Oqtay Qasımov: "Levon Ter-Petrosyanın açıqlaması erməni siyasi düşüncəsinin hansı yönə kökləndiyini ifadə edir"

Oqtay Qasımov: Ermənistan cəmiyyətində baş verən son hadisələr ortaya  yeni-yeni reallıqlar çıxarır. Bir neçə gün əvvəl Nikol Paşinyanın debata çağırdığı prezidentlərdən biri-Ermənistanın 1-ci prezidenti Levon Ter-Petrosyan Paşinyanı ağır ittiham etdikdən sonra internetdə yeni videolar peyda oldu. Bu, Paşinyanı Qarabağı təhvil verməkdə ittiham edən Levon Ter-Petrosyana ən tutarlı cavab idi. Bununla da, Paşinyan hakimiyyəti Ermənistan və Qarabağ ərazisində etnik təmizləməyə rəhbərlik edən Levon Ter-Petrosyanın mahiyətini ortaya qoydu. 1993-cü ilin iyulunda Ermənistanın 1-ci prezidenti özünün quldur dəstəsi qarşısında çıxışı zamanı hər şeyi etiraf edir.
Məsələylə bağlı KONKRET.az-a  açıqlama verən siyasi şərhçi Oqtay Qasımov bildirib ki, bloger Albert İsakovun yaydığı bu video Azərbaycan üçün çox əhəmiyyətlidir:
"Levon Ter-Petrosyanın 32 il əvvəl etdiyi çıxışın hazırda yaylması olduqca ciddi məsələdir. Azərbaycan cəmiyyətində yanılış olraq Levon Ter-Petrosyanla bağlı imic formalaşmışdı və onun konstruktiv, eyni zamanda müzakirə aparılacaq siyasətçi olduğu fikri önə çıxarılırdı. Amma unudulurdu ki, məhz Azərbaycan ərazilərinin işğalı, Xocalı soyqırımı,  Meşəli, Qaradağlı, Malbəyli kəndlərində törədilən qırğınlar  bir başa Levon Ter-Petrosyanın hakimiyyəti dövründə həyata keçirilib. Eyni zamanda, Ter-Petrosyan Qarabağ komitəsinin aktiv üzvü kimi azərbaycanlıların Ermənistandan köçürülməsinə rəhbərlik edən şəxslərdən biridir. Məhz onun göstərişləri digər cinayətkarlar, Köçəryan və Sərkisyan tərəfindən həyata keçirilib. Onlar məsələlərin icraçısı, Ter-Petrosyan isə  siyasi hakimiyyətin başında dayanan və qərar verən  şəxs rolunda çıxış edib.
Bu videonun ortaya çıxması təbii ki, Ermənistanda baş verən daxili-siyasi mübarizənin nəticəsidir. Amma bütün hallarda bu, olduqca əhəmiyyətlidir və qiymətli vəsaitdir. Nəzərə alsaq ki, Levon Ter-Petrosyan həmin çıxışında məhz Azərbaycan ərazilərinin işğalından, azərbaycanlıların Ermənistandan deportasiya edilməsindən danışır. Eyni zamanda Azərbaycan ərazisindən ermənilərin köçürülmsəi, Sumqayıt və Bakıda həyata keçirilən iğtişaşlarla bağlı çox ciddi açqlamalar verir. Bu da bizə beynəlxalq səviyyədə Ermənistanı ifşa etmək, o cümlədən Ermənistanın arqumentlərini alt-üst etmək üçün kifayət qədər materallar verir.  Məhz Levon Ter-Petrosyanın bu açıqlaması bir daha erməni cəmiyyətinin ruh halını, Ermənistan siyasi düşüncəsinin hansı yöndə kökləndiyini açıq şəkildə ifadə edir. Bu baxımdan, gələcəkdə əgər biz ciddi şəkildə bu materalı araşdırıb beynəlxalq səviyyəyə çıxara bilsək və hüquqşünaslarımız bu istiqamətdə ciddi fəaliyyət göstərsələr nəticə fərqli ola bilər. Qərbi Azərbaycanlılarla bağlı məsələnin məhz birinci ağızdan səslənməsi, bizim əlimizə kifayət qədər ciddi arqumentlər verir. Bunun da Ermənistandan qaçqın düşən soydaşlarımızın geri dönüş məsələsində müsbət təsiri ola bilər".
Vəli Həsənoğlu,
KONKRET.az

Siyasi       Tarix: 07 yanvar 2025
f Paylaş

Oxşar xəbərlər

XİN: Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq

"Hazırda ATƏT Baş katibi olan, səfir Feridun Sinirlioğlunun Birləşmiş Millətlər Təşkilatının Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq. Namizədlərin peşəkar keyfiyyətlərinə, beynəlxal

Yeni Ombudsman bu tarixdə seçiləcək - AÇIQLANDI

Xəbər verdiyimiz kimi, Milli Məclisdə yeni Ombudsman seçiləcək. Milli Məclisdə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlik məsələsi müzakirəyə çıxarılıb. Bu vəzifəyə Prezident İlham Əliye

İsrail qüvvələri yüksək hazırlıq vəziyyətinə gətirildi – KİV

İsrailin müdafiə qüvvələri İranın qəfil hücum ehtimalı ilə bağlı yüksək hazırlıq vəziyyətinə gətirilib. xəbər verir ki, bu barədə İsrailin mediası məlumat yayıb. Bildirilib ki, ABŞ kəşfiyyatı İran İnqilab Keşikçiləri Korpusunu

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb. icmalı təqdim edir:

Prezident İlham Əliyev Panama Prezidentini təbrik etdi

Prezident İlham Əliyev Panama Respublikasının Prezidenti Xose Raul Mulino Kinteroya təbrik məktubu ünvanlayıb. xəbər verir ki, sənədin mətni Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib. Məktubda qeyd olunub:

Tramp Rusiyaya güzəşt edir, Konqres isə qarşı çıxır: Moskvanı nə gözləyir?

"Rusiya-Ukrayna müharibəsi fonunda ABŞ-ın Rusiyaya qarşı müəyyən sanksiyaları müvəqqəti olaraq aradan qaldırmasının Moskvanın mövqelərinin güclənməsinə gətirib çıxaracağını düşünmürəm. Bu addım daha çox Rusiyanın iqtisad

44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB

Azərbaycanşünas erməni ekspert Tatevik Ayrapetyan növbəti dəfə heç bir ciddi fakta söykənməyən iddialarla çıxış edib. globalinfoaz-a istinadən xəbər verir ki, ümumilikdə, Ermənistan cəmiyyətində 44 günlük müharibənin ac

Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə

Sosial şəbəkələrdə Azərbaycan Prezidenti İlham Əliyevin görüntülərindən istifadə edilən videolar paylaşılır. xəbər verir ki, bu materialları izləyərkən onların hansı hesabda yayımlandığına və ilkin mənbəyinə diqqət yetirmə

İham Əliyev İliyana Yotovanı təbrik etdi

Prezident lham Əliyev Bolqarıstan Respublikasının Prezidenti İliyana Yotovaya təbrik məktubu ünvanlayıb. xəbər verir ki, təbrik məktubunda deyilir:. "Hörmətli xanım Prezident,. Bolqarıstan Respublikasının Prezident


yeni xeberler son xeberler azerbaycan xeberleri futbol xeberleri qurban bayrami 2026 xəbər.az son xəbər