Prezidentin xüsusi nümayəndəsinə yeni müavin təyin olundu
Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyevə müavin təyin olunub.
azxeber.com-un əldə etdiyi məlumata görə, sözügedən nümayəndəlikdə baş məsləhətçisi vəzifəsində çalışan Səbuhi Knyaz oğlu Mehdizadə xüsusi nümayəndənin müavini olub.
Bununla bağlı Prezident İlham Əliyev iyul ayının 15-də müvafiq Sərəncam imzalayıb.
Səbuhi Mehdizadə Xüsusi nümayəndəlikdən öncə bir sıra vəzifələrdə çalışıb. O, buna qədər kənd təsərrüfatı nazirinin müşaviri, "Təmiz şəhər" ASC-nin İdarə Heyəti sədrinin müavini, İqtisadiyyat Nazirliyinin İstehlak Mallarının Ekspertizası Mərkəzinin direktoru, Azərbaycan Stolüstü Tennis Federasiyasının Baş katibi, "Azərbaycan Respublikasının Ağır Atletika Federasiyası" İctimai Birliyinin İdarə Heyətinin sədr müavini vəzifələrində çalışıb. Hazırda o, Azərbaycan Stolüstü Tennis Federasiyasının vitse-prezidentidir.
Kurslar.az kurslar [newsid: 0-123300]

İki gündür axtarılan 12 yaşlı qız tapıldı
Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM
ABŞ-ın İrana qarşı düşmənçiliyi dəyişməyəcək - Xamenei
Xırdalanda 12 yaşlı qız itkin düşüb
Hüseynəli xanı Əfşar kimi təqdim etdilər - İran səfirliyinin kobud səhvi
Prezident İlham Əliyev Panama Prezidentini təbrik etdi
Futbolçunu ölümü: bu oyunlar təxirə salındı
Gəncədə 88 yaşlı qadın qətlə yetirildi: Bacısı oğlu saxlanıldı
"Qalatasaray" "Ştutqart"a qarşı - Start heyətlər
Qazaxıstanın ən yaşlı qadınının sirri nədə idi?
Emre Belözoğlu "Fənərbağça"nın yeni baş məşqçisi oldu
Gecə saatlarında sürücünü bıçaqla təhdid edən sərnişin - Saxlanıldı
"Qalatasaray" "Ştutqart"ı Batrakovun dublu ilə məğlub etdi