Prezidentin düşmən tapdağından azad edilən ərazilərlə bağlı hökumət qarşısında qoyduğu tapşırıqlar - RƏQƏMLƏR

Prezidentin düşmən tapdağından azad edilən ərazilərlə bağlı hökumət qarşısında qoyduğu tapşırıqlar - RƏQƏMLƏRPrezidentin düşmən tapdağından azad edilən ərazilərlə bağlı hökumət qarşısında qoyduğu tapşırıqlar - RƏQƏMLƏR
44 günlük Vətən müharibəsi Azərbaycanın qələbəsi ilə başa çatdıqdan sonra dövlət qarşısında köçkünlərin öz-dədə baba torpaqlarına qayıtması prioritet məsələdir. Buna görə sosial proqramlar hazırlanır, köçkünlərin qayıdışı ilə bağlı münbit zəmin yaradılır.
Bu məqsədlə düşmən işğalından azad edilən ərazilərdə infrastruktur yaradılır, yollar çəkilir.
Paralel olaraq qələbəni siyasi yolla möhkəmləndirmək, erməni faşizminin baş qaldırmasına imkan verməmək, beynəlxalq müstəvidə keçmiş münaqişə və indiki reallıqla bağlı, o cümlədən dağıdılmış ərazilər haqqında məlumat çatdırmaq qarşıya vəzifə olaraq qoyulub.
Yanvarın 6-da Prezident İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda keçirilən müşavirədə dövlət başçısı hökumət qarşısında tapşırıqlar qoyub.
Dövlət başçısı iclasda işğaldan azad olunmuş ərazilərin bərpası, minadan təmizlənmə və digər məsələlərdən danışıb.
Məlumat üçün deyək ki, Vətən müharibəsi zamanı təcavüzkar Ermənistanın mülki əhalini hədəfə alması nəticəsində 9 mindən çox ev dağıdılıb.
Prezident bildirib ki, həmin evlərin bərpası əsas vəzifələrdən biri olmalıdır və bu məsələ də qısa müddət ərzində öz həllini tapmalıdır. Bu məqsədlə çoxmənzilli evlərin yenidən tikilməsi üçün vəsait ayrılıb.
Qiymətləndirmələrlə bağlı rəqəmlər
Bugünədək zərər çəkmiş vətəndaşların özlərinin iştirakı ilə 10 300-dən artıq obyektə baxış keçirilib. Hazırda hesablanmış dəymiş ziyan 63,6 milyon manat həcmində qiymətləndirilir. Dövlət əmlakına dəymiş ziyan toplam olaraq təqribən 27,4 milyon manat dəyərləndirilir. Bugünədək aparılmış qiymətləndirmə 91 milyon manat təşkil edir. Dağıdılmış və qəzalı evlərin sayı 264-dür.
Dağıdılmış 10 çoxmənzilli bina Gəncə şəhərindədir. Ümumi fərdi yaşayış evlərinin sayı 9294-dür. 440 sahibkarlıq obyektinə, 227 nəqliyyat vasitəsinə, digər 18 obyektə, məktəblərə və sosial obyektlərə, 518 kənd təsərrüfatı obyektinə ziyan dəyib.
Bildirək ki, Prezidentin 2020-ci il 24 noyabr tarixli sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahı yaradılıb. Gündəlik məsələlərin həll edilməsi ilə yanaşı, ortamüddətli planlaşdırma işlərinə də başlanılıb. Eyni zamanda, işin təşkilini təmin etmək məqsədilə Əlaqələndirmə Qərargahı nəzdində idarələrarası mərkəz yaradılıb. Həmçinin bu mərkəzin nəzdində işçi qrupları yaradılıb.
Bu barədə müşavirədə Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev məlumat verib.
Bütün istiqamətlər üzrə 16 işçi qrupu yaradılıb. 
Prezident İlham Əliyev ərazilərin minalardan təmizlənməsi üçün işlərin gücləndirilməsinin vacibliyini də vurğulayıb.
Minaların təmizlənməsi vacibdir
Ölkə başçısı ANAMA-ya dövlət statusunun verilməsini və qurumun əməkdaşlarının sayının artırılmasına qeyd edib. Hazırda ANAMA-da 560 nəfər işçi var.
"Əlbəttə, bu tərkiblə biz istədiyimizə nail ola bilmərik. Yeni yaradılacaq bu qurum ən müasir texnika ilə təchiz edilməlidir. Dövlət İnvestisiya Proqramında bunu mütləq nəzərə alın ki, biz bu məsələyə çox vaxt itirməyək. İndi bəzi rəqəmlər səslənir, bəzi bəyanatlar verilir. Hesab edirəm ki, bu bəyanatlar yersizdir. İndi oturub bunu hesablamaq ki, biz bu torpaqları neçə ilə minalardan azad edəcəyik, sadəcə olaraq, məsuliyyətsizlikdir", - deyə İlham Əliyev əlavə edib.
Qeyd edək ki, ərazilərin minalardan təmizlənməsi üçün Türkiyədən 130 nəfərdən ibarət heyət Azərbaycana gəlib. Onlar həm təlimatçı kimi istehkamçılar üçün treninq keçirirlər, eyni zamanda, özləri də təmizləmə işləri ilə məşğuldurlar.
Eyni zamanda Rusiyadan bir qrup istehkamçı da Azərbaycana gəlib.  
Prezidentin hökumət qarşısında infrastrukturun bərpası ilə qoyduğu tapşırıqlar bunlardır:  
- Bütün şəhərlərin, kəndlərin bərpası ilə əlaqədar vahid konsepsiya olmalıdır. İlk növbədə böyük yaşayış məntəqələri bərpa olunmalıdır. Aidiyyəti qurumlar kəndlərin optimal say tərkibini müəyyən etməlidir. Ərazilərdə infrastruktur, məşğulluq və s. bu kimi məsələlər nəzərə alınmalıdır.
- Azad edilmiş torpaqlarda əsas fəaliyyət sahələri kənd təsərrüfatı, kənd təsərrüfatı emalı və turizm sahələri olmalıdır.
- Bərpa işləri, o cümlədən şəhərsalma qaydaları elə aparılmalıdır ki, bərpa olunacaq şəhərlərin dəqiq say tərkibi müəyyən edilsin. Minalardan təmizləmə, şəhərsalma qaydaları, infrastruktur layihələri və tikinti işləri ən müasir standartlara cavab verməlidir.
Aqşin Kərimov /oxu.az


Siyasi     Baxılıb: 358   Tarix: 12 yanvar 2021
f Paylaş

Oxşar xəbərlər

Qubad İbadoğluya yekun ittiham elan edildi - İstintaq bitir

Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunun cinayət işi üzrə ibtidai istintaq yekunlaşır. xəbər verir ki, bu barədə onun vəkili Bəhruz Bayramov məlumat verib. Vəkil deyib ki, Q.İbadoğluya Cinayə

Aİ-dən Qazaxın 4 kəndinin qaytarılmasına - REAKSİYA

"Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında danışıqları və dayanıqlı həlli tam dəstəkləyir". xəbər verir ki, bununla bağlı  Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan üzrə xüsusi nümayəndəsi Toyvo Klaa

Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət MƏHKƏMƏ QARŞISINDA

Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun daha bir şirkəti məhkəməyə verilib. KONKRET.azxəbər verir ki, Azərbaycanın 15 rayonunda pambığın yetişdirilməsi, tədarükü və emalı ilə məşğul olan "MKT İstehsalat Kommersiya"

Qazaxın 4 kəndi Azərbaycana qaytarılacaq - RƏSMİ

2024-cü il aprelin 19-da Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan Respublikası Baş nazirinin müavini Mqer Qriqoryanı

Fransa Azərbaycandakı səfirini niyə geri çağırdı? - Ekspertlər geniş izah verdi

Xəbər verdiyimiz kimi, Fransa Azərbaycandakı səfirini geri çağırıb. Fransanın ölkəmizdəki səfiri Ann Buayon artıq Fransadadır və Prezident Emmanuel Makron tərəfindən qəbul edilib. Görəsən, Ermənistanı silahla zənginləşdirən

Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir

 2020-ci il 10 noyabr üçtərəfli bəyanatına əsasən, Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı kontingentinin nəzərdə tutulan beş illik müddətdən əvvəl ölkədən çıxarılması prosesinə başlanılıb

Ayxan Hacızadə: Dörd kəndin Azərbaycana qaytarılması çoxdan gözlənilən tarixi hadisədir

Dörd kəndin Azərbaycana qaytarılması çoxdan gözlənilən tarixi hadisədir. xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə "X" hesabında yazıb. "Bu, çoxdan gözlənilə

Ermənistan Qazaxın 4 kəndini qaytarmağa RƏSMƏN RAZILAŞDI - Tarix açıqlandı

Qazağın 4 kəndinin Azərbaycana qaytarılması razılaşdırılıb. xəbər verir ki, bu barədə Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin v

"Əliyev qan tökülmədən daha bir qələbə qazandı" - Markov

Azərbaycan sevinir. Ermənistan 90-cı illərin əvvəllərində ələ keçirdiyi və Azərbaycanın geri qaytarılmasını tələb etdiyi 4 kəndi verir". xəbər verir ki, bu barədə rusiyalı politoloq Sergey Markov yazıb. "Ermənista


tezbazar azerbaycan xeberleri son xeberler yeni xeberler sonxeberler xeberler cəbhədən yeni xəbərlər krminal bu gun