Putin: Beynəlxalq aləmdə vəziyyət getdikcə pisləşir
Beynəlxalq vəziyyət deqradasiyaya uğrayır.
KONKRET.az apa-ya istinadən xəbər veri ki, bunu Rusiya Prezidenti Vladimir Putin xarici ölkələrin səfirlərinin etimadnamələrini təqdim etmə mərasimində deyib.
Onun sözlərinə görə, münaqişələr şiddətlənir və yeni qaynar nöqtələr ortaya çıxır, beynəlxalq aləmdə vəziyyət getdikcə pisləşir.
Putin vurğulayıb ki, Rusiya həmişə balanslı kurs yürüdəcək və çoxqütblü dünyaya sadiqdir.
Putin bildirib ki, Ukrayna böhranı Rusiyanın maraqlarını və NATO-nun sərhədlərinə doğru irəliləməsini illərdir görməzdən gəlməyin birbaşa nəticəsidir. O əmin edib ki, "Rusiya Ukraynadakı məqsədlərini ardıcıl olaraq həyata keçirməyə davam edəcək".
"Hesab edirik ki, Ukraynadakı münaqişənin sülh yolu ilə həllinə nail olmaq üçün şərtləri möhkəmləndirməklə əsaslı müzakirəyə qayıtmağa dəyər və bu, nə qədər tez olsa, bir o qədər yaxşıdır", – Rusiya lideri qeyd edib.
Putin Rusiyanın Avropa ölkələri ilə lazımi səviyyədə münasibətləri bərpa etməyə hazır olduğunu diqqətə çatdırıb.

Qaxda 7 nəfər göbələkdən zəhərləndi - 5-i Bakıya göndərildi
Keçmiş məmur oğlu HƏBS EDİLDİ - ŞOK SƏBƏB
Ağ çörək və ağ düyünün görünməyən təhlükəsi: Bir vaxtlar milyonlarla insanı xəstələndirən vitamin çatışmazlığı
Prezident onları təltif etdi - Adlar
Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə
Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib
Bakıda restoranda 14 nəfərin qidadan zəhərləndiyi iddia olunur
Bakıda yaşlı qadını avtomobil vurdu
Noyabrda 11 gün iş olmayacaq
"Əl-Nəsr"dən Ronaldonu istədilər
SON DƏQİQƏ: "Qarabağ"ın mübahisə edən iki legioneri barədə SƏRT QƏRAR
"Sabah" mövsümdə ilk dəfə uduzdu
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
Bəziləri az, bəziləri çox ödəyəcək – Bu şəxslər üçün YENİ QƏRAR