Putin təklifi qəbul etdi: Bakı və Ankara Ukraynadakı oyunu dəyişə bilər - ŞƏRH

Putin təklifi qəbul etdi: Bakı və Ankara Ukraynadakı oyunu dəyişə bilər - ŞƏRHPutin Ərdoğanın Ukrayna məsələsini müzakirə etmək üçün Türkiyəyə dəvətini qəbul etdi. Səfərin vaxtı bəlli deyil, qarşıdurmanın kəskinləşməsi fonunda bunun qısa zamanda baş tutması gözləniləndir. Hərçənd, Kremlin açıqlaması diqqəti fərqli məqama da çəkir.Peskov bildirir ki, epidemioloji vəziyyət və qrafiklər imkan verən kimi Putin Türkiyəyə gedəcək.
Bu o deməkdir ki, Moskva Ukrayna məsələsində Türkiyənin təklif etdiyi masa ilə bağlı yekun qərarı verməyib və səfərin vaxtı proseslərin inkişafına uyğun müəyyən ediləcək:
Qərblə qarşıdurma daha da kəskinləşəcəksə, Putinin Türkiyəyə səfəri tezləşə bilər və Moskva bununla Ankaranın ona qarşı cəbhədə yer almamasına çalışacaq;
Ərdoğan Zelenskini də dəvət etmişdi. Rəsmi Kiyevdən hələki heç bir reaksiya yoxdur. Zelenski toqquşmanın tərəfdarı olmadığını, Putinlə təmas qurmaq istədiyini açıqlayıb. Ankara masası Kiyev üçün yeni fürsətdir, lakin burada ABŞ və Avropanın yanaşması da həlledici rol oynaya bilər.
ABŞ Avropanın Rusiyaya qarşı cəbhədə birləşməsini, Avropa – Fransa və Almaniya Vaşinqtonun marağında olmayan "Normand formatı"nın bərpasını istəyir. Qərb yarımkürəsi Rusiyaya qarşı məsələdə fikir ayrılığı yaşasa da, Türkiyənin qurmaq istədiyi masa məsələsində birləşə bilər: Avropa "Normad formatı"na alternativə, ABŞ Rusiya və Ukraynanın anlaşmasına qarşıdır; bu baxımdan, Ankaraya gəlməməsi üçün Zelenskiyə təzyiqlərin edilməsi mümkündür;
Putin Ankaraya bütün hallarda səfər edəcək, hərçənd, Moskvanın hazırda əsas prioriteti "Normad formatı"nın aktivləşməsi, bununla NATO-da Avropa-ABŞ çatının dərinləşməsidir və bu istiqamətdə işləyəcək.
Proseslərin inkişafından asılı olmayaraq, Kremlin dəvəti qəbul etməsi Ankaranın alternativ masa təklifində müəyyən irəliləyiş hesab oluna bilər. Və Bakı ilə Ankara Zelenskinin gəlişinə də çalışacaq.
Mümkün görüşün təşkili ilə münaqişənin həllində irəliləyişə nail olmaq çətin olsa da, yeni esklasiyanın qarşısını almaq mümkündür.
Və bununla:
– Türkiyənin anti-Rusiya cəbhəsində yer almaq riski azalacaq: prosesdə iştirak edən Bakı da iki cəbhə arasında qalmaq təhlükəsini azalda bilər;
– Qara dəniz bölgəsində geniş toqquşmaya imkan verməməklə Şərqi Aralıq dənizindəki ssenarinin təkrarlanmasının qarşısını ala bilər;
– Alternativ masada istənilən irəliləyiş masanın qurulmasını həyata keçirən Ankara və Bakının regional oyunçu olmaq gücünü artıracaq;
Türkiyə masası Ukrayna üçün ən azı toqquşmanın qarşısını almaq baxımından ən unikal variant hesab edilə bilər, xüsusilə ABŞ-Rusiya toqquşmasında hər iki tərəfin Kiyevi "bufer zona" kimi qəbul etməsi reallığı bunu deməyə əsas verir.
Asif Nərimanlı, siyasi şərhçi
KONKRET.az

Siyasi       Tarix: 28 yanvar 2022
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Ceyhun Bayramov TRIPP təşəbbüsünün regional tranzit şəbəkələrini genişləndirəcəyini bildirib

Xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin (LLDC) xarici işlər nazirlərinin 25-ci illik iclasında çıxış edib. xəbər veri

Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir - FIA prezidenti

FIA prezidenti Məhəmməd bin Sulayem Bakı Şəhər Halqasının (BŞH) unikal atmosferindən və fərqli xüsusiyyətlərindən danışıb. Bakı Şəhər Halqasından bildirilib ki, o, Bakıya səfərindən çox məmnun olduğunu söyləyib. "Bak

Prezident Canni İnfantinonu qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 29-da FIFA-nın prezidenti Canni İnfantinonu qəbul edib. xəbər verir ki, Prezident İlham Əliyev dünyada, o cümlədən Azərbaycanda futbolun dövlət səviyyəsində inkişaf

İlham Əliyev Qazaxıstan Prezidentinə BAŞSAĞLIĞI VERDİ

Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə başsağlığı verib. xəbər verir ki, başsağlığı mətnində deyilir:. "Hörmətli Kasım-Jomart Kemeleviç,. Manqistau vilayətində keçirilən hərb

Prezident ona general rütbəsi verdi

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi ilə bağlı Sərəncam imzalayıb. -un məlumatına görə, Sərəncamla Nihad Ənvər oğl

Hikmət Hacıyev: Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq

Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq. xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkə hesabındak

SOCAR beynəlxalq şirkətlərlə bir sıra mühüm sənədlər imzaladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında təşkil olunan İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində SOCAR tərəfindən müxtəlif şirkətlərlə bir sıra sənədlər imzalanıb.  xəbər veri

FAKTI' Cənubi Qafqazda sülhə görə yalnız Paşinyanın mükafatlandırılması barədə: 'Bu, absurddur

Bolqarıstanın "Faktı" nəşri Cənubi Qafqaz regionunda sülhün bərqərar olmasına töhfə verdiyinə görə Hessen mükafatının Ermənistan hökumətinin başçısı Nikol Paşinyana verilməsinin əsaslılığının şübhə altına alındığ

Bakıdan Gürcüstan Patriarxlığına: Erməni yolu getmə

Gürcüstan Patriarxlığının Azərbaycanın ərazisində yerləşən Kürmük məbədi ilə bağlı verdiyi son açıqlama Azərbaycan ilə Gürcüstan arasında mövcud olan dostluq, tərəfdaşlıq və mehriban qonşuluq münasibətlərinin ruhuna ziddir


son xeberler azerbaycan xeberleri yeni xeberler maliyye xeberler bugun cəbhədən son məlumat cəbhədən görüntüleri ən son xeberler