Putindən sonra Rusiyanın prezidenti o olacaq - Ciddi dəyişikliklər vəd etdi
Rusiyalı müxalifətçi Aleksey Navalnının dul arvadı Yuliya Navalnaya bildirib ki, o, Rusiyaya qayıtsa, prezidentliyə namizəd kimi seçkilərdə iştirak edəcək.
KONKRET.az xəbər verir ki, Navalnaya bu barədə BBC-yə müsahibəsində danışıb.
"Mənim məqsədim ölkədəki dəyişiklikləri daha da yaxınlaşdırmaq və mümkün etməkdir. Əgər Rusiyaya qayıtsam, prezidentliyə öz namizədliyimi irəli sürəcəyəm", – deyə Yuliya Navalnaya qeyd edib.
Onun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putinin hakimiyyətdə olduğu müddətdə Moskvaya qayıtması mümkün deyil.
Navalnaya bildirib ki, həbs olunacağından qorxaraq, hətta ərinin dəfni üçün də doğma şəhərinə baş çəkə bilməyib. İndi Rusiyada ona qarşı ekstremist təşkilatda iştirak ittihamı ilə cinayət işi açılıb, bununla da hakimiyyət ərinin təsis etdiyi Korrupsiyaya Qarşı Mübarizə Fondunu nəzərdə tutur.
Navalnaya etiraf edib ki, o, sehrbaz deyil və Rusiyada dərhal dəyişikliklərin necə aparılacağının sirrini bilmir:
"Əgər böyük bir şeyi dərhal edə bilmirsinizsə, hər gün kiçik bir şey edin və bunu nə qədər çox insan etsə, dəyişiklik vaxtı bir o qədər tez gələcək".
Xatırladaq ki, fevral ayında Yuliya Navalnaya Avropa İttifaqını Rusiyada 2024-cü ilin martında keçirilən qondarma "prezident seçkilərini" tanımamağa çağırıb. Navalnaya deyib ki, Putin artıq diplomatiyanın dilini və oyun qaydalarını tanımır, ona görə də "qaydalarla oynamağa" başlamağa dəyər./publika.az

İki gündür axtarılan 12 yaşlı qız tapıldı
Ombudsman Səbinə Əliyeva Fəxri xiyabanı ziyarət edib
Cəmi 3 il evli qala bildilər
Bu qış hansı geyimlər dəbdə olacaq? – 2026-2027-ci ilin əsas trendləri
Gəncədə 34 yaşlı kişi bıçaqlandı
Azercell-in "Oflayn Qadınlar" layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı 'arzuolunmaz şəxs' elan edildi - Siyahı
Bərdədə qadın evində ölü tapıldı
Ermənistanın Baş naziri: İrəvan və Bakı arasında sülh Cənubi Qafqaz üçün yeni imkanlar yaradır
Bank kartından istifadə edənlərə XƏBƏRDARLIQ
İham Əliyev İliyana Yotovanı təbrik etdi
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub