Prezidentin etimadını doğrultmayam kadr: Elxan İbrahimov niyə işdən çıxarıldı?

Prezidentin etimadını doğrultmayam kadr: Elxan İbrahimov niyə işdən çıxarıldı?Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində bildirib ki, noyabr ayında bir neçə icra başçısını təyin etsə də, onlardan birini bir ay sonra vəzifəsindən azad etmək məcburiyyətində qalıb. Prezident vurğulayıb ki, 22 illik fəaliyyəti ərzində kadr seçimi zamanı etimad göstərib, lakin bəzi kadrlar sosial ədalət, rüşvətxorluq və korrupsiyaya qarşı verdiyi tövsiyələrə əməl etməyiblər.
AĞ Partiyanın sədri Tural Abbaslı azxeber.com-a açıqlamasında bildirib ki, Nəsimi rayonunun keçmiş icra başçısı ən qısa müddətdə vəzifədən kənarlaşdırılan məmurlardan biri oldu:
Prezidentin etimadını doğrultmayam kadr: Elxan İbrahimov niyə işdən çıxarıldı?"Nəsimi rayonunun keçmiş icra başçısı son dövrlərin ən qısa müddətdə vəzifədən kənarlaşdırılan məmurlarından biri oldu. Çünki onun qəbulu və vəzifəyə təyin olunması efirlər vasitəsilə geniş tirajlandı, sosial mediada yayıldı və hər biri açıq şəkildə Prezidentə verdikləri vədlərlə yadda qaldı. Lakin görünür ki, həmin şəxsin xarakterində müəyyən problemlər olub ki, 40 gün ərzində göstərilən etimadı doğrulda bilmədi və vəzifəsindən uzaqlaşdırıldı". 
O bildirib ki, kadr məsələsi hər zaman son dərəcə həssas və vacib məsələ olub:
"Kadr məsələsi hər zaman son dərəcə həssas və vacib məsələ olub. Məhz buna görə də sistem elə qurulmalıdır ki, kadrlar üzərində effektiv nəzarət mexanizmləri mövcud olsun və onlar tam şəkildə öz öhdəsinə buraxılmasın. Prezidentin də qeyd etdiyi kimi, kadr məsələsi çox ciddi məsələdir. Kadrların yetişməsi, formalaşması, məsuliyyəti dərk etməsi, xalqa xidmət göstərməsi və xalqın maraqlarının şəxsi maraqlardan üstün tutulması əsas prinsiplərdən olmalıdır. Bu sahədə yol verilən boşluqlar gələcəkdə Azərbaycan üçün daha böyük problemlər yarada bilər. Çünki Azərbaycanda siyasi partiyalar sistemi kifayət qədər zəifləyib".
Partiya sədri qeyd edib ki, məmurlar vəzifəyə gəlməzdən əvvəl müəyyən institutlarda yetişdirilməlidirlər:
"Məmurlar, dövlət idarəçiləri və qurumlara rəhbərlik edəcək şəxslər məhz siyasi partiyalarda yetişməli, müəyyən siyasi məktəbdən keçməlidirlər. Onlar bu mərhələni keçdikdən sonra vəzifələrə təyin olunmalıdırlar.
Hazırda isə bir çox hallarda şəxslər özəl sektordan gəlir, bəzilərinin ümumiyyətlə siyasi keçmişi və təcrübəsi olmur. Belə şəxslər qəfil yüksək vəzifələrə təyin olunduqda isə bəzən öz nəfs və maraqlarının qurbanına çevrilirlər. Düzdür, burada zaminlik institutu məsələsi də var. Həmin kadrı  irəli sürən, onun üçün məsuliyyət daşıyan şəxs olur. 
Dövlət olaraq çalışmalıyıq ki, kadr yetişdirən institutların fəaliyyətini tənzimləyək və onların keyfiyyətini artıraq".
Qeyd edək ki, Elxan İbrahimov bu ilin noyabrın 12-si Prezidentin sərəncamı ilə Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdi. 
Şahanə Ziyad

Siyasi       Tarix: 07 yanvar 2026
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Aqil Abbası tənqid etdi: Özü hədəfə alındı - FOTO

Millət vəkili Aqil Abbasın Milli Məclisdə Ağdama köçlə bağlı səsləndirdiyi fikirlər ətrafında müzakirələr səngimək bilmir. xəbər verir ki, ötən gün deputat Səbinə Salmanova da həmkarının fikirlərinə rəsmi sosial şəbəkə hesabınd

Azərbaycan I Qarabağ müharibəsində itkin düşənlərlə bağlı BMT-də bəyanat yayıb

Azərbaycan I Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərlə bağlı BMT-də bəyanat yayıb. xəbər verir ki, bəyanatı Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin müşaviri Nahidə Bağırova "Növbəti dörddəbir əsrdə Qadınlar

Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb

Azərbaycanın Baş naziri Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb. xəbər verir ki, Əli Əsədovu Tbilisi Beynəlxalq Hava Limanından Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvil

Merz İranla münaqişənin Avropaya 100 milyard avrodan baha başa gəldiyini açıqladı

Almaniya kansleri Fridrix Merz İran ətrafındakı münaqişənin son səkkiz ayda Avropaya 100 milyard avrodan çox iqtisadi zərər vurduğunu bildirib. O, tərəfləri vəziyyətin diplomatik yollarla həllinə çağırıb. KONKRET.azxəbə

Azərbaycan, Ermənistan və Gürcüstanın Romadakı səfirləri Cənubi Qafqazda sülhü müzakirə ediblər

Azərbaycanın İtaliyadakı səfiri Elçin Hüseynli Romada Diplomatiya Festivalının (Diplomacy in Rome) XVII buraxılışı çərçivəsində keçirilən "Yol ayrıcında Qafqaz: sülh, dəhlizlər və əməkdaşlığın yeni dövrü" adlı paneld

Prezident onları təltif etdi - Adlar

Azərbaycanda kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif edilib. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycanda kənd təsərrüfatının inkişafınd

Bakıda keçirilən NATO qiymətləndirilməsi başa çatıb

NATO-nun Əməliyyat İmkanları Konsepsiyası Proqramı çərçivəsində Azərbaycan Hərbi Hava Qüvvələrinin "Mi-17-1V" tipli helikopter cütlüyünün 2-ci Səviyyəli (NEL-2) NATO qiymətləndirilməsi başa çatıb. Müdafiə Nazirliyində

Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi müzakirə edilib

Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi perspektivləri və ikitərəfli əməkdaşlığın gücləndirilməsi müzakirə olunub. xəbər verir ki, bu barədə Azərbaycanın Özbəkistandakı səfirliyinin "X" sosia

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada Türk Dövlətləri Təşkilatı (TDT) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edir. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Ceyhun Bayramov


son xeberler yeni xeberler azerbaycan xeberleri en son xeberler bu gun son xeberler bugun 2026 canli bu gunun xeberleri novruz bayramı