Prezidentin qətiyyətli və düşünülmüş siyasəti Azərbaycanın genişmiqyaslı inkişafına möhkəm zəmin yaradır

Prezidentin qətiyyətli və düşünülmüş siyasəti Azərbaycanın genişmiqyaslı inkişafına möhkəm zəmin yaradırİyulun 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilmiş müşavirədə dövlət başçımızın çıxışı bir sıra mətləblərə aydınlıq gətirdi, ölkəmizin iqtisadiyyatı barədə söylənən fikirlər qürurumuzu daha da artırdı. İlin 6 ayı geridə qalıb. Yarım il ərzində həm siyasi, həm də iqtisadi hadisələri analiz etdikdə aydın görmək olur ki, cənab Prezidentin qeyd etdiyi kimi, ölkəmiz uğurla inkişaf edir, bütün istiqamətlər üzrə qarşıya qoyulan vəzifələr icra edilir. Ölkəmiz kifayət qədər nüfuzlu tədbirlərə ev sahibliyi etdi və tədbirlərdə öz tələblərinin irəli sürülüb müsbət rəylər almasına nail oldu. İlk növbədə, ölkəmizin Qoşulmama Hərəkatına sədrlik müddətinin gələn ilin sonuna qədər artırılması bu uğurun bariz göstəricilərindən biridir.
Azərbaycan Qoşulmama Hərəkatının inkişafına böyük töhfələr verib. Bunlardan biri bu il Bakıda keçirilmiş Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin toplantısı və Parlament Şəbəkəsinin yaradılması idi. Bu, bir bir daha göstərdi ki, Qoşulmama Hərəkatının çox böyük potensialı var və bu təşkilat həmrəyliyi dərinləşdirmək, əməkdaşlığı genişləndirmək və qarşılıqlı beynəlxalq dəstək üçün çox önəmli platformadır. Cənab Prezidentin bəyan etdiyi kimi, Azərbaycan öz sözünə sadiq qalan ölkədir və bunun sübutu olaraq beynəlxalq arenada Azərbaycanın oynadığı rolu, göstərdiyi həmrəyliyi və ehtiyac içərisində olan ölkələrə verdiyi həm humanitar, həm də maliyyə dəstəyini misal çəkmək olar. Bu gün ölkəmizin beynəlxalq nüfuzunun durmadan artması Prezident İlham Əliyevin xarici siyasətinin məntiqi nəticəsidir.
Müşavirədə xarici siyasətlə yanaşı, Qarabağ və Şərqi Zəngəzurda aparılan infrastruktur barədə söz açan Prezident İlham Əliyev vurğulayıb ki, bu gün Azərbaycanın Qarabağda və Şərqi Zəngəzurda apardığı möhtəşəm yenidənqurma işləri də ölkənin iqtisadi qüdrətinin daha bir nümayişi kimi qiymətləndirilməlidir. Ölkəmiz işğaldan azad edilmiş ərazilərini tamamilə yenidən qurur. Aparılan işlər hamısı yüksək xərc tələb edir, dövlət hesabına aparılır. Prezident İlham Əliyevin dediyi kimi, heç bir yerdən heç kim bizə bir manat yardım etməyib. Azərbaycan öz gücünə, öz imkanları hesabına şəhərlər salır, kəndləri yenidən qurur, binalar tikir. İşlərin miqyası ölkəmizdə fəaliyyət göstərən xarici dövlətlərin diplomatik korpus nümayəndələrinin işğaldan azad edilmiş ərazilərə səfərinin təşkil edilməsi ilə hər kəsə nümayiş edilir. Qısa müddətdə görülən işlər bütün dünyanı sözün əsl mənasında heyrətə gətirir. Görülən işlərin mənbəyi dövlət büdcəsidir.
Ölkənin büdcəsi təkcə neftin qiymətinin artması nəticəsində böyüməyib. Dövlət başçısının dediyi kimi, büdcənin böyüməsi dürüstləşmə və aparılan uğurlu islahatlar nəticəsində mümkün olmuşdur. Həmçinin iqtisadi sahədə aparılan islahatlar nəticəsində ilin ilk 6 ayı ərzində vergilər sahəsində proqnozdan əlavə 2 milyard manat pul yığıldı. Biznes dairələrinə imkan verildi ki, onlar kölgə iqtisadiyyatından çıxsınlar. Nəticə həqiqətən də uğurlu oldu. İqtisadi artım 6,2 faiz, o cümlədən qeyri-neft sektorunda artım 9,6 faiz oldu. Həmçinin hesabat dövrü ərzində əhalinin gəlirləri təxminən 20 faiz artıb. Bütün bunlar Azərbaycan iqtisadiyyatının davamlı inkişafının bariz göstəriciləridir.
Cənab Prezident Ermənistanın bugünkü qeyri-müəyyən mövqeyinə də toxunaraq bildirdi ki, cari ilin altı ayı ərzində Azərbaycan-Ermənistan əlaqələrinin normallaşdırılması istiqamətində müəyyən addımlar atılsa da, əfsuslar olsun ki, hələlik real nəticələr əldə olunmayıb. Bunun yeganə səbəbi isə məhz Ermənistanın hələ də öz öhdəliklərinin icrasından boyun qaçırmasıdır. İlk növbədə 2020-ci ildə imzalanmış 10 noyabr Bəyannaməsində Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında birbaşa əlaqənin qurulma…

Siyasi       Tarix: 19 iyul 2022
f Paylaş

Oxşar xəbərlər

Fransada etirazların arxasında hansı problemlər dayanır? – Politoloqdan açıqlama

"Fransada baş verən etirazlar ölkənin sosial və siyasi həyatında yığılıb qalmış problemləri yenidən gündəmə gətirir. Bahalaşma, sosial təminatla bağlı narazılıqlar, təhsil sistemindəki çətinliklər və hökumətin qərarların

Hikmət Hacıyev alman və azərbaycanlıların iki əsrlik birgəyaşayış tarixindən bəhs edən filmi paylaşıb

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev almanlar və azərbaycanlıların iki əsrlik birgəyaşayış tarixinə həsr olunmuş "Counterpoint"

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

15 oktyabr tarixində xarici işlər naziri Ceyhun Bayramov ölkəmizə işgüzar səfərdə olan Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə görüşüb. xəbər verir ki, bu barədə XİN məlumat yayıb. Bildirilib ki, görüş zamanı, Azərbaycan-Türkiy

Prezidentin mesajı: Müharibə cinayətləri cəzasız qalmamalıdır

"Prezident İlham Əliyevin oktyabrın 15-də səsləndirdiyi fikirlər təkcə Azərbaycanın keçmişdə üzləşdiyi ədalətsizliklərin xatırladılması deyil, həm də beynəlxalq münasibətlər sistemində mövcud problemlərə yönəlmiş cidd

Avropanın 6 ölkəsində Ermənistanı sorğulayan aksiyalar təşkil edilib

Azərbaycanın "Gilavar Foto Klubu" İctimai Birliyinin "Minasız dünya" beynəlxalq kampaniyasının 2026-cı il oktyabrın 15-də növbəti dayanacağı Avstriyanın Salzburq şəhəri olub. xəbər verir ki, sərgi Avstriyadak

İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib

Prezident İlham Əliyev Milli Paralimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyi münasibətilə komitənin kollektivini və paralimpiyaçıları təbrik edib. xəbər verir ki, dövlətimizin başçısı bununla bağlı müraciətində qey

AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri

Müasir beynəlxalq münasibətlər sistemində dövlətlərin mövqeyi yalnız onların iqtisadi və siyasi potensialı ilə deyil, həm də milli maraqlarını qorumaq, beynəlxalq hüququn prinsiplərinə əsaslanmaq və qlobal proseslərdə fəa

Mehriban Əliyeva: Azərbaycanın dövlət müstəqilliyi, suverenliyi, ölkəmizdəki sülh və əmin-amanlıq əbədi olsun

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial media hesablarında Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım edib. xəbər verir ki, paylaşımda deyilir:. "18 oktyabr. Müstəqilliyin Bərpası Günü. Azərbaycanı

Rusiya İran münaqişəsinin həllinə kömək etməyə hazırdır - Lavrov

Rusiya İranla ABŞ arasındakı münaqişənin həlli yollarının axtarışına dəstək verməyə hazırdır. xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Tehranda bildirib. Lavrov Moskvanın İranın regionda uzunmüddətl


son xeberler yeni xeberler azerbaycan xeberleri xeberler azerbaycan son xeberler az az xeber son xəbərlər bugün 2026