Stanislav Tarasov: "Qərbdən İrəvana dəstək Ermənistanın diplomatik uğursuzluğudur, Azərbaycan hərtərəfli güclüdür"

Stanislav Tarasov: "2024-cü il geosiyasi proseslər baxımından mürəkkəb dəyişikliklər ili oldu. 2025-ci il də dəyişkən hadisələrlə dolu olacaq".
KONKRET.azxəbər verir ki, bunu  rusiyalı  siyasi analitik Stanislav Tarasov Ermənistan mətbuatına müsahibəsində deyib. Onun sözlərinə görə, 2024-cü ildə Rusiya-Ukrayna müharibəsinin gedişi, Gürcüstanda, İranda və Suriyada daxili proseslər, İsrail-Fələstin-Livan münaqişəsi, Amerika seçkiləri baxımından dönüş nöqtəsi oldu. Tarasov qeyd edib ki, Rusiyanın xeyrinə hərbi əməliyyatlarda sıçrayış nəzərə çarpıb. Gürcüstanda mövcud hökumət öz mövqelərini gücləndirib. Rəisinin vəfatından sonra İranda prezident seçkiləri keçirilib. Suriya müxalifəti ilin sonunda Əsədi devirib və hakimiyyəti ələ keçirməyi bacararıb: "Ötən il İrəvan-Bakı danışıqları bir neçə mərhəhlədə davam edib.   2023-cü ildə Azərbaycan Qarabağı geri qaytardı. Ermənilər Qarabağı tərk etdilər. 2025-ci il də çətin olacaq,  danışıqlar yenə gərgin davam edəcək, qərbin iştirakı xeyli azalacaq və tərəflər birbaşa danışıqlar aparmalı olacaqlar. Nəzərə alın ki, Azərbaycan hərtərəfli güclüdür".
Tarasov hesab edir ki, ciddi və nüfuzlu xarici siyasi dəstək olmadan danışıqlar prosesi İrəvan üçün  çətin olacaq: "Son illərdə Qərbdən İrəvana dəstək olsa da, danışıqların vektoru Ermənistanın xeyrinə dəyişmədi. Bu, diplomatik uğursuzluq idi. Ermənistanın anti-Rusiya ritorikası  Rusiya ilə əlaqələri azaldıb. Paşinyan Qərblə münasibətləri intensivləşdirməklə yanaşı, həm də Aİ-yə daxil olmaq istəyini bəyan etdi, lakin bu, regional güc balansını dəyişmədi. Çünki Qərbin Azərbaycana münasibətdə kifayət qədər təsiri yoxdur".
Tarasov qeyd edib ki, İrəvan xarici siyasətini əsasən Fransa üzərindən qurmağa çalışır. Amma  bu, regionda heç nəyi dəyişməyəcək: "Razılaşma ilə bağlı müəyyən konsensus əldə edə biləcəyiniz istisna edilmir. Lakin bu konsensusun əldə olunmayacağı da istisna deyil, çünki Azərbaycan Konstitusiyanın dəyişdirilməsi tələbini önə çəkib və bunu qısa müddətdə həyata keçirmək mümkün deyil.  Azərbaycan Aİ müşahidəçilərinin sərhəddən çıxarılmasını gözləyir. Bütün bu həll edilməmiş, razılaşdırılmamış məsələlər gələn il Ermənistan üçün daha əlverişsiz geosiyasi tənzimləməyə keçir", – deyə Tarasov bildirib.
Vəli Həsənoğlu,
KONKRET.az

Siyasi       Tarix: 07 yanvar 2025
f Paylaş

Oxşar xəbərlər

XİN: Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq

"Hazırda ATƏT Baş katibi olan, səfir Feridun Sinirlioğlunun Birləşmiş Millətlər Təşkilatının Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq. Namizədlərin peşəkar keyfiyyətlərinə, beynəlxal

Yeni Ombudsman bu tarixdə seçiləcək - AÇIQLANDI

Xəbər verdiyimiz kimi, Milli Məclisdə yeni Ombudsman seçiləcək. Milli Məclisdə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlik məsələsi müzakirəyə çıxarılıb. Bu vəzifəyə Prezident İlham Əliye

İsrail qüvvələri yüksək hazırlıq vəziyyətinə gətirildi – KİV

İsrailin müdafiə qüvvələri İranın qəfil hücum ehtimalı ilə bağlı yüksək hazırlıq vəziyyətinə gətirilib. xəbər verir ki, bu barədə İsrailin mediası məlumat yayıb. Bildirilib ki, ABŞ kəşfiyyatı İran İnqilab Keşikçiləri Korpusunu

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb. icmalı təqdim edir:

Prezident İlham Əliyev Panama Prezidentini təbrik etdi

Prezident İlham Əliyev Panama Respublikasının Prezidenti Xose Raul Mulino Kinteroya təbrik məktubu ünvanlayıb. xəbər verir ki, sənədin mətni Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib. Məktubda qeyd olunub:

Tramp Rusiyaya güzəşt edir, Konqres isə qarşı çıxır: Moskvanı nə gözləyir?

"Rusiya-Ukrayna müharibəsi fonunda ABŞ-ın Rusiyaya qarşı müəyyən sanksiyaları müvəqqəti olaraq aradan qaldırmasının Moskvanın mövqelərinin güclənməsinə gətirib çıxaracağını düşünmürəm. Bu addım daha çox Rusiyanın iqtisad

44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB

Azərbaycanşünas erməni ekspert Tatevik Ayrapetyan növbəti dəfə heç bir ciddi fakta söykənməyən iddialarla çıxış edib. globalinfoaz-a istinadən xəbər verir ki, ümumilikdə, Ermənistan cəmiyyətində 44 günlük müharibənin ac

Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə

Sosial şəbəkələrdə Azərbaycan Prezidenti İlham Əliyevin görüntülərindən istifadə edilən videolar paylaşılır. xəbər verir ki, bu materialları izləyərkən onların hansı hesabda yayımlandığına və ilkin mənbəyinə diqqət yetirmə

İham Əliyev İliyana Yotovanı təbrik etdi

Prezident lham Əliyev Bolqarıstan Respublikasının Prezidenti İliyana Yotovaya təbrik məktubu ünvanlayıb. xəbər verir ki, təbrik məktubunda deyilir:. "Hörmətli xanım Prezident,. Bolqarıstan Respublikasının Prezident


yeni xeberler son xeberler azerbaycan xeberleri futbol xeberleri qurban bayrami 2026 xəbər.az son xəbər