"Putin qalib gəlsə, Mişelə zəng etməyə vaxtımız olmayacaq" – Martirosyan Ermənistanı gözləyən fəlakətdən danışdı
"Paşinyan qumarbazdır. Qumarxanada Ermənistana mərc etdi və məncə, indi başa düşməyə başlayıb ki, hansı oyuna düşüb, Ermənistanı hansı vəziyyətə salıb. Düşünürəm ki, o, törətdiyi fəlakətin miqyasını tam və sona qədər dərk edə bilmədiyi üçün belə edib".
KONKRET.az xəbər verir ki, bu sözləri erməni konfliktoloq, "CM & Partners" şirkətinin baş məsləhətçisi, Bostonda yaşayan Artur Martirosyan deyib.
"Məqam çatanda Azərbaycan məsələnin güc yolu ilə həllinə qərar verəcək. Paşinyan və komandası isə hesab edir ki, Azərbaycan tərəfini xarici təzyiqlərlə nəyəsə məcbur edə bilərlər, halbuki bu, belə deyil. Ermənistan üçün təhlükəli olan da budur", – deyə A. Martirosyan vurğulayıb.
Onun sözlərinə görə, Paşinyan öz siyasəti ilə Ermənistanı məhz 2020-ci ilin 44 günlük Qarabağ müharibəsindən əvvəlki vəziyyətə gətirib: "Bu dəfə də Azərbaycanın hərbi hərəkətləri pislənməyəcək, Azərbaycan Ermənistanı ərazisini dəyişməyə məcbur edəcək".
Artur Martirosyan bildirib ki, Azərbaycanın tələbi yeni ərazilərdir: "Həll etməyə çalışdıqları da məhz budur. Yeri gəlmişkən, Rusiya bu məsələdə Ermənistana daha yaxşı variant təklif edir. Yol Rusiyanın nəzarəti altında olur. Yəni 9 noyabr sənədinin 9-cu bəndində bu var. O variant baş verə biləcəklərdən daha yaxşıdır".
"Rusiya Ukrayna ilə müharibədən qalib çıxanda bizə nə Borrel kömək edəcək, nə də Mişele zəng edə biləcəyik", – deyə o bildirib.
Natiq Səlim,
KONKRET.az

Sahibə Qafarova Qazaxıstana səfər edib
İlham Əliyevdən həmkarına təbrik
Yelo Bank-dan Zəfər Günü hədiyyəsi: 44 gün faizsiz nağd kredit
PAŞA Bank növbəti ağacəkmə aksiyasında iştirak edib
Unibank ağacəkmə kampaniyasında iştirak edib
"Yaşa görə pensiyaların orta məbləği 680 manat proqnozlaşdırılır
"ƏDV geri al" mexanizmi bütün konsert növlərini əhatə edəcək
Azərbaycanda bu fond ləğv olunur
Bakıda bundan toplanan haqq dövlət büdcəsinə ödəniləcək
Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər
Gənc iş adamı toyda qəfil öldü - Foto
Ted Kruz: "Texas mavi ştata çevrilib, amma bu, belə davam etməyəcək"
Bir neçə cinayətə görə axtarışda olan 74 yaşlı qadın həbs edildi