Prezidentin köməkçisi: "Ermənistan "Metsamor"u siyasi şouya çevirir
Prezidentin köməkçisi: "Ermənistan "Metsamor"u siyasi şouya çevirir"
"Azərbaycan Silahlı Qüvvələri tərəfindən mülki və strateji obyektlərin hədəfə alınması ilə bağlı siyasət yoxdur. Ermənistan bu kimi məsələlərdən dezinformasiya kimi istifadə edir".
Oxu.Az-ın məlumatına görə, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistanın Tovuzdakı təxribatına həsr olunan mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Ermənistanda "İsgəndər" raketi vasitəsilə müxtəlif vaxtlarda Mingəçevir su anbarını vurmaqla bağlı hədələr səsləndirilib.
"Həmçinin, strateji obyektlər olan neft-qaz boru kəmərlərimizi hədəfə alacaqları ilə bağlı açıqlamalar veriblər. Azərbaycanın isə hər hansı strateji əhəmiyyət daşıyan nöqtələri hədəfə alınması məqsədi yoxdur.
Onlar bu kimi dezinformasiyalarla məsələdən beynəlxalq ictimaiyyətin diqqətini yayındırmaq istəyirlər", - deyə o əlavə edib.
H.Hacıyev qeyd edib ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi müxtəlif vaxtlarda Azərbaycanın şəhərlərini Ağdam kimi xarabalığa çevirməklə bağlı ifadələr də işlədiblər.
Azərbaycan tərəfindən "Metsamor"un vurulması ilə bağlı verilən açıqlama rəsmi mövqeni ifadə etmir.
"Bu fərdi istiqamətdə olan fikirdir. Ermənistan "Metsamor" məsələsini məqsədyönlü şəkildə siyasi şouya çevirib".
Aqşin Kərimov

Masallıda kişi evində ölü tapıldı
Yevlaxda üçotaqlı ev yandı
Yetər susduq, susduqca üstümüzə gəlirlər – Yaqub Mahmudovdan Gürcüstan Patriarxlığına
Beyləqanda elektrik yarımstansiyasında yanğın olub
Tokayevdən Putinlə bağlı SENSASİON AÇIQLAMA: "O, Avropa və dünya üçün..."
Vensdən İrana qarşı SƏRT XƏBƏRDARLIQ: "Onlar başa düşürlər ki..."
Netanyahu onlardan milyonluq təzminat tələb edir
Bu şəxslərdə yuxu çatışmazlığı təhlükəli nəticələrə səbəb ola bilər
Kürdəmirdə toyda kütləvi zəhərlənmə oldu
ASELSAN' Naxçıvanda zavod yaradacaq
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTOLAR
Milli Məclis Anım Günü ilə bağlı Bəyanat qəbul etdi
Messinin vida matçının tarixi açıqlandı
Prezident və xanımı Bakıda sərgidə