Prezidentin 'Şöhrət' ordeni verdiyi Sahib Ələkbərov kimdir? - DOSYE
Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyevin sərəncamı ilə Sahib Ələkbərov "Şöhrət" ordeni ilə təltif edilib.
Azxeber.com xəbər verir ki, Sahib Nurəddin oğlu Ələkbərov 10 yanvar 1952-ci ildə Samux rayonunda anadan olub. Bu gün 70 yaşı tamam olur.
O, 1972-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunu (indiki Azərbaycan Dövlət Neft Akademiyası), 1984-cü ildə isə Moskva İctimai Elmlər Akademiyasını bitirib.
Ordu sıralarında hərbi xidməti başa vurduqdan sonra, 1974-cü ildən Azərbaycan Dəmir yolu Biləcəri qovşağında mühəndis oşləyib. 1975-ci ildən komsomol və partiya orqanlarında çalışıb. 1996-cı ildən 2005-ci ilədək özəl sahələrdə müxtəlif vəzifələrdə işləyib. İki çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı, komissiya sədri olub.
2005-ci ildən 2009-cu ilədək Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin başçısı, 2009-cu ilin iyun ayından Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi sədrinin müavini vəzifələrində çalışıb.
Azərbaycan Respublikası Prezidentinin 2 iyul 2010-cu il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Vergilər nazirinin müavini təyin edilib.
2020-ci ilin aprelindən isə iqtisadiyyat nazirinin müavini vəzifəsində çalışır.
Ailəlidir, üç övladı var.
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var
"Mən sizinlə birlikdə Bakıya getməyə hazıram" - Ruben Vardanyanın həyat yoldaşı