Prezidentliyə namizəd Kanye Vestdən açıqlama: "Qalib gəldiyim gün...
İrqçi çıxışları ilə tanınan ABŞ Prezidenti Donald Trampa dəstək verməklə afroamerikalıların qəzəbinə tuş gələn reper Kanye Vest prezident seçkilərinə namizədliyini irəli sürməsinə aydınlıq gətirib.
Publika.az xəbər verir ki, ölkəsinin Milli Müstəqillik Günündə namizədliyini açıqlayan reper iki hakim partiya – Respublikaçılar və Demokratların deyil, Doğum Günü Partiyasının namizədi olacağını bildirib.
O, "Forbes"ə verdiyi 4 saatlıq müsahibədə partiyanın adı ilə bağlı fikirlərini belə izah edib: "Çünki biz qalib gəldiyimiz zaman hər kəsin doğum günü olacaq. Həyatda etdiyim hər şey kimi bunu da qalib gəlmək üçün edirəm. Namizədlik mövzusunda ciddiyəm. Şüarım da "Kanye Vest HƏ!"dir".
Reper bildirib ki, vitse-prezidentliyə namizədi fermasının yerləşdiyi Vyominqdən din xadimi Maykl Tidballdır.
Qeyd edək ki, Kanye Vest cəmiyyətdə həm də abort və peyvəndləmə siyasətinə qarşı fikirləri ilə tanınır.
Zümrüd

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək