Prezidentin general rütbəsi verdiyi şəxs kimdir? - DOSYE
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə İlqar Rza oğlu Abbasov Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi təyin edilib.
azxeber.com Gundem.az-a istinadən xəbər verir ki, Naxçıvan şəhərində anadan olmuş İlqar Abbasov Naxçıvan Muxtar Respublikasında, Lənkəran və Səbail rayon prokurorluqlarında işləyib. Bundan sonra Baş Prokurorluğun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsində çalışan İ.Abbasov Baş prokurorun köməkçisi vəzifəsinə yüksəlib. 2009-cu ildən 2017-ci il aprel ayının 26-nadək Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəis müavini vəzifəsində çalışıb.
Həmin tarixdə keçmiş Baş prokuror Zakir Qaralovun əmri ilə vəzifəsindən azad edilib və Bakı şəhər prokuroru təyin olunub.
Bu ilin aprel ayında isə səlahiyyət müddəti başa çatdığı üçün Baş prokuror Kamran Əliyevin əmri ilə Bakı şəhər prokuroru vəzifəsindən azad olunub.
Qeyd edək ki, bu gün Dövlət başçısının imzaladığı digər sərəncamı ilə Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi İlqar Rza oğlu Abbasova general-mayor ali hərbi rütbəsi verilib.

Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Ağır qəza nəticəsində 5 nəfər yanaraq öldü
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var