Pulunuzun miqdarının artması və borca düşməmək üçün...

Pulunuzun miqdarının artması və borca düşməmək üçün...Pul xərcləmək barədə bəzi məsləhətlərə qulaq asmaq sizin maddi vəziyyətinizi ağırlaşmamasına səbəb ola bilir. Pul xərcləyən zaman bəzi vərdişlər insanın maddi vəziyyətini aşağı sala bilir. Yazılan məsləhətlərə qulaq asın və siz də səhv edərək qurbana çevrilməyin. Pul xərclədikdə isə diqqətli olun və fikirləşin. Çünki, yığılan borcların əksəriyyəti insanların boşuna pul xərcləməsindən əmələ gəlir. Bunun baş verməməsi üçün isə alış-verişə gedərkən diqqətli olmaq və darıxdığınız zaman alış-verişə getməməkdir. Çünki, bu zaman siz ürəyiniz istəyən şeyi alır və artıq pul xərcləmiş olursunuz. Çoxlu pul xərcləyərək borca düşmək isə ən çox alış-verişə həvəskar olan adamlarda baş verir. Əgər siz alış-veriş mərkəzinə gedəcəksinizsə, o zaman nəyi alacağınızı dəqiq fikirləşin, qəti qərarlaşın və bununla da artıq malları alaraq əlavə pul xərcələməyin. Əgər mağazada xoşunuza gələn bir şey varsa, o zaman həmin malı tez bir anda almayın, sabahı günə saxlayın.
Satışın texnikası ilə yaxından tanış olun
Bir çox şirkətlər müxtəlif vasitələrlə sizə lazım olmayan əşyaları sizə satmağa çalışır. Onlar satışa stimul olsun deyə 50% endrim kompaniyası təklif edirlər. Əslində bu endirim satıcılar tərəfindən edilən bir fədakarlıq deyil, sadəcə olaraq bu sözü işlədərək onlar alıcını şirnikləndirmək istəyirlər.
Alıcıların diqqətini cəlb edən başlıqlardan biri də  budur: "İki mal birinin qiymətinə".  Ekspertlər əgər satılan mala ehtiyac yoxdursa o zaman satıcıya qulaq asmamağa və endrim kompaniyası ilə bağlı olan cağırışlara qulaq asmamağı tövsiyə edir. Satıcının toruna düşməmək üçün onun şirin dilinə aldanmamaq və təkliflərinə boyun əyəməmək lazımdır.
Bəzən elə mağazalar olur ki, orada satılan malların qiyməti digər mağazalarda satılan malların qiymətindən baha olur. Bu heç də həmin malın keyfiyyətli olmasından xəbər vermir. Ən çox bu hallar kreditlə mallar satılan mağazalarda rast gəlinir. Bu mağazalar isə keyfiyyət bəhanəsilə alıcıdan artıqlaması isə pul qoparırılar. Mütəxəssislər satıcıların şirin dilinə aldanmayanların kasıb olma şansının daha aşağı olduğunu vurğuylayırlar.
Bu düşüncələri diqqətdə saxlasanız və məsləhətləri dinləsəniz sizin maliyyə durumunuz elə də aşağı düşməz. Bu məsləhətlər hər şeyə göz yumaraq alver etməməyinizə deyil, kasıb düşməməyiniz üçündür. Çünki, bu deyilənlərə əməl edərək siz irəli gedə və maddi vəziyyətinizi düzəldə bilərsiniz.
Özünüzə pula qənaət etmək üçün plan hazırlayın.
İnsan 20 yaşında pula qənaət edə bilmir. Bu dövrdə insan əlində olan pulu sağa-sola xərcləmək və əylənmək istəyir. Amma, gələcəkdə insana pul lazım olduğuna görə mütləq pul yığmağı bacarmaq lazımdır. Əgər pul yığmağa başlamağı gecikdrsəniz o zaman sizin üçün gec ola bilər. Siz pul yığmağa nə qədər tez başlasanız sizin üçün bir o qədər yaxşı olar. Bunun üçün isə aylıq maaşınızdan və gündəlik gəlirlərinizdən az miqdar yığmağa başlayın.
Qənaəti öz həyatınızın varlı olması üçün edin
Dünyanın ən məşhur milyarderləri də öz pullarının miqdarından razı deyillər. Onlar oz pullarının miqdarlarının daha da artıq olmağını arzulayırlar. Onların pullarının çox olmasına baxmayaraq yenə də pul xərcləyəndə narahat olurlar.
Ekspertlər insan həyatının pula qənaət edərək keçirməyinin əleyhinədirlər, onlar sadəcə olaraq borca düşməmək üçün gəlirlə, xərclənəcək pulların balanslaşmasını məsləhət bilirlər. Bu isə insanın borca düşməməsinə səbəb olan bir amildır.
Dostlarınıza pul xərcləyəndə diqqətli olun
Siz öz pullarınızın sizin dostluqlarınıza, həyatınıza mənfi təsir etməsinə yol verməyin. Əksər hallarda insanlar maliyyə problemlərinin dostları səbəbindən baş verdiyini söyləyirlər. Yəni onların qüruru ağır vəziyyətdə olan yaxın adamına yardım etməməyə icaz vermir. Onlar yaxınlarına yardım etməklə büdcələrinə zərər vururlar. Ekspertlər isə bunu adət halına gətirməyi məsləhət bilmirlər. Çünki, daima kiməsə maliyyə yardımı etmək insanların maliyyə problemlərinin əmələ gəlməsinə səbəb ola bilər.
Bəzi insanlar özlərinin pulları ilə xərclədiklərini müqayisə edir və ona uyğun hərəkət edirlər. Bu zaman onların maddi cəhətdən problemləri olmur və onlar daima irəli gedən insanlardan olurlar.
Milli.Az /news.milli.az

Sağlamlıq       Tarix: 19 sentyabr 2020
f Paylaş

Oxşar xəbərlər

Təzyiqi salmağın inanılmaz yolu - Alimlərdən diqqətçəkən açıqlama

İsti vannada cəmi 30 dəqiqə keçirmək qan təzyiqinin azalmasına və damarların genişlənməsinə kömək edə bilər. Yeni araşdırmada bu təsirin bəzi göstəricilər üzrə orta intensivlikli fiziki məşqlərdən daha güclü olduğu müəyyə

COVID-19-dan ölənlərin sayı 7 milyonu keçdi

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, indiyədək dünya üzrə COVID-19-dan ölənlərin sayı 7 milyon 115 min 86 nəfərə çatıb. KONKRET.aztrend-ə istinadən xəbər verir ki, ÜST-nin məlumatına əsasən, qlobal miqyasd

Günvurma zamanı uşağa ilkin yardım necə edilməlidir? – AÇIQLAMA

Yay mövsümündə uşaqlar arasında ən çox yayılan problemlərdən biri günvurmadır. Günvurma bədən hərarətinin təhlükəli dərəcədə yüksəlməsi nəticəsində yaranan təcili vəziyyətdir. Buna isə daha çox uşaqlar məruz qalırlar. KONKRET.azxəbə

Dünyada Hantavirus təhlükəsi böyüyür: Virusla bağlı elə dəhşətli iddialar yayıldı ki

Dörd il əvvəl edilən və 2026-cı ildə hantavirusla bağlı mümkün yayılmanı "proqnozlaşdıran" paylaşım sosial şəbəkələrdə yenidən geniş müzakirə olunur. Narahatedici xəbərlərin fonunda internetdə siçanlar və digə

Samuxda 9 nəfərdə qarayara aşkarlandı - RƏSMİ

Samuxda xəstə heyvanla təmasda olan 9 nəfər yoluxucu xəstəliklər şöbəsində izolyasiya edilib. KONKRET.azxəbər verir ki, bu barədə Azərbaycan Səhiyyə Nazirliyi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və Tibbi Ərazi Bölmələrin

Ebola virusu yenidən alovlandı və sürətlə yayılır - XƏBƏRDARLIQ

Konqo Demokratik Respublikasında (KDR) Ebola virusunun yayılması nəticəsində 131 nəfər həyatını itirib, 513-dən çox şübhəli yoluxma halı qeydə alınıb. xəbər verir ki, bu barədə BBC məlumat yayıb. KDR hökumətinin sözçüsü bildiri

Kəsim yerlərindən alınan ətdən qarayara xəstəliyi keçə bilərmi?

Samux rayonu üzrə qeydə alınan qarayara hadisəsi bu xəstəliyin kəsim yerlərindən alınan ətlərdən keçə biləcəyi və təhlükəsizlik məsələlərini gündəmə gətirib. KONKRET.azxəbər verir ki, mövzu ilə bağlı -a açıqlama verən qid

ÜST-dən xəbərdarlıq: "Görünməmiş sürətlə yayılır"

"Açıq deməliyik ki, epidemiya hələ də nəzarət altında deyil. Böyük bir üstünlüklə başladı və biz hələ də onun qarşısını almağa çalışırıq". KONKRET.azqafqazinfo-ya istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyy

Tünd şokoladın ürəyə necə təsir etdiyi AÇIQLANDI

Kardioloqlar bildirirlər ki, tünd şokolad ürək sağlamlığı üçün südlü şokoladdan daha faydalı hesab olunur. Bunun əsas səbəbi kakaonun tərkibində olan flavanollar, güclü antioksidant maddələrdir. xəbər verir ki, mütəxəssisləri


yeni xeberler son xeberler azerbaycan xeberleri cəbhədən video son xəbərlər azərbaycanda bu gunun xeberleri haqqinda melumat