Prezidentin "Dostluq" ordeni ilə təltif etdiyi Qod Nisanov – "Yalnız bir marağım var

Prezidentin Prezident İlham Əliyev imzaladığı sərəncamla Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə görə, Rusiyanın "Kiyevskaya ploşad" şirkətlər qrupunun Direktorlar Şurasının sədri Qod Nisanov "Dostluq" ordeni ilə təltif edilib.
50 illik yubileyini qeyd edən dünya şöhrətli biznesmen dağ yəhudilərinin kompakt yaşadığı Quba rayonunun Qırmızı qəsəbəsində anadan olub. Ötən əsrin 90-cı ilindən Moskvada yaşayır və Rusiyanın biznes elitasının aparıcı simalarındandır. 2001-ci ildə həmkəndlisi Zarah İliyevlə birlikdə "Moskva" ticarət mərkəzini təsis edən iş adamı "Biskvit" kompaniyasını, "Ukrayna" və "Avropa" otellərini də ərsəyə gətirib. 2005-ci ildən isə "Kiyevskaya Ploşad" Holdinqinin Direktorlar Şurasının sədridir.
Q.Nisanov ziyalı ailəsində böyüyüb başa çatıb və atası Simon Nisanov sovet Azərbaycanının məşhur sənaye müəssisələrindən sayılan Quba Konserv Zavodunda rəhbər vəzifələrdə çalışıb. Ölkə sənayesinin inkişafına önəmli töfhələr verən ata Nisanov hər zaman övladlarını zəhmətə alışdırıb. Bəlkə elə buna görə də Qod Nisanov gənc yaşlarından çalışmağa, çətinliklərə rəğmən ciddi uğurlar qazanmağa müvəffəq olub. 18 yaşından biznes fəaliyyətinə başlayan iş adamının həyatı heç də kənardan göründüyü kimi, asan olmayıb.
Qod Nisanov Rusiyada Qarabağ həqiqətlərinin yayılması, Azərbaycan diasporunun inkişafı istiqamətində də mühüm işlər görüb. Təsadüfi deyil ki, 2020-ci ilin iyul ayında Ermənistan Silahlı Qüvvələrinin Tovuz rayonu ərazisində törətdiyi təxribatlar zamanı onun rəhbəri olduğu "Food City" bazarında ermənilərin satdığı məhsullar boykot olunub və bu barədə danışıq üçün gələn Ermənistan səfirliyinin nümayəndələri qəbul edilməyib. 44 günlük vətən müharibəsində isə şəhid və qazi ailələri, vətən müharibəsi iştirakçılarına çoxsaylı yardımlar edib.
Rusiyada fəaliyyət göstərən Azərbaycan diasporunun fəallarından olan Nisanov Moskvada və Rusiyanın digər şəhərlərində ölkəmizlə bağlı keçirilən mədəni, multikultral tədbirlərin də əsas təşkilatçılarından biridir. Azərbaycanlı gənclərin təhsil alması, biznes dünyasına təşviq edilməsi, Rusiya elitasına çıxarılması istiqamətində də ciddi addımlar atıb. Məhz elə bu səbəbdən də Rusiyaya üz tutan soydaşlarımız onu özünə arxa-dayaq biliblər. Çünki Q.Nisanov hər kəsin problemini öz problemi, qayğısını isə öz qayğısı kimi qəbul edir. Təvazökarlığı, təşəbbüskarlığı ilə milyonların rəğbətini qazanan həmyerlimiz eyni zamanda doğma Qırmızı qəsəbənin abadlaşdırılmasında da yaxından iştirak edir.
Azərbaycanda məşğulluğun artırılmasını, iqtisadiyyatın tərəqqisi naminə yoruldum demədən çalışan iş adamı bu məqsədlə müxtəlif sosial layihələr həyata keçirib. Bir zamanlar atasının çalışdığı Quba Konserv Zavodunun bərpa edilməsi, müəssisənin ən müasir avadanlıqlarla təhciz edilməsi, 200-dən artıq insanın işlə təmin olunması, yerli bazara keyfiyyətli məhsullar çıxarması bu qəbildəndir. Mətbuata müsahibəsində biznesmen qeyd edir ki, onun bu zavoddan heç bir maddi marağı yoxdur: "Yalnız bir marağım var. İnsanlar işləsin, ailələrini dolandıra bilsinlər. Hazırda əlavə layihələr üzərində işləyirik".
Göründüyü kimi, Qod Nisanov fenomenal istedada malik sahibkar olmaqla yanaşı, həm də xalqını, dövlətini sevən, keçmişini unutmayan bir iş adamıdır. Onun bu günə qədər gördüyü işlər, həyata keçirdiyi layihələr bunun bariz nümunəsidir. Cənab Prezident İlham Əliyev Azərbaycanımızın inkişafı yolunda çalışan, səylərini əsirgəməyən soydaşlarımızı hər zaman qiymətləndirib və Qod Nisanovun "Dostluq" ordeni ilə təltif edilməsi də bu qəbildəndir. Bu həm də Azərbaycanın vətənpərvər ziyalılarına verilən layiqli qiymətin və motivasiyanın təzahürüdür.
Ziyalı Qadınlar Kulubu dəyərli həmyerlimiz Qod Nisanovu bu münasibətlə təbrik edir, ona cansağılığı, daha böyük nailiyyətlər və Azərbaycanımızın inkişafı naminə fəaliyyətində uğurlar arzulayır!
Prezidentin Prezidentin

Sosial       Tarix: 23 aprel 2022
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Qonşu ölkədə benzinin qiyməti ikiqat artırıldı

İran hakimiyyəti subsidiyalara uyğun olmayan benzinin qiymətini ikiqat artırıb. xəbər verir ki, bu barədə İran Neft Nazirliyi məlumat yayıb. "8 sentyabrdan etibarən üçüncü tarif çərçivəsində benzinin hər litrinin qiymət

Dünya bazarında neft bahalaşdı

Dünya bazarında neftin qiymətində artım qeydə alınıb. xəbər verir ki, ICE London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 68 sent bahalaşaraq 95,33 dollara yüksəlib. NYMEX birjasında isə "Light"

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli

iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu

Apl şirkətinin yeni nəsil iPhone-18 modellərinin Azərbaycanda satışa çıxarılacağı qiymətlər bəlli olub. -a istinadən xəbər verir ki, iPhone-18 Pro Max modelinin qiyməti belə olacaq:. 256 GB – 6 499 AZN. 512 GB – 6 99 AZN

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

Azərbaycanda PISA ilə bağlı mühüm yenilik – Region məktəbləri də tədqiqata cəlb edildi

Sentyabrın 4-də PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşü keçirilib. xəbər verir ki, görüşdə təhsil ictimaiyyətinin və media nümayəndələrinin iştirakı ilə PISA proqramının məqsədləri, əsa

Sabah bu ərzilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 4-də Bakıda, Abşeronda və Cəlilabadda bir sıra yaşayış məntəqələrinin elektrik şəbəkələrind

Gəncədə iki avtomobil toqquşdu: Xəsarət alanlar var

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. " "a istinadla xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan iki "VAZ 2107" markalı minik avtomobilləri toqquşub. Qəza zamanı

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət


azerbaycan xeberleri son xeberler yeni xeberler xeber.az son xeberler cəbhədən xəbərlər sonxabar iqtisadiyyat xeberleri bugun