"Putin uğursuzluğa düçar olub, Qafqazda qisas almaq niyyətindədir" - Fransua Olland
Ermənistanı tərk etmək Fransa və Avropa üçün biabırçılıq olardı. Sərhədlərinin müqəddəs olduğunu qətiyyət və inamla bəyan etməyin vaxtı çatıb.
KONKRET.az xəbər verir ki, bunu Fransanın sabiq prezidenti Fransua Olland bildirib.
"Mən prezident kimi Ermənistan və Azərbaycan arasında münaqişənin həlli üçün vasitəçilik səylərində iştirak etmişəm. Ədalət və şərəf bu gün Fransadan ermənilərə kömək etmək üçün əlindən gələni etməyi tələb edir", – o deyib.
Sabiq prezidentin fikrincə, Rusiya Ermənistandan üz döndərməklə bir neçə məqsəd güdür:
"Birincisi, bu, Putinə Ukraynanın işğalından sonra rolu artan Ərdoğanı zərərsizləşdirməyə imkan verəcək. İkincisi, qaz məsələsində Azərbaycanla ittifaq bağlamaq. Üçüncüsü, Nikol Paşinyanı Moskvadan uzaqlaşıb Avropaya yaxınlaşdığına görə cəzalandırmaq. Bu rüsvayçı dönüşün nəticəsi humanitar səviyyədə dəhşətlidir. Qarabağ erməniləri Ermənistana can atırlar və böyük əksəriyyəti artıq oraya gəlib. Onların bir çoxunun həyatı üçün təhlükə var. Amma ən pisi qabaqdadır, çünki Ermənistanın özünün ərazi bütövlüyü zədələnə bilər", – Olland qeyd edib.
"Bütün baş verənlərə Vladimir Putin töhfə verir, Ukraynada uğursuzluğa düçar olub, Qafqazda qisas almaq niyyətindədir. O, Ermənistanın Rusiyanın nəzarəti olmadan yox olmaq riski olduğunu göstərməkdə qərarlıdır, – deyə diplomat əlavə edib.
Ariz Həsənoğlu,
KONKRET.az
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
Məşhur aktrisa vəfat etdi
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Ərdoğan sabah Qarabağa gəlir
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
Azərbaycanda 'xruşşovka'ların sökülməsinə hazırlıq gedir?
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
Leyla və Arzu Əliyevalar 'Tut Əlimdən' Uşaq Reabilitasiya Mərkəzini ziyarət ediblər
Bir yaş fərqinə görə bütün güzəştlərini itirə bilərlər: Tələbələrin hüquqları sual altında
Şahbuza qar yağır
İlham Əliyev Şuşada açılışda iştirak etdi - FOTO
Kassaya çatana qədər cibimizə girirlər: Marketlərdəki tələ