Professor Dmitri Yevstafyev: "Heydər Əliyevin etdiyini heç kim bacarmadı" - ŞƏRH

Professor Dmitri Yevstafyev: "Heydər Əliyevin etdiyini heç kim bacarmadı" - ŞƏRHProfessor Dmitri Yevstafyev: "Heydər Əliyevin etdiyini heç kim bacarmadı" - ŞƏRH
Mixail Qorbaçovun başçılıq etdiyi Sovet İttifaqı Kommunist Partiyasının rəhbərliyinin "sürətləndirmə və yenidənqurma" kursu götürməsindən 35 il ötür. Bu siyasətin nəticəsi olaraq SSRİ dağıldı, ancaq bundan əvvəl Bakıda 20 yanvar faciəsi baş verdi, münaqişələr, Qarabağda müharibə başladı.
Bu mövzuya "Vladimir Solovyovla axşam" proqramının bu yaxınlarda efirə gedən buraxılışında toxunulub. Proqram iştirakçılarından biri, siyasi elmlər namizədi, Rusiya Milli Araşdırma Universitetinin "Ali İqtisadiyyat Məktəbi"nin professoru Dmitri Yevstafyev Heydər Əliyevə həmişə yaxşı yanaşdığını və bunun hazırda da belə olduğunu bildirib.
Bütün ölkənin ümummilli lider Heydər Əliyevin doğum gününü qeyd etdiyi 10 may tarixi yaxınlaşır. Əvvəllər Media.Az-a danışan bir çox ekspertlərin Heydərin Əliyevin SSRİ hakimiyyətində olacağı halda, ölkənin süqutunun qarşısının alına biləcəyi, hətta hər şeyə baxmayaraq bu baş versə belə, bir qədər gec olacağını qeyd etdikləri xatırlanır.
Professor Dmitri Yevstafyev: "Heydər Əliyevin etdiyini heç kim bacarmadı" - ŞƏRHMedia.Az Heydər Əliyevə niyə bu qədər isti münasibət bəsləməsi barədə danışan Dmitri Yevstafyevlə söhbət edib:
- Heydər Əlirza oğlu Əliyev, sözsüz ki, öz dövrünün insanı idi və o dövrün siyasi mədəniyyətini əks etdirirdi. Və o, əlbəttə ki, Azərbaycan vətənpərvəri idi, hər şeydən əvvəl respublikanın inkişafında maraqlı idi. Sovet İttifaqı isə onun üçün alət, daha doğrusu Azərbaycanın inkişaf etdirdiyi "qabıq" idi. Ancaq istənilən halda Heydər Əliyev xüsusən Qorbaçovun "komandası"nın standartlarına görə, bir tərəfdən siyasət və iqtisadiyyatdakı proseslərin kompleksliyini və çətinliyini anlayan, digər tərəfdən isə sovet elitasında ən vacib, eyni zamanda müxtəlif vəzifələri tutmaqla sistemin necə işlədiyini bilən böyük siyasi xadim idi. Məhz bu keyfiyyətlər və biliklər ona 1990-cı illərin əvvəlində Azərbaycanı küllərindən yüksəltməyə, müstəqil dövlətə çevrilmiş respublikanı yalnız idarə etməyə davam etməyə deyil, eyni zamanda onu xarabalıqlardan bərpa etməyə imkan verdi. Bunu bir daha heç kim bacarmayıb. Bu, artıq özlüyündə böyük göstəricidir.
Heydər Əliyevdə daha iki cəhət məni cəlb edirdi: Birincisi, iqtisadiyyatın siyasətə münasibətdə üstünlüyü barədə aydın bir anlayış. Yeri gəlmişkən, bu cəhət gələcəkdə, o zamankı elitanın böyük hissəsinin əməldə xaosa səbəb olan siyasi transformasiyaları öncəlik hesab etdiyi bir vaxtda Əliyevin Azərbaycanın bərpasındakı uğurunu əvvəlcədən müəyyənləşdirdi.
İkinci cəhət isə qaynar temperament kimi hiss olunan fonda zahiri Şərq sakitliyi. Bu xarakter ona həyasızlığı, o cümlədən hay-küylü millətçiliyi qəbul etməyə imkan vermirdi. Başa düşürsünüz, Heydər Əliyev "yenidənqurmaçılar" fonunda "başqa" idi.
Keçmişin insanı deyil, sadəcə "fərqli" idi. Bununla belə, sovet sistemində belə bir yol keçən insanın, xüsusən də sovet Azərbaycanını 1969-cu ildə hansı vəziyyətdə qəbul etdiyini nəzərə alaraq, sirlərə sahib olmamasının mümkünsüzlüyünü o zaman və indi də anlayıram. Ancaq diqqətinizə çatdırım ki, hətta illər sonra belə heç kim Heydər Əliyevin kimisə satdığını deyə bilmir, çünki o, belə insan olmayıb. Bu, xüsusən həmin illərin total satqınlıqları, onun hansı şəraitdə təqaüdə göndərilməsi fonunda çox vacibdir.
Heydər Əliyevin SSRİ Nazirlər Soveti rəhbərliyinə təyinatı baş tutsaydı ölkəni xilas edə bilərdimi?... Bu, çox çətin sualdır və cavabını da heç kim bilmir. Ehtimal ki, Heydər Əliyevin özü də bu barədə çox düşünüb. Düşünürəm ki, birmənalı cavab tapmayıb. Belə deyim, bu, şüurlu iqtisadi, ilk növbədə infrastruktur modernləşdirilməsi cəhdi üçün bir şans idi. Bu modernləşmə tarixi nə qədər dəyişə bilər, bunu ancaq təxmin etmək olar.

Siyasi       Tarix: 30 aprel 2020
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Rusiya S-400 raketlərinin Türkiyədən dost ölkəyə köçürülməsinə icazə verdi

Türkiyədən Rusiyaya dost ölkəyə S-400-lərin köçürülməsi ehtimalı gündəmdədir. KONKRET.azapa-ya istinadən xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib. Onun sözlərinə görə, bu istiqamətdə müvafiq işlə

Türkiyə Mosul yaxınlığındakı hərbi bazanı İraqa təhvil verəcək

Türkiyə Mosul yaxınlığındakı Başika-Zilkan hərbi bazasını İraqa təhvil verəcək. KONKRET.azxəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, İraq hökumətinin Sincarda təhlükəsizliyi

27 Sentyabr: Zəfərin başlanğıcı və şəhidlərimizin əbədi xatirəsi

27 Sentyabr – Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin dərin ehtiram və sonsuz minnətdarlıq hissi ilə yad edildiyi gündür. Azərbaycan Prezidenti

Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir

"Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi və milli təhlükəsizliyin təmin edilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir". Bu fikir Prezident İlham Əliyevin "ADEX 2026" 6-c

İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 30-da Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian"

AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir

"Azərbaycanın təşəbbüsü ilə AQEM çərçivəsində ilk Media Forumun Bakıda təşkili və onun AQEM Zirvə Görüşü ərəfəsində keçirilməsi təşkilatın beynəlxalq müstəvidə oynadığı mühüm roluna və sədrliyimiz çərçivəsində üzv dövlətlərl

Prezident İlham Əliyev: Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilir

Bu gün Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti və etibarlılığı beynəlxalq səviyyədə yüksək qiymətləndirilir. xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxal

Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti, rahibə Raffaella Petrini ilə görüşüb. xəbər verir ki, görüşdə Heydər Əliyev Fondunun Vatikand

Baş prokuror: "Azərbaycan beynəlxalq platformalarda fəal iştirak edir

"Azərbaycan həmişə beynəlxalq platformalarda fəal iştirak edir". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü və Azərbayca


azerbaycan xeberleri son xeberler yeni xeberler kriminal xeber cəbhədən son məlumat bu gunun xeberleri kriminal bugun