Putin Azərbaycana verdiyi vədlərə niyə əməl etmir? - Zahid Orucdan açıqlama

Putin Azərbaycana verdiyi vədlərə niyə əməl etmir? - Zahid Orucdan açıqlama"Rusiya Ukrayna müharibəsində apardığı imperiya siyasətinə xas davranışı AZAL təyyarəsi hadisəsində də təkrarladı. Azərbaycan keçmiş sovet məkanında yerləşən ölkə kimi Rusiya ilə münasibətlərin normal səviyyədə qalmasının tərəfdarı olub".
Bu sözləri azxeber.com-a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri Zahid Oruc Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkinin AZAL-a məxsus təyyarə qəzası ilə bağlı cinayət işinə xitam verilməsi ilə bağlı Azərbaycana ünvanladığı məktuba münasibət bildirərkən deyib. 
O bildirib ki, Azərbaycan heç vaxt müharibə meydanına çevrilməyib:
"Ölkəmiz üzərində hər hansı şimal və ya cənub əleyhinə platforma yaratmaq, hərbi forposta və ya beynəlxalq qarşıdurma meydanına çevirmək imkanları qeyri-mümkün idi. Azərbaycanın uğurunun əsas səbəblərindən biri Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin toqquşma zonasına çevrilməməsidir. Ukrayna, Gürcüstan və Moldova kimi ölkələr geosiyasi maraqların mübarizə meydanına çevrildiyi halda, Azərbaycan bundan yayınmağı bacarıb".
Deputat deyib ki, Azərbaycanın siyasətində əsas prioritet regional təhlükəsizlik və milli maraqların qətiyyətlə qorunmasıdır:
"Ölkənin siyasətində əsas prioritet regional təhlükəsizlik və milli maraqların qətiyyətlə qorunmasıdır. Ukrayna məsələsində NATO infrastrukturunun Rusiyaya yaxınlaşması iddia edilirdi və bu, 1990-cı illərdə verilmiş vədlərə zidd addımlar kimi təqdim olunurdu. Vaxtilə NATO rəhbərliyi ABŞ və Böyük Britaniyaya genişlənməyəcəyi ilə bağlı söz vermişdi. Mövcud vəziyyət avroatlantik strukturların Rusiyanı qismən mühasirəyə almaq niyyətində olduğunu göstərirdi. Buna baxmayaraq, Azərbaycan bu mövqelərin qarşısında duraraq, 2022-ci ildə müharibəyə iki gün qalmış Rusiya ilə müttəfiqlik sənədi imzalanmış olsa belə, AZAL təyyarəsinin vurulması həmin sənədin prinsiplərinə zidd oldu. 
AZAL təyyarəsi ilə bağlı hadisə isə göstərdi ki, Rusiya vaxtilə Malayziya təyyarəsinin vurulmasında nümayiş etdirdiyi davranışa bənzər mövqeni bu dəfə də sərgilədi".
Deputat bildirib ki, Putin vədlərinə əməl etməyib:
"Qəzadan sonra ilk mərhələdə məsuliyyətin ekipajın üzərinə atılması və müxtəlif əsassız versiyaların irəli sürülməsi cəmiyyətdə ciddi narazılıq yaratdı. Putinin bu məsələyə dair verdiyi izahlar isə cəmiyyət üçün vacib mesaj sayılırdı. Ümid var idi ki, günahkarlar cəzalandırılacaq, təzminat ödəniləcək və münasibətlərdə üzrxahlıq mövqeyi seçiləcək. Təəssüf ki, bunlar baş vermədi. Rusiyada şovinist və imperiya düşüncəli dairələrin mövqeyi üstün tutuldu. Bu isə güc qalibiyyət deyil, əksinə zəiflik göstəricisidir. Bu dairələr Azərbaycanın 2020-ci ildən sonra güclənən mövqeyini və regionda yeni siyasi reallıq yaratmasını qəbul edə bilmədiklərini açıq şəkildə göstərdilər. 
AZAL hadisəsi onu da ortaya qoydu ki, Rusiya daxilində bəzi qüvvələr Azərbaycanla soyuq müharibə aparırlar. Sadəcə Ukrayna müharibəsi səbəbilə bunu açıq müstəviyə çıxara bilmirlər. Ölkə rəhbərinin üç gün əvvəl Azərbaycan media nümayəndələrinə verdiyi müsahibədə də vurğulandığı kimi, bizə qarşı sərgilənən təzyiq və qeyri-etik davranışlar neytrallaşdırıldı və buna Azərbaycanın gücü çatır".
Parlamentari qeyd edib ki, belə davranışlar Rusiyaya daha çox zərər verir:
"Belə davranışlar Rusiyaya daha çox zərər verir. Ermənistanın öhdəlikləri yerinə yetirmədiyi halda Rusiya ilə ticarət dövriyyəsinin kəskin artması sanksiyalardan yayınmanın göstəricisidir. Hadisənin yalnız Aleksandr Bastrıkinin qərarı kimi təqdim olunması düzgün deyil. Bu məsələ daha geniş siyasi iradənin nəticəsidir. Buna görə də məsuliyyəti yalnız Bastrıkinin üzərinə yönəltməklə əsas hədəflərdən yayınmaq olmaz.
AZAL təyyarəsi hadisəsi Rusiya–Azərbaycan münasibətlərində ciddi böhran yaratdı".
Zahid Oruc vurğulayıb ki, AZAL hadisəsi yalnız lokal bir təyyarə insidenti deyil:
"Donald Tramp Azərbaycan Prezidentini açıq şəkildə yüksək qiymətləndirərək, onu güclü lider kimi təqdim edib, dəfələrlə sosial şəbəkə paylaşımlarında və çıxışlarında Ermənistan-Azərbaycan münaqişəsinin həllində atılan addımları xüsusi qeyd edib. Azərbaycanın adı ABŞ lideri tərəfindən daim müsbət kontekstdə çəkilir və bölgəyə investisiya yatırmağa hazır olduqları bəyan edilir. Rusiya isə vaxtilə "moderatorluq" adı altında Ermənistan üzərində təzyiq göstərməyə çalışırdı. Bu fonda AZAL hadisəsi yalnız lokal bir təyyarə insidenti olmadı — həm siyasi, həm iqtisadi, həm də geosiyasi nəticələr doğurdu. Bu prosesdən daha çox zərər görən tərəf Rusiya oldu. Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsində olduğu kimi, bu məsələdə də milli iradəni qətiyyətlə ifadə edən lider kimi tarixdə qalmaqdadır".
Şahanə Ziyad

Siyasi       Tarix: 08 yanvar 2026
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Aqil Abbası tənqid etdi: Özü hədəfə alındı - FOTO

Millət vəkili Aqil Abbasın Milli Məclisdə Ağdama köçlə bağlı səsləndirdiyi fikirlər ətrafında müzakirələr səngimək bilmir. xəbər verir ki, ötən gün deputat Səbinə Salmanova da həmkarının fikirlərinə rəsmi sosial şəbəkə hesabınd

Azərbaycan I Qarabağ müharibəsində itkin düşənlərlə bağlı BMT-də bəyanat yayıb

Azərbaycan I Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərlə bağlı BMT-də bəyanat yayıb. xəbər verir ki, bəyanatı Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin müşaviri Nahidə Bağırova "Növbəti dörddəbir əsrdə Qadınlar

Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb

Azərbaycanın Baş naziri Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb. xəbər verir ki, Əli Əsədovu Tbilisi Beynəlxalq Hava Limanından Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvil

Merz İranla münaqişənin Avropaya 100 milyard avrodan baha başa gəldiyini açıqladı

Almaniya kansleri Fridrix Merz İran ətrafındakı münaqişənin son səkkiz ayda Avropaya 100 milyard avrodan çox iqtisadi zərər vurduğunu bildirib. O, tərəfləri vəziyyətin diplomatik yollarla həllinə çağırıb. KONKRET.azxəbə

Azərbaycan, Ermənistan və Gürcüstanın Romadakı səfirləri Cənubi Qafqazda sülhü müzakirə ediblər

Azərbaycanın İtaliyadakı səfiri Elçin Hüseynli Romada Diplomatiya Festivalının (Diplomacy in Rome) XVII buraxılışı çərçivəsində keçirilən "Yol ayrıcında Qafqaz: sülh, dəhlizlər və əməkdaşlığın yeni dövrü" adlı paneld

Prezident onları təltif etdi - Adlar

Azərbaycanda kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif edilib. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycanda kənd təsərrüfatının inkişafınd

Bakıda keçirilən NATO qiymətləndirilməsi başa çatıb

NATO-nun Əməliyyat İmkanları Konsepsiyası Proqramı çərçivəsində Azərbaycan Hərbi Hava Qüvvələrinin "Mi-17-1V" tipli helikopter cütlüyünün 2-ci Səviyyəli (NEL-2) NATO qiymətləndirilməsi başa çatıb. Müdafiə Nazirliyində

Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi müzakirə edilib

Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi perspektivləri və ikitərəfli əməkdaşlığın gücləndirilməsi müzakirə olunub. xəbər verir ki, bu barədə Azərbaycanın Özbəkistandakı səfirliyinin "X" sosia

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada Türk Dövlətləri Təşkilatı (TDT) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edir. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Ceyhun Bayramov


son xeberler yeni xeberler azerbaycan xeberleri en son xeberler bu gun son xeberler bugun 2026 canli bu gunun xeberleri novruz bayramı