Prezidentin köməkçisi: Qafqaz regionunda yeni status-kvo formalaşır
Qafqaz regionunda qanunlara, legitimliyə, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan yeni status-kvo formalaşır.
KONKRET.azxəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Qarabağ Universitetində çıxışı zamanı bildirib.
O qeyd edib ki, bu həftə Ermənistan və Azərbaycan arasındakı münasibətlərdə daha bir tarixi an yaşanıb.
"Azərbaycan Baş nazirinin müavini Ermənistana səfər edib, burada iki ölkənin – Azərbaycan və Ermənistanın hökumətlər səviyyəsində gündəliyin müxtəlif bəndləri, o cümlədən iqtisadi və ticarət münasibətləri, siyasi dialoq, eləcə də sərhədlərin delimitasiyası və demarkasiyası müzakirə olunub – necə ki bu, qonşu ölkələr arasında adətən baş verir", – Hacıyev deyib.
O, həmçinin əlavə edib ki, Ermənistana ayrı-ayrı malların tədarükü iki ölkə arasındakı münasibətlərdə yeni normaya çevrilir:
"Bu həm də Ermənistanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə və ümumi rifahına kömək edir. Biz ayrı-ayrı malların idxalı imkanını nəzərdən keçiririk və iki ölkənin biznes icmaları artıq birgə fəaliyyət göstərirlər".
H.Hacıyev vurğulayıb ki, Ermənistan və Azərbaycan arasındakı münaqişənin daha geniş mənada həlli, xüsusən də Cənubi Qafqaz regionunda yeni gərginlik ocaqlarının yaranmasını nəzərə alaraq, hər iki ölkənin təhlükəsizliyini təmin edir.

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
Paşinyan qərar verdi: Simonyan Moskvaya gedir
Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib
İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Tovuzda minik avtomobili su kanalına aşıb, xəsarət alanlar var
Bazarda qiymətlər əl yandırır: Meyvə-tərəvəz niyə bahalaşır?
"Əl-Nəsr"dən Ronaldonu istədilər
"Sabah" mövsümdə ilk dəfə uduzdu
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
Bu şəxslərin gəlirlərindən 10 faiz vergi tutulacaq - Qanun
Maaşınızı istədiyiniz bankdan ala biləcəksiniz - TARİX
Yanacaqdoldurma məntəqələrində sürücülər necə aldadılır? – ŞOK İDDİA
Mərkəzi Banka yeni səlahiyyət verilir
İllərlə işləyənlərə daha çox PUL VERİLƏCƏK