Professor Faiq Ağayevin həkimlər haqda fikrinə münasibət bildirdi
Xalq artisti Faiq Ağayev son paylaşımı ilə sosial şəbəkələrdə diqqət çəkib. Sənətçi statusunda qeyd edib ki "Tibb Universiteti məzunları 3 il müəllimlərini müalicə etsinlər, daha sonra həkim işləsinlər".
Tanınmış həkim, tibb elmləri doktoru, professor Adil Qeybulla müğənninin səsləndirdiyi fikirlərlə bağlı azxeber.com-a açıqlama verib.
Professor bildirib ki, Azərbaycan səhiyyəsinə və həkimlərə qarşı cəmiyyətdə uzun müddətdir ki, mənfi münasibət var:
"Bu deyilənlərdə müəyyən haqq var. Lakin bir şeyi nəzərə almaq lazımdır ki, necə olur ki, Azərbaycan Tibb Universitetini bitirən həkimlərimiz gedib xarici ölkələrdə işləyə, orada aparıcı həkimlər ola bilirlər. Amma Azərbaycanda hamısı küncə sıxılıblar. Hansı ki, bu gün Almaniyada bizim xeyli həkimlərimiz var."
Professor vurğulayıb ki, bu, düzgün yanaşma deyil:
"Əgər bizim həkimlərimiz millətin gözündə yetərincə deyilsə, deməli hüquqşünaslar da, iqtisadçılar da yetərincə deyil. Təbii ki, tənqid olunacaq xeyli məqamlar var. Biz bunları yavaş-yavaş qaydaya salmalıyıq. Səhiyyəmizi elə vəziyyətə gətirməliyik ki, tamamilə, vətəndaşın xeyrinə çalışa bilsin. Hazırda bununla bağlı işlər gedir, İcbari Tibbi Sığorta da bu istiqamətdə atılmış mühüm bir addımdır".
Gülşad İbrahimova
Kurslar.az kurslar [newsid: 0-123300]

PAŞA Bank Xəzər İnşaat Həftəsinin rəsmi bank tərəfdaşıdır
Ödənişli yolda yük maşını aşdı - Ölən var
İstanbulda ölənlərin sayı 4 nəfərə çatdı
Paşinyan razılaşmaya əməl edəcəkmi? - Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA
Azərbaycanın beynəlxalq axtarışa verdiyi türkiyəli jurnalist üzr istədi
Sülh müqaviləsinin imzalanacağı tarixi açıqladı
Ermənistanla bağlı qətnamələr 30 il niyə icrasız qaldı? – Politoloqdan AÇIQLAMA
Ferhat Göçer Bakıda konsert verəcək
Bu yol bağlı olacaq - Sürücülərin nəzərinə
Bakı-Quba yolunda yük maşını aşıb, ölən var
Hilari Suonk 52 yaşında 3-cü dəfə ana olacaq
Azərbaycan məşhur yapon serialında - Foto
Avropanın 6 ölkəsində Ermənistanı sorğulayan aksiyalar təşkil edilib
Ağır cinayətlərə görə cəzanın təxirə salınma qadağası Konstitusiyaya uyğun hesab edilib
Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür