Putin və Bayden arasında telefon danışığı 1 saata yaxın davam etdi - YENİLƏNİB
Rusiya və ABŞ prezidentləri arasında telefon danışığı başa çatıb.
KONKRET.az-ın məlumatına görə, Amerika mətbuatı dövlət başçısının administrasiyasına istinadən xəbər verir ki, Vladimir Putin və Co Bayden arasında telefon danışığı bir saata yaxın davam edib.
Liderlərin telefon danışığı zamanı əsas diqqət Ukrayna ətrafındakı gərginliyə yönəlib.
***
21:20
ABŞ Prezidenti Cozef Baydenlə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı başlayıb.
KONKRET.azxəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Məlumata görə, danışıqlar Bakı vaxtı ilə saat 20:00-da başlayıb. Öz növbəsində NBC telekanalı da Ağ Evə istinadən bu dəqiqələrdə dövlət başçıları arasında telefon danışığının aparıldığını xəbər verib. Liderlərin Rusiya-Ukrayna gərginliyini, o cümlədən Ukrayna ətrafında vəziyyəti müzakirə etdikləri vurğulanır.
Qeyd edilir ki, ABŞ lideri hazırda Kemp-Deviddəki (Merilend ştatı) iqamətgahındadır.
Daha əvvəl Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib ki, telefon danışığı təşəbbüsü Vaşinqtondan gəlib və Amerika tərəfinin yazılı müraciəti olub.
Putin və Bayden sonuncu dəfə ötən ilin sonunda telefonla danışıblar. Bundan əvvəl dekabrın 7-də onlar videokonfrans vasitəsilə danışıqlar aparıblar. Rusiya və ABŞ rəhbərləri arasında dövlət liderləri kimi ilk təkbətək görüş 2021-ci ilin iyununda Cenevrədə baş tutub.
***
17:59
Bu gün ABŞ Prezidenti Co Baydenlə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olacaq.
KONKRET.az Rusiya mediasına istinadən xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin telefon danışığının bazar ertəsi günü təşkil edilməsini istəyib. Lakin, Prezident Co Baydenin Ukraynaya hücum ehtimalının artması fonunda bunun mümkün qədər tez təşkil edilməsini istədiyi bildirilib.

İmişlidə zavodda GÜCLÜ YANĞIN - FOTO
Gəncədə yol qəzası - xəsarət alanlar var - Foto
Rusiyanın hücumu: Azərbaycanlı həlak oldu
Kiyev bazarına dron hücumu-Kürdəmir sakini həlak oldu
Mahir Məmmədov yenidən vitse-prezident seçildi
Prezident və birinci xanım Bakıdakı Zəfər parkında olub - FOTOLAR
Ərdoğan İlham Əliyevə zəng etdi
Xaçmazda avtomobillər toqquşdu - Yaralılar var
Hikmət Hacıyev: Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq
Dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında - FOTOLAR
Kredit kartlarından istifadədə diqqətçəkən dəyişiklik: Vətəndaşların yeni maliyyə seçimi
Mehriban Əliyevadan Anım Günü ilə bağlı paylaşım
Avtoxuliqanlıq edən sürücü həbs olundu
34 yaşlı kişi qətlə yetirildi: saxlanılan var