq yalnız əlavə bacarıq deyil, bir çoxsahədə işə qəbul zamanı namizəddən tələb olunan əsas meyarlardan birinəçevrilib. Xüsusilə ingilis və rus dillərini bilmək müxtəlifvakansiyalarda üstünlük kimi göstərilir

İsmayıllıda baş vermiş kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb

İsmayıllı rayonu, Hacıhəsənli kəndində toy məclisində avqustun 20-də baş verən kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb. Bu barədə -a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14

Qonşu ölkədə dollar kəskin bahalaşdı

İranda qiymət artımı və valyuta bazarında gərginliyin davam etdiyi vaxtda ABŞ dollarının məzənnəsi misli görünməmiş həddə – 225 min tümənə çatıb. xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Digər əsas valyutalard

Azərbaycanda ata oğlunun toyunda həbs olundu

Şirvanda toyda insident yaşanıb. " "a istinadla xəbər verir ki, hadisə "Aytac" şadlıq sarayında baş verib. Hadisəyə səbəb isə toy məclisində kriminal məzmunlu musiqinin səsləndirilməsi olub. Bu zaman xidmətd

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

Azərbaycanda qızıl bahalaşdı

Qızılın sentyabrın 9-na olan göstəriciləri açıqlanıb. KONKRET.azxəbər verir ki, qızılın 1 unsiyası 7541.6080 manat, 1 qramı isə 242.47 manat təşkil edib. Qiymətlər əyyarlar üzrə 99 əyyar təmiz qızılda 242.47 ₼, 750 əyya

Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"

İstehlak kreditlərinə tələbat günü-gündən artır. Gəlirləri ilə xərclərini qarşılamaqda çətinlik çəkən insanlar çıxış yolunu kreditdə görür, lakin zamanla borc yükünün artması, faizlərin yüksək olması ödəniş problemlərin


azerbaycan xeberleri son xeberler yeni xeberler novruz bayramı cəbhədən son məlumat son xeberler bugun xəbərlər