Professor Eynəddin Məmmədov təltif olunub

Professor Eynəddin Məmmədov təltif olunubQərbi Azərbaycan İcmasının Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, professor Eynəddin Məmmədov ölkəmizin elmi-pedaqoji və ictimai-siyasi həyatındakı xidmətlərinə, müdrik ağsaqqal, nüfuzlu alim olaraq səmərəli fəaliyyəti ilə vətənimizin tərəqqisinə verdiyi töhfələrə görə "Fəxri Ağsaqqal" döş nişanı ilə təltif edilib. 
85 illik yubileyi münasibətilə keçirilən tədbirdə döş nişanını Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyev yubilyara təqdim edib. 
Qeyd edək ki, Eynəddin Hüseyn oğlu Məmmədov 1939-cu il sentyabr ayının 13-də  İrəvan şəhərində anadan olub. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tarix-filologiya fakültəsini bitirdikdən sonra müəllim kimi fəaliyyətə başlayıb. O, uzun illər pedaqoji və elmi fəaliyyətlə məşğul olub,  Gəncə Tarix-ölkəşünaslıq muzeyində baş elmi işçi, indiki Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) buraxılan qəzetin məsul katibi, baş redaktoru, həmin təhsil ocağında Azərbaycan dili və ədəbiyyatı müəllimi, Dillər kafedrasının müdiri və bir sıra digər məsul vəzifələrdə çalışıb.  
E.Məmmədov çoxsaylı elmi, publisistik, metodiki məqalənin, portret-oçerkin, tədris proqramının, onlarla dərs vəsaitinin, monoqrafiya və kitabların müəllifi, ADAU Dillər kafedrasının professorudur. 
Professor Eynəddin Məmmədov 2018-ci ildə nəşr edilmiş "İrəvandan başlanan yol" adlı kitabında 36 il İrəvanın və quberniyanın Şeyxülislamı olmuş ulu babası Şeyx Məhəmmədbağır Qazızadənin şəcərəsini yazaraq bu qədim Azərbaycan torpağının tarixini yeni faktlar və sənədlərlə zənginləşdirmişdir. Onun İrəvan şəhərinin əzəli sakinlərinin etnik təmizləməyə məruz qalmasından bəhs edən məqaləsi "İrs" jurnalının son sayında dərc olunub. 
Elmi-pedaqoji və publisistik fəaliyyətlə yanaşı Eynəddin Məmmədov Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının sədr müavini kimi ictimai fəaliyyətlə də yaxından məşğul olur. 
Qeyd edək ki, E.Məmmədov Prezident İlham Əliyevin Sərəncamı ilə "Tərəqqi" medalına və bir sıra digər ali təltiflərə də layiq görülüb. 
Professor Eynəddin Məmmədov təltif olunubProfessor Eynəddin Məmmədov təltif olunubProfessor Eynəddin Məmmədov təltif olunubProfessor Eynəddin Məmmədov təltif olunub/ azxeber.com

Sosial       Tarix: 13 dekabr 2024
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

"Tarixi abidəyə yazı yazmaq sadəcə vandalizm deyil, şəhərin yaddaşına müdaxilədir

Şuşaya səfər edən bəzi turistlərin şəhərin tarixi əhəmiyyət daşıyan qayaları üzərinə müxtəlif yazılar həkk etməsi gündəmə gəlib. . Yazıların bir qismi artıq təmizlənsə də, onların silinməsi zamanı Cıdır düzündəki qayalar

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

Bakının bu ərazisində işıq olmayacaq

Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisind

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana

Kimya, biologiya, fizika... - Gələcəkdə müəllim qıtlığı yarana bilər?

Son illərdə əmək bazarında ixtisaslı müəllimlərə olan tələbatlayanaşı, müəllimlik ixtisaslarına tələbə marağı da diqqət çəkən məsələlərdənbirinə çevrilib. 2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbulzaman

"Dəbdəbəli həyatı ilə gündəm olan "influenserlər" insanları qıcıqlandırır" - Tədbir görülməlidir

Sosial mediada "Vanlı Kara Haydar" ləqəbi ilə tanınan MehmetFatih Tançalanın sosial şəbəkə paylaşımları ilə bağlı barəsində cinayət işi üzrəaraşdırma başlanılıb. . Van Baş Prokurorluğu tərəfindən Tançalan barəsind

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN

Qonşu ölkədə dollar kəskin bahalaşdı

İranda qiymət artımı və valyuta bazarında gərginliyin davam etdiyi vaxtda ABŞ dollarının məzənnəsi misli görünməmiş həddə – 225 min tümənə çatıb. xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Digər əsas valyutalard


yeni xeberler son xeberler azerbaycan xeberleri metbuat xeberleri cəbhədən yeni xəbərlər krminal bu gun cəbhədən canlı