Prezidentdən Böyük Vətən Müharibəsinin iştirakçıları ilə bağlı SƏRƏNCAM
Prezidentdən Böyük Vətən Müharibəsinin iştirakçıları ilə bağlı SƏRƏNCAM
Prezident İlham Əliyev mayın 1-də Böyük Vətən Müharibəsi iştirakçılarının "Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi (1945–2020)" Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.
AZƏRTAC xəbər verir ki, Sərəncama əsasən, 1941–1945-ci illər Böyük Vətən Müharibəsi cəbhələrində döyüş əməliyyatlarında iştirak etmiş, faşist işğalçılarına qarşı gizli mübarizə aparmış, arxa cəbhələrdə çalışmış, həmin dövrdə SSRİ Silahlı Qüvvələrində xidmət etmiş şəxslər "Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi (1945–2020)" Azərbaycan Respublikasının yubiley medalı ilə təltif ediləcəklər.
Azərbaycan Respublikasının Nazirlər Kabineti "Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi (1945–2020)" Azərbaycan Respublikasının yubiley medalının və onun vəsiqəsinin hazırlanması ilə əlaqədar tədbirlər görəcək. Həmçinin yubiley medalı ilə təltif olunacaq şəxslərin siyahısının tərtib edilməsini və medalların təqdim olunmasını təmin edəcək. /oxu.az
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Rusiya S-400 raketlərinin Türkiyədən dost ölkəyə köçürülməsinə icazə verdi
Bu şəxslərdə yuxu çatışmazlığı təhlükəli nəticələrə səbəb ola bilər
Kürdəmirdə toyda kütləvi zəhərlənmə oldu
ASELSAN' Naxçıvanda zavod yaradacaq
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTOLAR
Milli Məclis Anım Günü ilə bağlı Bəyanat qəbul etdi
Messinin vida matçının tarixi açıqlandı
Prezident və xanımı Bakıda sərgidə
Boş qalan yerlər çoxalır, kolleclər bağlana bilər? - AÇIQLAMA
İspaniyanın ən yüksək maaş alan idmançısı
Bakıda dəhşət: Dörd uşaq anası boğularaq öldürüldü, əri şübhəli bilinir
Fatih Terim "Barselona" ilə matçda texniki müşahidəçi olacaq
Ronaldo millinin düşərgəsini tərk edib
Pensiyaya çıxanlara birdəfəlik pul veriləcək – Kimlərə şamil olunur?
Motosikletlə skuter toqquşdu - Xəsarət alanlar var