Pulumuzu qızıla dəyişək? – Qiyməti durmadan artır
"Bu gün qızıl diversifikasiya olunmuş ehtiyat idarəetmə üsulu kimi qəbul olunur. Bir çox ölkələr ehtiyatlarını artıq qızıl ibarəsinə çevirir. Beləliklə, qızılın qiyməti durmadan artır".
KONKRET.az xəbər verir ki, bu sözləri "Yeni Sabah"a açıqlamasında iqtisadçı Fuad İbrahimli deyib. O bildirib ki, bu gün istər qızıl, istərsə də əmlak bazarında Azərbaycan əhalisinin real gəlirlərindən dəfələrlə yuxarı qiymət fonu formalaşıb:
"Bu gün nəzərə almaq lazımdır ki, istər qızıl, istərsə də əmlak bazarında Azərbaycan əhalisinin real gəlirlərindən dəfələrlə yuxarı qiymət fonu formalaşıb. Əmlak bazarında süni bahalaşma istənilən halda çökə bilər.
Qızılda isə iş fərqlidir. Qızılın qiymətləri bazar birjalarında formalaşır. Yəni burada Azərbaycan reallığı bunu əhatə etmir. Amma orada da spekulyativ alətlər hər zaman hərəkətə gələ bilər. Bu gün qızıl diversifikasiya olunmuş ehtiyat idarəetmə üsulu kimi qəbul olunur. Bir çox ölkələr ehtiyatlarını artıq qızıl ibarəsinə çevirir. Beləliklə, qızılın qiyməti durmadan artır".
Ekspert vurğulayıb ki, qızıl qiymətlərində qəfil ucuzlaşma ssenarisi də istisna deyil:
"Amma biz unutmamalıyıq ki, müasir dövrdə birjalarda spekulyativ alət deyilən anlayış var. Tələbatla qızılın qiymətinin arta biləcəyi halda, qəflətən əks fon yarana bilər. Belə olan təqdirdə qızıl qiymətləri ucuzlaşma istiqamətində uçuruma doğru gedə bilər. Bunu da nəzərə almaq lazımdır. Bu baxımdan, vətəndaşlara hansısa dəqiq tövsiyə vermək düzgün olmaz".
Qeyd edək ki, "Goldman Sachs Group Inc." Hesabatına görə, əgər Federal Ehtiyat Sisteminin (FED) müstəqilliyi təhdid altına düşərsə və investorlar xəzinə istiqrazlarının az da olsa bir hissəsini qızıla çevirərsə, qızılın qiyməti bir unsiya üçün təxminən 5000 dollara qədər bahalaşa bilər. Əsas proqnoz 2026-cı ilin ortalarınadək qızılın bir unsiya üçün 4000 dollara yüksəlməsini nəzərdə tutur; az riskli proqnoza görə qızıl 4500 dollar; çox riskli proqnoza görə isə 5000 dollar səviyyəsinə çatacaq.

Binəqədidə müşavirə keçirildi - FOTOLAR
Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?
Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Azərbaycan BMT-də mina təhlükəsi və qanunsuz silah dövriyyəsi məsələsini qaldırıb
BMT-də Azərbaycanın minalarla çirkləndirilmiş əraziləri barədə məlumat verilib
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR
Vaqif Sadıqov etimadnaməsini İsveçrə prezidentinə təqdim edib
Bakıda yaşayış binasında uçqun
Albaniya parlamentində əlbəyaxa dava - Deputatlar bir-birinə hücum etdi
Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
Cavid Ağaməliyev həbs edildi
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi