Putin Zelenskini oğurlayacaq, ardınca isə... - Ukrayna liderini Maduronun aqibəti gözləyir?

Putin Zelenskini oğurlayacaq, ardınca isə... - Ukrayna liderini Maduronun aqibəti gözləyir?Qlobal siyasətdə liderlərin taleyi və böyük güclərin onlara münasibəti yenidən müzakirə mövzusuna çevrilib. Xüsusilə, Venesuela prezidenti Nikolas Maduronun hakimiyyətdən uzaqlaşdırılması ilə bağlı səslənən iddialar fonunda oxşar ssenarinin Ukrayna prezidenti Volodimir Zelenski üçün də mümkün olub-olmaması sual doğurur. Rusiya–Ukrayna müharibəsinin davam etdiyi, Zelenskinin həm daxildə, həm də beynəlxalq müstəvidə ciddi təzyiqlərlə üzləşdiyi bir mərhələdə "Putin Zelenskini də Maduro kimi sıradan çıxara bilərmi?" sualı aktuallığını daha da artırır.
Mövzu ilə bağlı KONKRET.az-a danışan siyasi şərhçi Əziz Əlibəyli bildirib ki, belə bir ehtimal nəzəri baxımdan mövcuddur, lakin Zelenski məsələsində proses xeyli daha mürəkkəbdir.
Onun sözlərinə görə, Zelenskinin rəhbərlik etdiyi Ukrayna demokratik ölkə kimi tanınır, demokratik idarəetmə institutları və seçki legitimliyi mövcuddur, üstəlik Ukrayna xalqının açıq dəstəyi və qlobal gündəmdə olması bu prosesi çətinləşdirən əsas faktorlardandır:
"Təbii ki, olma ehtimalı var. Amma imic baxımından ciddi fərqlər mövcuddur. Demokratik ölkə, demokratik idarəetmə, seçkilər, Ukrayna xalqının dəstəyi və qlobal kəsimin diqqət mərkəzində olması Zelenski məsələsində çox geniş faktorlar yaradır. Məncə, bu, Maduro prosesindən qat-qat çətindir".
Əziz Əlibəyli qeyd edib ki, ABŞ daxilində də Zelenskini dəstəkləyən qüvvələr mövcuddur və bu, Vaşinqtonun belə bir qərar verməsini asanlaşdırmır:
"ABŞ-ın özündə də Zelenski tərəfdarları var. Bu baxımdan qərar vermək asan olmaz. Ona görə də indiki mərhələdə bunu istisna edirəm".

Bununla yanaşı, politoloq Zelenski ilə bağlı müəyyən riskli tendensiyaların da formalaşdığını vurğulayıb. Onun fikrincə, Ukrayna liderinin "Madurolaşdırılması" istiqamətində iddialar mövcuddur:
"Zelenskinin korrupsiya məsələlərində adının hallanması, diktatorlaşma ittihamları və "müharibə milyarderinə çevrilməsi" ilə bağlı damğalar var".
Siyasi şərhçiyə görə, bu cür iddialar gələcəkdə Zelenskinin beynəlxalq imicinə təsir göstərə bilər, lakin hazırkı mərhələdə onun Maduroya bənzər şəkildə sıradan çıxarılması real görünmür.
Aynurə İsmayıl
KONKRET.az

Siyasi       Tarix: 08 yanvar 2026
f Paylaş

Oxşar xəbərlər

Aqil Abbası tənqid etdi: Özü hədəfə alındı - FOTO

Millət vəkili Aqil Abbasın Milli Məclisdə Ağdama köçlə bağlı səsləndirdiyi fikirlər ətrafında müzakirələr səngimək bilmir. xəbər verir ki, ötən gün deputat Səbinə Salmanova da həmkarının fikirlərinə rəsmi sosial şəbəkə hesabınd

Azərbaycan I Qarabağ müharibəsində itkin düşənlərlə bağlı BMT-də bəyanat yayıb

Azərbaycan I Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərlə bağlı BMT-də bəyanat yayıb. xəbər verir ki, bəyanatı Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin müşaviri Nahidə Bağırova "Növbəti dörddəbir əsrdə Qadınlar

Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb

Azərbaycanın Baş naziri Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb. xəbər verir ki, Əli Əsədovu Tbilisi Beynəlxalq Hava Limanından Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvil

Merz İranla münaqişənin Avropaya 100 milyard avrodan baha başa gəldiyini açıqladı

Almaniya kansleri Fridrix Merz İran ətrafındakı münaqişənin son səkkiz ayda Avropaya 100 milyard avrodan çox iqtisadi zərər vurduğunu bildirib. O, tərəfləri vəziyyətin diplomatik yollarla həllinə çağırıb. KONKRET.azxəbə

Azərbaycan, Ermənistan və Gürcüstanın Romadakı səfirləri Cənubi Qafqazda sülhü müzakirə ediblər

Azərbaycanın İtaliyadakı səfiri Elçin Hüseynli Romada Diplomatiya Festivalının (Diplomacy in Rome) XVII buraxılışı çərçivəsində keçirilən "Yol ayrıcında Qafqaz: sülh, dəhlizlər və əməkdaşlığın yeni dövrü" adlı paneld

Prezident onları təltif etdi - Adlar

Azərbaycanda kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif edilib. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycanda kənd təsərrüfatının inkişafınd

Bakıda keçirilən NATO qiymətləndirilməsi başa çatıb

NATO-nun Əməliyyat İmkanları Konsepsiyası Proqramı çərçivəsində Azərbaycan Hərbi Hava Qüvvələrinin "Mi-17-1V" tipli helikopter cütlüyünün 2-ci Səviyyəli (NEL-2) NATO qiymətləndirilməsi başa çatıb. Müdafiə Nazirliyində

Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi müzakirə edilib

Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi perspektivləri və ikitərəfli əməkdaşlığın gücləndirilməsi müzakirə olunub. xəbər verir ki, bu barədə Azərbaycanın Özbəkistandakı səfirliyinin "X" sosia

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada Türk Dövlətləri Təşkilatı (TDT) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edir. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Ceyhun Bayramov


azerbaycan xeberleri son xeberler yeni xeberler son xeber az xəbərlər.com enson xeberler cəbhədən xəbər