İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib

İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edibPrezident İlham Əliyev Milli Paralimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyi münasibətilə komitənin kollektivini və paralimpiyaçıları təbrik edib.
azxeber.com xəbər verir ki, dövlətimizin başçısı bununla bağlı müraciətində qeyd edib: "Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü ilə 1996-cı ilin fevral ayında Milli Paralimpiya Komitəsi təsis edilməklə, ölkəmizdə paralimpiya hərəkatının sistemli inkişafı üçün zəmin yaradılmışdır.
Azərbaycanda idmanın və sağlam həyat tərzinin təşviq edilməsi dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Əlilliyi olan insanların sosial müdafiəsinin gücləndirilməsi və idman infrastrukturunun davamlı inkişafı paralimpiyaçılarımızın nailiyyətlərinin ildən-ilə artmasına əlverişli şərait yaratmışdır. Qürurverici haldır ki, idmançılarımız ötən illər ərzində Paralimpiya Oyunlarında, dünya və Avropa çempionatlarında çoxsaylı qələbələr əldə etmişlər. Məhz həmin nailiyyətlər idmançılarımızın yüksək peşəkarlığının, iradəsinin və əzmkarlığının parlaq nümunəsidir. Onların qazandıqları hər bir medal Azərbaycan xalqına sevinc bəxş etməklə yanaşı, əlilliyin insana idmanla məşğul olmağa maneə törətmədiyini bir daha sübut edir.
Əminəm ki, Milli Paralimpiya Komitəsi bundan sonra da paralimpiya hərəkatının əsas dəyərləri – əzmkarlıq, həmrəylik, bərabərlik, inklüzivlik və qarşılıqlı hörmət prinsiplərini rəhbər tutaraq, ölkəmizdə bu sahənin daimi inkişafına və beynəlxalq idman arenalarında Dövlət Bayrağımızın yüksəldilməsinə mühüm töhfə verəcəkdir".
Prezident paralimpiyaçıları və bu hərəkatın inkişafında əməyi olanları bir daha təbrik edib, onlara yeni qələbələr arzulayıb.

Siyasi       Tarix: 16 oktyabr 2026
f Paylaş

Oxşar xəbərlər

Hindistanın XİN rəhbəri Azərbaycana gəlib

Hindistanın xarici işlər naziri Kirti Vardhan Sinqh Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII sammitində iştirak etmək üçün Bakıya gəlib. xəbər verir ki, bu barədə nazir "X" sosia

Japarov Azərbaycana gəlir

Qırğızıstan Prezidenti Sadır Japarov oktyabrın 14-də Azərbaycana işgüzar səfərə gələcək. xəbər verir ki, bu barədə Qırğızıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb. Qeyd olunub ki, S.Japarov oktyabrın 15-də Bakıd

İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb - Yenilənib

Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev ilə görüşüb. xəbər verir ki, dövlətimizin başçısı ölkələrimiz arasında əlaqələrin uğurla inkişaf etdiyin

Azər Həsrət: "Təəssüf ki, qardaş Türkiyə bu cür davranışla İranın yanında yer almış oldu..."

"Təəssüflər olsun, həftələrlə apardığımız izahat işinə baxmayaraq qardaş Türkiyədə bəlli mərkəzlər Azərbaycanı İran ağzı ilə tənqid və təhqir etməyə davam edir. Mən bir neçə video çəkərək türk dilində paylaşımlar etmişəm

Azərbaycanın səfiri Pakistan Prezidentinə etimadnaməsini təqdim edib

Azərbaycanın Pakistandakı səfiri İrfan Davudov etimadnaməsini ölkə Prezidenti Asif Əli Zərdariyə təqdim edib. KONRKET.azxəbər verir ki, bu barədə Pakistan Prezidenti ofisinin "X" sosial şəbəkəsindəki məlumatınd

"İranın uzantıları dövlətimizi hədəfə alır" – Azər Həsrət

"İran Azərbaycan müstəqilliyini əldə etməyə başladığı dövrdən bu günə qədər ölkəmizdə din adı altında maskalanaraq özünə bir şəbəkə qurub". Bu sözləri -a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib. . O qeyd edi

Dünyəvilik müzakirələri böyüyür: Azərbaycana qarşı təzyiqin arxasında nə dayanır?

Dünyanın müxtəlif regionlarında dini amillərin siyasi proseslərə təsirinin artması dünyəvi dövlət modelinin qorunmasını milli təhlükəsizlik və ictimai sabitlik baxımından daha da aktuallaşdırır. Azərbaycan Konstitusiyasınd

Prezident İlham Əliyev Vyetnamın Vitse-prezidenti ilə görüşüb - (Foto)

Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Vyetnam Sosialist Respublikasının Vitse-prezidenti xanım Vo Thi An Suan ilə görüşüblər. AZƏRTAC-a istinadən bildirir ki

Tom Berendsen oktyabrın 26-da Azərbaycana rəsmi səfər edəcək

Niderlandın xarici işlər naziri Tom Berendsen oktyabrın 26-da Azərbaycana rəsmi səfər edəcək. xəbər verir ki, bu barədə Azərbaycanın Niderlanddakı səfirliyinin "X" sosial şəbəkə hesabında məlumat paylaşılıb. "Səfə


son xeberler azerbaycan xeberleri yeni xeberler xəbər cəbhədən ən son xəbər en son xeberler en sonxeber