Prezidentin köməkçisi: 'Təbii fəlakətlərin bütün zərərlərini dövlət ödəməməlidir

Prezidentin köməkçisi: 'Təbii fəlakətlərin bütün zərərlərini dövlət ödəməməlidirKənd təsərrüfatı sahəsində risklərin idarə edilməsi və fermerlərin ehtimal olunan itkilərdən müdafiəsi baxımından aqrar sığorta mexanizmlərinin daha geniş tətbiqi vacibdir.
Bunu Prezidentin köməkçisi - Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev "Azərbaycanda kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində Abşeron-Xızı və Quba-Xaçmaz iqtisadi rayonları üzrə keçirilən müşavirədə fermerlərin suallarına cavab verərkən səsləndirdib.
Onun sözlərinə görə, kənd təsərrüfatı təbiət hadisələri və iqlim şəraitindən bilavasitə asılı olan bir sahədir və bu səbəbdən risklərin sığortalanması xüsusi əhəmiyyət daşıyır:
"Belə hesab etmək doğru deyil ki, istənilən təbii hadisə zamanı bütün zərərləri dövlət qarşılamalıdır. Bu sahədə müvafiq mexanizmlər fəaliyyət göstərir və fermerlər həmin mexanizmlərdən bəhrələnməlidirlər. Dövlət kənd təsərrüfatının inkişafı istiqamətində genişmiqyaslı dəstək tədbirləri görür, subsidiyalar ayırır, infrastruktur layihələri icra edir və fermerlərin fəaliyyət imkanlarının genişlənməsi üçün müvafiq şərait yaradır".
Bundan əlavə, Z. Nağdəliyev qeyd edib ki, fermerlər də öz təsərrüfatlarının dayanıqlığını möhkəmləndirmək məqsədilə aqrar sığorta alətlərindən istifadə etməli, risklərin idarə olunmasına məsuliyyətli yanaşmalıdırlar:
"Aqrar sığorta təbii fəlakətlər və digər gözlənilməz hallardan yaranan zərərlərin kompensasiya edilməsində mühüm rol oynayır və kənd təsərrüfatında davamlı inkişafın təmin olunmasına xidmət edir". / azxeber.com

Siyasi       Tarix: 16 iyun 2026
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Niderland Ukraynaya 1.2 milyardlıq yardım ayırır

Niderland hökuməti növbəti üç il ərzində Ukraynaya 1,2 milyard avro məbləğində qeyri-hərbi yardım ayıracaq. KONKRET.azxəbər verir ki, bu barədə Niderlandın xarici ticarət naziri Syord Syordsma məlumat verib. Onun sözlərin

YAP Təftiş Komissiyasının sədri və sədr müavini seçildi

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Təftiş Komissiyasının iclası keçirilib. İclasda YAP-ın Vll Qurultayında seçilmiş Təftiş Komissiyasının üzvləri Təftiş Komissiyasının sədri vəzifəsinə Sevinc Hüseynova, sədr müavin

Azərbaycan ilə FAO arasında əməkdaşlıq müzakirə olunub

Azərbaycan ilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) arasında əməkdaşlıq müzakirə olunub. xəbər verir ki, bu barədə Azərbaycanın Macarıstandakı səfirliyinin "X" sosial şəbəkə hesabında məlumat paylaşılıb

Ceyhun Bayramov Hakan Fidanla görüşdü – FOTOLAR

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada türkiyəli həmkarı Hakan Fidanla görüşüb.  xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb. Görüş Ankarada TDT XİN Şurasının iclası çərçivəsind

Prezident onları təltif etdi - Adlar

Azərbaycanda kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif edilib. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycanda kənd təsərrüfatının inkişafınd

Ceyhun Bayramov Türkiyəyə səfər edib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyəyə səfər edib. Ceyhun Bayramov bu gün Ankarada Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edir. /

Rusiya-Ukrayna münaqişəsində yeni diplomatik mərhələ: Nələr dəyişə bilər?

"Rusiya və Ukrayna arasında qarşılıqlı təhlükəsizlik təminatlarının müzakirəsi münaqişənin həlli istiqamətində mühüm diplomatik addımdır. Lakin bu proses yalnız iki ölkənin mövqeləri ilə məhdudlaşmır. Burada NATO-nu

Müxalifət Netanyahunu ittiham etdi: "Günahkardır"

İsrail müxalifətinin lideri Qadi Ayzenkot Baş nazir Benyamin Netanyahunu parlament seçkilərinin yekun nəticələrinin açıqlanmasını xarici müdaxilə ilə bağlı araşdırmanı bəhanə edərək gecikdirməyə çalışmaqda günahlandırıb

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada Türk Dövlətləri Təşkilatı (TDT) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edir. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Ceyhun Bayramov


azerbaycan xeberleri son xeberler yeni xeberler xeber.az 2026 bugunun xeberleri xabar az hava haqqinda