Putinə yanlış məlumat verilir? - ISW Kremllə bağlı diqqətçəkən hesabat yaydı

Kreml Rusiyanın Ukraynadakı hərbi uğurlarını qəsdən şişirdərək Prezident Vladimir Putində cəbhədəki vəziyyətlə bağlı təhrif olunmuş təsəvvür formalaşdırmağa çalışır. Bu barədə Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) yeni hesabatında bildirilir.
KONKRET.azxəbər verir ki, "ISW" analitiklərinin hesablamalarına görə, 2026-cı ilin əvvəlindən etibarən Rusiya qüvvələri faktiki olaraq Ukrayna ərazisinin cəmi 81,1 kvadrat kilometrinə tam nəzarət qurub. Halbuki, Rusiya ordusunun irəlilədiyi və ya daxil olduğu ərazilərin ümumi sahəsi 626,85 kvadrat kilometr təşkil edir.
İnstitut vurğulayır ki, hər hansı əraziyə daxil olmaq həmin ərazi üzərində tam nəzarətin əldə olunması demək deyil.
Hesabatda həmçinin "Bloomberg" agentliyinin Kremlə yaxın mənbələrə istinadən yaydığı məlumata da diqqət çəkilir. Bildirilir ki, Moskva mümkün sülh razılaşması əldə olunsa belə, işğal etdiyi Ukrayna ərazilərini geri qaytarmaq niyyətində deyil. Məlumata əsasən, Vladimir Putin Donetsk vilayəti üzərində tam nəzarəti təmin etməyə, eyni zamanda Sumı və Xarkov vilayətləri sərhədində "təhlükəsizlik bufer zonası" yaratmağa çalışır.
Bununla belə, "ISW" hesab edir ki, Rusiya ordusunun hücum tempinin əhəmiyyətli dərəcədə zəifləməsi fonunda bu məqsədlərə 2026-cı ilin sonunadək nail olmaq çətin görünür.
Hesabatda Rusiya Müdafiə Nazirliyinin yaydığı və bir təbliğat yönümlü "Teleqram" kanalına istinad edən məlumat da şübhə altına alınır. Həmin məlumatda Rusiya ordusunun 2026-cı ilin ilk yarısında 2226 kvadrat kilometr ərazini ələ keçirdiyi iddia olunsa da, "ISW" analitikləri bu rəqəmi təsdiqləmir və onu növbəti şişirdilən təbliğat nümunəsi kimi qiymətləndirirlər.
Müşviq Tofiqoğlu
KONKRET.az

Siyasi       Tarix: 23 iyul 2026
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 30-da Bakı Kristal Zalında "FIFA U-15 World Cup and Festival"ın final matçını izləyib. xəbər verir ki, final görüşündə Çexiya və İspaniya komandalar

Hikmət Hacıyev 'AnewZ'un Qarabağ müharibəsi ilə bağlı hazırladığı filmi paylaşıb

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkə hesabında "AnewZ"da yayımlanan və beynəlxalq fotojurnalis

İran səfirindən Azərbaycanla bağlı açıqlama

Bu gün dünyada cinayətkarlığa qarşı ancaq bir dövlət və ya hökumətin ərazisində mübarizə aparıla bilməz. report-a istinadla xəbər verir ki, bu fikirləri İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Müctəba Dəmirçil

Merz İranla münaqişənin Avropaya 100 milyard avrodan baha başa gəldiyini açıqladı

Almaniya kansleri Fridrix Merz İran ətrafındakı münaqişənin son səkkiz ayda Avropaya 100 milyard avrodan çox iqtisadi zərər vurduğunu bildirib. O, tərəfləri vəziyyətin diplomatik yollarla həllinə çağırıb. KONKRET.azxəbə

Paşinyan qərar verdi: Simonyan Moskvaya gedir

Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan Moskva səfər edəcək. KONKRET.azaxaraz-a istinadən əbər verir ki, bu barədə müvafiq qərarı Ermənistanın Baş naziri Nikol Paşinyan imzalayıb. "Ermənistan Təhlükəsizli

"Heqset belə düşünməkdə yanılır" - Zelenskidən vacib etiraf

Prezident Volodimir Zelenski bildirib ki, ABŞ-ın müdafiə naziri Pit Heqset Ukraynanın hava hücumundan müdafiə sistemləri üçün raket tədarükü məsələsinin həll olunduğunu düşünməkdə yanılır. xəbər verir ki, Zelenski ABŞ tərəfində

"Ceyhun Bayramov Azərbaycanı yüksək səviyyədə təmsil edəcək" - Deputat

"Diplomatiyada mühüm olan ayrı-ayrı tədbirlərdə kimin şəxsən iştirak etməsindən daha çox, dövlətlərarası münasibətlərin davamlılığı, qarşılıqlı hörmət və əməkdaşlığın qorunmasıdır". Bu sözləri -a açıqlamasında Mill

44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB

Azərbaycanşünas erməni ekspert Tatevik Ayrapetyan növbəti dəfə heç bir ciddi fakta söykənməyən iddialarla çıxış edib. globalinfoaz-a istinadən xəbər verir ki, ümumilikdə, Ermənistan cəmiyyətində 44 günlük müharibənin ac

Xidməti maşından şəxsi maraqlar üçün istifadə - Qadağan olunur

Vəzifəli şəxslərin xidməti maşınlarından istifadəsi ilə bağlı qanunvericiliyə dəyişiklik olunur. Bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Müdafiə, təhülkəsizlik və korrupsiya ilə mübaizə komitəsinin bu gü


son xeberler azerbaycan xeberleri yeni xeberler son xeberler bugun bugünki xəbərlər krimnal xeber axsam.az xeberler