"Putin böyük və ciddi bədəl ödəyəcək!" - GƏRGİNLİK ARTIR

Ukrayna prezidenti Vladimir Zelenski Rusiyanın bu ölkəyə gözlənilən irimiqyaslı hərbi müdaxiləsi ilə bağlı xalqa müraciət edib.
KONKRET.az virtualaz.org-a istinadən xəbər verir ki, dövlət başçısı müharibənin yenilik olmadığını, Ukraynanın artıq səkkiz ildir Rusiya ilə müharibə vəziyyətində olduğunu deyib.
"Məgər hərbi müdaxilə 2014-cü ildə başlamayıb? Məgər müharibə təhlükəsi ancaq indi meydana çıxıb?", – Zelenski bildirib.
Zelenskinin sözlərinə görə, Rusiya ilə irimiqyaslı hərbi eskalasiya riskləri birinci gün deyil ki, mövcuddur və indi həmin risklər artıb. Eyni zamanda mövzu ətrafında ajiotaj da artıb. "İndi bizim torpaqlarımıza deyil, sizlərin əsəblərinə fəal hücum edirlər ki, daim narahatlıq içərisində olasınız", – Ukrayna prezidenti deyib.
O qeyd edib ki, bu cür informasiya hücumlarının daha bir məqsədi Ukraynanın iqtisadi baxımdan zəiflədilməsidir. Bu yolla investorları qorxudurlar ki, onlar Ukraynada bizneslərinin inkişafına vəsait yatırmaqdan çəkinsinlər. Zelenski Ukrayna vətəndaşlarını təşvişə düşməkdən çəkinməyə və "rahat nəfəs almağa" çağırıb. Habelə KİV-lərə məsləhət görüb ki, "kütləvi isteriya vasitəsinə" çevrilməsinlər.
"Ukrayna müharibə istəmir, amma Ukrayna həmişə ona hazır olmalıdır", – Zelenski deyib.
Zelenskinin xalqa müraciəti ilə təxminən eyni saatlarda ABŞ prezidenti Cozef Bayden də Ağ evdə mətbuat konfransı keçirib və onun çıxışının əsas hissəsi Ukrayna ətrafındakı situasiya ilə bağlı olub. Bayden bildirib ki, baş verənlər Rusiyanın Ukraynaya hücum etmək niyyətini göstərir, ancaq prezident Putin hələ müharibə qərarı verməyib. ABŞ prezidentinin sözlərinə görə, Rusiya Ukraynaya müdaxilə etsə onu "görünməmiş iqtisadi sanksiyalar" gözləyir.
"Mən hələ də hesab edirəm ki, Putin tammiqyaslı müharibə istəmir. Lakin mən bilirəm ki, o niyyətini elə indi dəyişdirməsə böyük və ciddi bədəl ödəyəcək. Və mən hesab edirəm ki, o bütün ömrü boyu bu qərarından təəssüflənəcək", – ABŞ prezidenti bildirib.
Baydenin sözlərinə görə, ABŞ o dərəcədə ağrılı sanksiyalar paketi hazırlayıb ki, onların tətbiqi Rusiya üçün "fəlakət" olacaq. Məsələn, Rusiya bankları dollarla əməliyyatlar həyata keçirə bilməyəcək. Baydenin sözlərinə görə, Kreml heç vaxt bu cür sanksiyalarla üzləşməyib.
Bu arada Ukraynanın müttəfiqləri ona silah dəstəyi verməkdə davam edir. ötən iki sutka ərzində Böyük Britaniya Kral Hərbi Hava Qüvvələrinin 8 C-17 "Globemaster" nəqliyyat təyyarəsi Kiyevə enib. Bu təyyarələr Böyük Britaniyadan tank əleyhinə NLAW komplekslərini daşıyır. Böyük Britaniya artıq Ukraynaya bu kompleksləri verdiyini rəsmən təsdiq edib. Söhbət mindən çox belə kompleksdən gedir. Hesablamalara görə bir C-17 təyyarəsi 180-ə qədər belə kompleks və onlara aid raketlər daşıya bilir. NLAW tank əleyhinə kompleksləri yüksək dəqiqlikli silahdır, atəş məsafəsi 600-800 metrdir, yəni yaxın döyüş üçündür. Hədəfi vurma dəqiqliyi 100 faizdir. Ehtimal edilir ki, Ukrayna azı 1400 belə kompleks alıb. Bu isə Ukraynaya müdaxilə zamanı Rusiya ordusunun ciddi itkilər verəcəyini göstərir.

Siyasi       Tarix: 21 yanvar 2022
f Paylaş

Oxşar xəbərlər

İmzalanmış sənədlər Prezidentin iştirakı ilə mübadilə edildi - FOTOLAR

İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlərin sentyabrın 26-da Prezident İlham Əliyevin iştirakı ilə mübadiləsi mərasimi olub. xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məluma

İlham Əliyev Qazaxıstan Prezidentinə BAŞSAĞLIĞI VERDİ

Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə başsağlığı verib. xəbər verir ki, başsağlığı mətnində deyilir:. "Hörmətli Kasım-Jomart Kemeleviç,. Manqistau vilayətində keçirilən hərb

Kərki Azərbaycana qaytarılır? - Müzakirələr qızışır

Ermənistanda anklav kəndlərlə bağlı ciddi müzakirələr gedir. KONKRET.azxəbər verir ki, bu sözləri Bakıvaxtı.az-a açıqlamasında Türkiyənin Ərciyəs Universitetinin professoru, ermənişünas alim Qafar Çaxmaqlı deyib. Professo

İran Qərblə razılaşacaq? – Politoloqdan AÇIQLAMA

İranın uranın zənginləşdirilməsini dayandırmağa razılaşdığına dair məlumatlar Tehranla Qərb arasında diplomatik təmasların yeni mərhələyə keçə biləcəyini göstərir. Bəs bu razılaşma ilin sonunadək İranla Qərb arasında dah

Meloni İlham Əliyevə təşəkkür etdi

İtaliyanın "Eni" şirkətindən sonra Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) də törəmə şirkəti "Italiana Petroli" (IP) şəbəkəsində benzin və dizel yanacağının qiymət həddini təyin etmək qərarın

Milli Məclisin komissiyası: Türkiyədən Azərbaycana qarşı informasiya kampaniyası aparılır

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası son günlər qardaş Türkiyə Respublikasının ərazisindən sosial media platformaları vasitəsilə ölkəmiz əleyhinə aparılan informasiya kampaniyasın

Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng etdi

Sentyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana zəng edib. xəbər verir ki, Dövlətimizin başçısı Prezident Məsud Pezeşkianı ad günü münasibətilə təbri

Ərdoğan İlham Əliyevə zəng etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Əroğan 27 Sentyabr – Anım Günü ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb. Telefon danışığı zamanı Ərdoğa

Hikmət Hacıyev: Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq

Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq. xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkə hesabındak


yeni xeberler son xeberler azerbaycan xeberleri cəbhədən xəbərlər bu gunun xeberleri zelzele ən son xeberler