Putin və Makron Dağlıq Qarabağdakı vəziyyəti müzakirə etdilər
Putin və Makron Dağlıq Qarabağdakı vəziyyəti müzakirə etdilər
Rusiya və Fransa prezidentləri Vladimir Putin və Emmanuel Makron Dağlıq Qarabağdakı vəziyyətin gərginləşməsini müzakirə ediblər. Hər iki ölkənin liderləri tərəfləri maksimum təmkinli olmağa və təcili sürətdə atəşkəsi bərpa etməyə çağırıblar.
Bu barədə Kremlin mətbuat xidməti məlumat verib.
Telefon danışığı Fransa tərəfinin təşəbbüsü ilə baş tutub.
"Dağlıq Qarabağ münaqişəsi zonasındakı vəziyyətin kəskinləşməsi hərtərəfli müzakirə edilib. Davam edən genişmiqyaslı döyüş əməliyyatları ilə əlaqədar ciddi narahatlıq ifadə edilib. Vladimir Putin və Emmanuel Makron tərəfləri təcili sürətdə atəşkəsi bərpa etməyə, gərginliyi azaltmağa və maksimum təmkinli olmağa çağırdılar", - deyə Kremlin mətbuat xidmətinin yaydığı xəbərin mətnində qeyd olunub.
Hər iki ölkənin prezidenti Dağlıq Qarabağ böhranının siyasi və diplomatik metodlarla həllinin alternativinin olmadığını bildiriblər. /oxu.az

Azərbaycanda qədim yaşayış məskəni aşkarlandı - FOTO
Lənkəranda kişi atasını qaynar su ilə yandırdı
Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR
Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova
Logistika və nəqliyyat Azərbaycanın iqtisadi inkişafında yeni imkanlar yaradır
Azərbaycan iqtisadiyyatına 10,8 milyard dollarlıq sərmayə: Ekspertlər nə deyir?
AZAL-dan Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi TƏKLİF
Pərviz Heydərov vəfat etdi
Yevlaxda üçotaqlı ev yandı
Masallıda kişi evində ölü tapıldı
Beyləqanda elektrik yarımstansiyasında yanğın olub
Yetər susduq, susduqca üstümüzə gəlirlər – Yaqub Mahmudovdan Gürcüstan Patriarxlığına
Tokayevdən Putinlə bağlı SENSASİON AÇIQLAMA: "O, Avropa və dünya üçün..."