Prezidentin köməkçisi: "Azərbaycan Ordusu qadın, uşaq və yaşlılara qarşı müharibə aparmır

Prezidentin köməkçisi: "Azərbaycan Ordusu qadın, uşaq və yaşlılara qarşı müharibə aparmırPrezidentin köməkçisi: "Azərbaycan Ordusu qadın, uşaq və yaşlılara qarşı müharibə aparmır"
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Report"un suallarını cavablandırıb. Həmin müsahibəni təqdim edirik. 
- Milli Məclisin deputatı, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev Azərbaycan ordusunun Ermənistan Baş nazirinin həyat yoldaşını əsir götürmək üçün səbirsizliklə gözlədiyini deyib. Bu barədə nə deyərdiniz?
- Azərbaycan ordusu heç vaxt qadınlarla və ümumiyyətlə, mülki şəxslərlə döyüş aparmayıb. Azərbaycan Silahlı Qüvvələri beynəlxalq humanitar hüquq, xüsusilə Cenevrə Konvensiyalarını daim öz fəaliyyətində rəhbər tutub. Qadın, uşaq və yaşlı insanlara qarşı müharibə aparan və onları hədəfə alan məhz Ermənistan silahlı qüvvələridir. 2016-cı ilin aprel döyüşlərində, bu il 12 iyulda Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində baş vermiş toqquşma zamanı biz bir daha bunun şahidi olduq. Ermənistan silahlı qüvvələri tərəfindən yaşayış məntəqələrinin hədəfli şəkildə artilleriya atəşinə tutulması nəticəsində 76 yaşlı vətəndaşımız Əziz Əzizov həlak oldu.
Qüdrət Həsənquliyev təcrübəli siyasətçidir. Uzun illərdir Milli Məclisin üzvüdür. Hər kəs orduya və dövlətə ləkə yaxa biləcək təxribatçı açıqlamalardan çəkinməlidir.
Qüdrət Həsənquliyev dövlət məmuru olsaydı, Prezident tərəfindən cəzalandırılaraq vəzifəsindən azad edilərdi.
Ümid edirik ki, hakimiyyətin qanunverici qanadı olan Milli Məclis tərəfindən qanunda təsbit olunmuş qaydada müvafiq tədbirlər görüləcək.
- Sosial şəbəkələrdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən ehtiyatda olan hərbi vəzifəlilərin müxtəlif ixtisaslar üzrə təlim toplanışına çağırılması barədə bəzi spekulativ fikirlər səslənir. Hətta bunu səfərbərlik kimi qələmə verənlər də vardır. Bunu necə şərh edərdiniz?
- Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən ehtiyatda olan hərbi vəzifəlilərin müxtəlif ixtisaslar üzrə təlim toplanışına çağırılması qanunda nəzərdə tutulmuş və müntəzəm əsasda həyata keçirilən tədbirdir. Bunun səfərbərlik adlandırılması tamamilə yanlışdır. Azərbaycan Respublikası Silahlı Qüvvələri şəxsi heyətlə tam şəkildə komplektləşdirilib. Xüsusi səfərbərlik tədbirlərinə ehtiyac belə yoxdur. Ehtiyatda olan hərbi vəzifəlilərin hərbi hazırlıq və bacarıqlarının yoxlanılması, onların hazırlıq səviyyəsinin daim artırılması dünyanın əksər ölkələrində də geniş tətbiq olunan praktikadır. Müqayisə üçün qeyd edək ki, İsveçrə, İsrail, Skandinaviya ölkələrində bu sahədə çox tələbkar sistem mövcuddur.
 "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən ölkəmizdə hərbi toplanış tədbirləri həyata keçirilir ki, buna başqa bir don geyindirmək və ya cəmiyyətdə təşviş yaratmaq tamamilə əsassızdır. Ermənistan xüsusi xidmət orqanlarının kiber diversant qruplarının azərbaycanlı adını daşıyan saxta sosial media ünvanları vasitəsilə bu kimi təxribatçı mövzuları yayması da istisna edilməməlidir.   
Ordu və Əsgər müqəddəs mövzudur. Bu mövzuda yazan, sosial mediada paylaşım edən hər bir şəxs öz vətəndaşlıq borcunu və məsuliyyətini dərk etməlidir.
- Bu günlərdə xarici mediada və bəzi sosial şəbəkə profillərində guya Suriyadan Azərbaycana döyüşçülərin gətirilməsi barədə məlumatlar verilmişdir. Bu barədə nə deyərdiniz?
Birmənalı şəkildə qeyd etmək istərdim ki, bu yalan və saxta məlumatdır. Bu məlumatın arxasında Ermənistanın xüsusi xidmət orqanları durur. Azərbaycan Silahlı Qüvvələri şəxsi heyətlə tam komplektləşdirilmişdir. Ordumuzun yüksək döyüş hazırlığı var və Ermənistanın hər bir təxribatının qarşısını almağa qadirdir. Muzdlulara və terrorçulara ehtiyac olan məhz Ermənistan ordusudur. 90-cı illərdə Ermənistan-Azərbaycan münaqişəsinin aktiv fazasında Ermənistan Livan, Fransa, ABŞ vətəndaşı olan erməni terrorçularından muzdlu kimi istifadə etmişdir. Xocalı soyqırımının törədilməsində iştirak etmiş və muzdlu terrorçulardan ibarət Arabo və Aramo terrorçu dəstələrinin Ermənistan silahlı qüvvələrinin tərkibində xidmət etməsi faktdır. İndi də Ermənistan Livan və Suriyadan gətirilən erməni mənşəli şəxsləri muzdlu kimi Ermənistan silahlı qüvvələrinin tərkibinə daxil edir. Ermənistan tərəfi Yaxın Şərqdə digər istiqamət üzrə terrorçuların Azərbaycanın işğal olunmuş ərazilərinə gətirilməsi kanalları üzərində iş aparır.
Ona görə də bu xəbərlər növbəti saxta məlumatlardan başqa bir şey deyil.   
- Sosial şəbəkələrdə yayılan saxta məlumatlara və bu kimi manipulativ fəaliyyətlərə qarşı mübarizəni necə görürsünüz?
- Ümumiyyətlə, ölkəmizin sosial şəbəkə seqmentində bəzi davranış və ifadə tərzi, qeyri-peşəkar və məsuliyyətsiz şərhlər, saxta və yalan məlumatların yayılması tezliyi və intensivliyi, ordunun fəaliyyəti haqqında paylaşımlar ciddi narahatlıq doğurur. Birmənalı şəkildə başa düşülməlidir ki, hər hansı fərdin sosial şəbəkələrdə paylaşdığı məlumat və ya xəbər yoxlanılmamış, yanlış, qərəzli və təhrikçi ola bilər. Bəzən iş o həddə çatır ki, peşəkar media araşdırmadan sosial şəbəkədə yayılmış xəbərə istinad edir.  
Qeyd olunanlar sosial şəbəkələrin müsbət tərəflərini inkar etmir. Bu problem bütün dünyada mövcuddur. İlk növbədə ölkə ictimaiyyətində, xüsusilə gənclər arasında sosial şəbəkə maarifləndirilməsinin artırılmasına ehtiyac var. Bu da onlarda sosial şəbəkələrin zərərli təsirlərindən qorunmaq üçün intellektual immuniteti artıra bilər.
Sosial şəbəkələri təsis edən böyük şirkətlər də öz məsuliyyətlərini başa düşməli və yalnız müəyyən etdikləri süni intellektin imkanları daxilində bu problemə baxmamalı, sosial şəbəkələrdə cərəyan edən neqativ tendensiyalara qarşı effektiv tənzimləyici mexanizmlər təqdim etməlidirlər. /oxu.az

Siyasi       Tarix: 23 sentyabr 2020
f Paylaş

Oxşar xəbərlər

İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət ünvanlayıb

Prezident İlham Əliyev "Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması" mövzusunda AQEM (Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə) Media Forumunun iştirakçılarına müraciət ünvanlayıb

Prezident və xanımı Bakıda sərgidə

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 30-da Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian" 15-ci Beynəlxal

Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng etdi

Sentyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana zəng edib. xəbər verir ki, Dövlətimizin başçısı Prezident Məsud Pezeşkianı ad günü münasibətilə təbri

Hörmüz boğazında neft tankerlərinə hücum edilib

Sentyabrın 29-da Hörmüz boğazından Liberiya bayrağı altında keçən üç neft tankerinə naməlum qüvvələr tərəfindən mərmilərlə zərbə endirilib. xəbər verir ki, bu barədə "Marisks" gəmiçilik analitikası xidmətinə istinadl

Leyla Əliyeva Kuvakadla müzakirə apardı - FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sentyabrın 29-da Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakad ilə görüşüb. xəbər verir ki, görüşdə kardinal Cor

Hikmət Hacıyev: Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq

Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq. xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkə hesabındak

Qalibaf: İrana neft satmağa mane olunarsa, regionda başqa heç bir ölkə neft sata bilməyəcək

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf İranın regionda neft satışına mane olunacağı təqdirdə digər ölkələrin də həmin regionda neft sata bilməyəcəyini bildirib. KONKRET.azapa-ya istinadən xəbər verir ki, "Mehr"

Milli Məclis Anım Günü ilə bağlı Bəyanat qəbul etdi

Milli Məclis 27 sentyabr – Anım Günü ilə əlaqədar Bəyanat qəbul edib. xəbər verir ki, Bəyanatda deyilir:. "Azərbaycan dövlətimizin ərazi bütövlüyünü təsdiqləyən və işğal altında olan torpaqlaerın azad olunmasını tələ

Dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında - FOTOLAR

27 Sentyabr – Anım Günü ilə əlaqədar Baş nazir Əli Əsədov, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, Milli Məclisin sədri Sahibə Qafarova, digər dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında olublar. Dövlə


yeni xeberler azerbaycan xeberleri son xeberler xeberler bugun meherremlik 2026 cəbhədən görüntülər xeberler bu qun