Prezident Zaur Hüseynovu işdən çıxardı
Zaur Mir Tofiq oğlu Hüseynov "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilib.
azxeber.com xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Digər Sərəncamla Vüsal Yusif oğlu Aslanov "Bakı Metropoliteni"nə sədr təyin edilib.
Vüsal Aslanov 2016-cı ilin sentyabr ayından "Azərbaycan Dəmir Yolları" QSC sədrinin müavini vəzifəsində çalışıb.
V.Aslanov 1981-ci ildə Sumqayıt şəhərində anadan olub. 2003-cü ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib. 2007-ci ildə Bakı Dövlət Universitetinin Mülki və Təsərrüfat Hüquqi fakultəsini fərqlənmə diplomu ilə bitirərək, magistr dərəcəsini qazanıb. 2020-ci ildə "Maastricht School of Management"i bitirib.
2004-cü ildən "Azərinşaatservis" MMC-də hüquq müşaviri vəzifəsində, daha sonra Biznes İnkişafı Departamentinin direktoru vəzifəsində çalışıb.
2005-2006 illərdə Hərbi Xidmətdə olub. 2006-2013 illərdə "Azərinşaatservis" MMC-nin Korporativ əlaqələr və Hüquq Departamentinin direktoru, İdarəetmə və hüquqi işlər üzrə direktor müavini vəzifələrində fəaliyyət göstərib.
V.Aslanov 2010-2014 illərdə "Azərinteltek" QSC-nin idarə heyətinin üzvü olub. 2013-2015 illərdə "Azərcon" ASC-nin direktoru vəzifəsində çalışıb. 2014-2015 illərdə əlavə iş yeri olaraq, "Retro-Park" MTK-nin sədri vəzifəsində çalışıb. 2015–2016-cı illərdə "Azərbaycan Dəmir Yolları" QSC sədrinin müşaviri vəzifəsində işləyib.
Evlidir, 3 övladı var.

Prezident Esvatini Kralını təbrik etdi
Məşhur türkiyəli aktyor evində ölü tapıldı
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
Bakının bu ərazisində işıq olmayacaq
Rəsmi Bakı Esvatini Krallığını təbrik etdi
Dünyanın ən gözəl qadını seçildi
"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib
Koxalski "Qarabağ"dan ayrılır - Azarkeşlərlə sağollaşdı
"Danışsam, bu liqanı ifşa edəcəyəm" - Joao Feliks
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi
50 yaşlı kişinin meyiti yaşadığı evdən tapıldı
Yubileyinə iki gün qalmış dünyasını dəyişdi
18 yaşlı azərbaycanlı İsveç siyasətində - Ən gənc namizəddir
4 yaşlı uşaq 3-cü mərtəbədən yıxıldı - Vəziyyəti ağırdır