Fidan terroru dəstəkləyənlərə səsləndi: "İstənilən oyunu pozacağıq"
Türkiyənin xarici işlər naziri Hakan Fidan İordaniyanın xarici işlər naziri Ayman əs-Səfədi ilə "İslam Dövləti" terror qruplaşması və PKK/YPG ilə mübarizə məsələlərini müzakirə etdiyini və bu müzakirəni daha geniş, regional formata keçirmək istədiyini bildirib.
KONKRET.azxəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin rəhbəri Ankarada iordaniyalı həmkarı Aymen əl-Safedi ilə birgə mətbuat konfransında bildirib: "Bu gün keçirilən danışıqlarda biz İŞİD-in hazırkı vəziyyətdə hansı addımlar ata biləcəyini müzakirə etdik. Və bununla bağlı biz taktiki və strateji səviyyədə hansı birgə cavab addımlarını atacağıq? Biz razılaşdıq ki, bölgədəki digər tərəfdaşlarımız, xüsusən də İraq bizə qoşulsun və bu terrorla mübarizə məsələlərini bizimlə müzakirə etsin", – deyə Fidan bildirib. O, həmçinin iordaniyalı həmkarı ilə PKK və onun Suriya strukturlarının fəaliyyətinə son qoyulması mövzusunu müzakirə etdiyini bildirib: "Bölgədəki ambisiyalarınız fərqlidirsə və İŞİD-i bəhanə edərək PKK-nı gücləndirməklə fərqli siyasətə xidmət etmək istəyirsinizsə, bunun da imkanı yoxdur. İstənilən oyunu poza bilərik. Məsələ burasındadır ki, qrup silahı yerə qoymalı və Suriyanın yeni administrasiyası ilə çalışmalıdır və PKK/YPG terrorçuları bölgəni tərk etməlidir. Gələcəkdə bu məsələləri region ölkələri ilə birlikdə nəzərdən keçirmək üçün İraq və Suriya rəsmilərinin iştirakını nəzərdə tutan formatda yenidən görüşməyi gözləyirik", – deyə Fidan qeyd edib.
Vəli Həsənoğlu,
KONKRET.az

Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib
Pezeşkiana çağırış edən QHT rəhbərləri danışdı: "Azərbaycanlı uşaqlar öz dilində oxusun
"Qarabağ" ev oyunlarını bu stadionda keçirəcək
Türk lirəsi tarixi minimuma düşdü
Azərbaycanı IMF-nin rəhbər orqanında Kristof Baumann-Kesten təmsil edəcək
"Sabah"ın oyunu bu hakimlərə tapşırıldı
"Sabah"ı Norveçdə nə qədər azarkeş dəstəkləyəcək?
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qaytarıla bilməyən kreditlər bağlanacaq
Veysəloğlu Şirkətlər Qrupunun tərəfdaşlığı ilə ADA Məktəbində "Məhsul bayramı" keçirildi - FOTOLAR
İranda virus təhlükəsi artır: Azərbaycana da yayıla bilər?
Azərbaycanda əsgər 14 yaşlı qıza görə həbs edildi
Kredit götürüb xaricə qaçsaq nə olar?
Batrakovun transfer qiyməti açıqlandı
9 ay hamilə olduğunu bilmədi, 5-ci uşağı dünyaya gətirdi