Putin göstərmək istəyir ki, heç kim onun qarşısını ala bilməz - Politoloq
Ukraynada iki aydan çoxdur işğalçı müharibə aparan Rusiya yenidən Qərb dövlətlərini təhdid edir. Belə ki, ötən həftə Avropanın paytaxt şəhərlərini nüvə silahı ilə təhdid edən xəritə yayımlayan "Rossiya 1" televiziyasında Rusiyanın arsenalında yer alan müasir silahların təsirləri nümayiş olunub. Jurnalist Dmitri Kiselyov bildirib ki, Rusiyanın "Poseidon" raketi İngiltərəni məhv edə biləcək gücdədir. Onun sözlərinə görə, Sarmat dünyanın ən güclü raketidir. Texas və ya İngiltərə böyüklüyündəki ərazini yox edə bilər.
Maraqlıdır, Rusiya bu təhdidlərlə nə demək istəyir? İngiltərə ilə Rusiya arasında münasibətlər hərbi müstəviyə keçə bilərmi?
Mövzu ilə bağlı KONKRET.az-ın suallarını politoloq Tofiq Abbasov cavablandırıb. O bildirib ki, Ukraynada gedən müharibənin fonunda Rusiya ilə Qərb dünyası arasında informasiya müharibəsi və ideoloji qarşıdurma pik həddə çatıb:
"İnformasiya müharibəsi sahəsindəki gərginlik hərbi meydanda olan gərginlikdən heç də geri qalmır. Tərəflər bir-birini təhdid, ittiham etməklə yanaşı xəbərdarlıq göndərir. Bütün Qərb dünyası Rusiyanı təkləməyə çalışır. Bunun qarşılığında Kreml öz silah arsenalını bütün dünyaya nümayiş etdirir və deyir ki, lazım gələrsə bu silahlardan istifadə etməkdən çəkinməyəcəyik. Sarmat raketinin son sınağı bir neçə gün əvvəl baş verdi. Rusiyanın qərbindən Kamçatka bölgəsinə qədər bu raket sınaqdan keçirildi. O, hədəfə dəyməklə yanaşı öz dağıdıcı potensialını nümayiş etdirdi. Çünki onun əsas üstünlüyü böyük həcmli başlıqları özündə daşıya bilmək qabiliyyətidir. Məlumdur ki, Rusiyanın çox böyük nüvə arsenalı var. Ölkənin siyasi rəhbərliyi indiyə kimi nüvə başlıqlarından istifadə ilə bağlı dəfələrlə xəbərdarlıq edib. Putin göstərmək istəyir ki, heç kim onun qarşısını ala bilməz. Bu da əslində informasiya cəbhəsində döyüşün bir hissəsidir".
Politoloq bildirib ki, ABŞ-dan fərqli olaraq Avropa bu müharibədə özünün ən sərt mövqeyini ortaya qoyub:
"Böyük Britaniya isə bu prosesə liderlik edir. Təsadüfi deyil ki, Boris Conson Kiyevə səfər edərək Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşdü. Bu özlüyündə Qərb dünyasının Ukraynaya həm mənəvi, həm də siyasi və hərbi dəstək verməsinin sübutu idi. Ukraynaya gələn müasir silahların bir qismi məhz Britaniyada istehsal olunub. Buna görə hazırda Londonla Moskva arasında çox böyük gərginlik yaşanır. Lakin bu gərginliyin hərbi toqquşmaya gətirib çıxaracağını düşünmürəm".
Şəbnəm Mehdizadə,
KONKRET.az
Xidmetler [newsid: 0-123300]

Gömrüklə bağlı mühüm məqam: Pulu kim verir?
Azərbaycanda investorlar üçün maraq doğuran məqamlar - Prezident açıqladı
Bakıda foruma qatılanların aktivləri 30 trilyon dollardır
ÜDM-in 70 faizdən çoxu... - Prezident açıqladı
Naxçıvanda DƏHŞƏT: arvadını və baldızını bıçaqladı
İlham Əliyev Aleksandr Oşpelt ilə görüşdü
"O, hələ də çox təhlükəlidir" - "Sabah"ın futbolçusu
Dünənki məğlubiyyətdən sonra istefa verdi
Bədəniniz necə qocalır? - Bunu müəyyən etmək üçün 4 sadə test
İmişlidə zavodda GÜCLÜ YANĞIN - FOTO
Gəncədə yol qəzası - xəsarət alanlar var - Foto
Rusiyanın hücumu: Azərbaycanlı həlak oldu
Kiyev bazarına dron hücumu-Kürdəmir sakini həlak oldu
Azərbaycan XİN-in rəhbər heyəti Zəfər parkını ziyarət edib
Mahir Məmmədov yenidən vitse-prezident seçildi