"Putinin agenti" və Trampın dostu Rumıniya prezidenti ola bilər - SENSASİON MƏLUMATLAR

Rumıniyada keçirilən prezident seçkilərində ifrat sağçı "Rumınların Birləşməsi Alyansı" (AUR) partiyasının lideri Corce Simion liderlik edir. Exit-poll nəticələrinə görə, Simion seçicilərin 33,1 faiz səsini qazanıb. Onu hakim koalisiyanın namizədi, təcrübəli siyasətçi Krin Antonersku (22,9%) və Buxarestin meri Nikuşor Dan (20,9%) izləyir.
KONKRET.az xəbər verir ki, Heç bir namizədin 50 faizlik həddi keçmədiyi üçün ikinci turun 18 mayda keçirilməsi gözlənilir. Analitiklər ikinci turda Simionun əsas rəqibinin ya Antonersku, ya da Dan olacağını bildirirlər.
Corce Simion özünü açıq şəkildə ABŞ-ın keçmiş prezidenti Donald Trampın tərəfdarı kimi təqdim edir. MAGA hərəkatı ilə ideoloji yaxınlığını vurğulayan Simion, Avropa İttifaqı və NATO ilə bağlı ritorikasını da yumşaldıb. Lakin eyni zamanda, onu Moldova və Ukraynaya girişinə qoyulan qadağa müşayiət edir. Kişineu rəsmi olaraq onun Moldova dövlətçiliyini tanımadığına görə bu qərarı verdiyini bildirib.
Simionun keçmişdə AUR partiyasından çıxarılmış, prorusiya meylli siyasətçi Kəlin Corceskunu yenidən yüksək dövlət postuna gətirməyə çalışması da böyük rezonansa səbəb olub. Qeyd olunur ki, Corcesku bu dəfə seçkilərə buraxılmayıb, lakin Simion onun siyasi xəttini davam etdirir.
Antonersku isə Avropa yönlü mövqedə olan üçpartiyalı koalisiyanın – Sosial Demokrat Partiyası, Milli Liberal Partiyası və macar azlıqlar partiyasının dəstəklədiyi namizəddir. O, əvvəllər Senatın sədri vəzifəsində çalışıb və 2012-ci ildə müvəqqəti olaraq prezident səlahiyyətlərini icra edib.
Eyni zamanda, müstəqil namizəd Nikuşor Dan, müxalifət elektoratının diqqətini cəlb edir. O, sağ mərkəzçi mövqedədir və Aİ-NATO xəttini dəstəkləyir. Həmçinin, "Rumıniyanın Xilas İttifaqı" partiyasının dəstəyindən yararlanır. Paytaxt meri kimi siyasi leqitimliyi olan Dan, bir çox ekspertə görə ikinci turun əsas favoritlərindən biridir.
Rumıniyada prezident 5 illik müddətə seçilir. Əgər heç bir namizəd ilk turda çoxluq qazanmasa, iki ən çox səs toplayan namizəd ikinci turda yarışır.
Natiq SƏLİM,
KONKRET.az

Siyasi       Tarix: 05 may 2025
f Paylaş

Oxşar xəbərlər

TƏCİLİ! Trampdan İlham Əliyevə XÜSUSİ DƏVƏT

ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevi Mayamidə keçiriləcək G20 sammitinə dəvət edib. KONKRET.azxəbər verir ki, bu barədə "Operativ Media" məlumat yayıb. Qeyd edək ki, Mayamidə G20 sammit

İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat

Londonda Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfirliyi qarşısında təxribat xarakterli aksiya keçirilib. xəbər verir ki, bu barədə Azərbaycanın Londondakı səfirliyindən məlumat verilib. Aksiyada iştirak edən 10-1

Merz İranla münaqişənin Avropaya 100 milyard avrodan baha başa gəldiyini açıqladı

Almaniya kansleri Fridrix Merz İran ətrafındakı münaqişənin son səkkiz ayda Avropaya 100 milyard avrodan çox iqtisadi zərər vurduğunu bildirib. O, tərəfləri vəziyyətin diplomatik yollarla həllinə çağırıb. KONKRET.azxəbə

TikTok' montajından siyasi mesaj düzəldənlər: Türkiyə mediasına məsuliyyət çağırışı

Azərbaycan Prezidenti İlham Əliyevin görüntüləri üzərinə illər əvvəlki çıxışından səs yazısının əlavə edildiyi videonun Türkiyənin bəzi media resurslarında və sosial şəbəkə hesablarında təqdimat forması ciddi narazılıq doğurur

Bir aylıq 'qardaş' qaralama kampaniyası

Bu gün, oktyabrın 29-da Türkiyədə Respublikanın yaranmasının 103-cü ildönümünü qeyd edilir. Prezident İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı səmimi təbrik edərək qardaş Türkiyəyə və onun xalqına sülh, rifa

Ağ Evə tanklardan atəş açılan gün: Rusiyada diktatura yolunun başlanğıcı

1993-cü ilin oktyabrında Rusiyada baş verən hakimiyyət böhranı təkcə prezidentlə parlament arasında siyasi qarşıdurma deyildi. Bu, ölkənin gələcək idarəçilik modelini müəyyən edən, yüzlərlə insanın həyatına son qoyan və Rusiyad

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək

Milli Məclis 8 noyabr – Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək. Bununla bağlı məsələ parlamentin 3 noyabrda keçiriləcək iclasının gündəliyinə daxil edilib. /

Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb

Azərbaycanın Baş naziri Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb. xəbər verir ki, Əli Əsədovu Tbilisi Beynəlxalq Hava Limanından Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvil

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək

Son zamanlarda Türkiyə ilə Azərbaycan arasında nifaq yaratmağa çalışanlar haqqında bu gərginliyə səbəb olan ilk işarələr göründüyü andan – təxminən bir aydır ictimaiyyəti məlumatlandırmağa, xəbərdar etməyə və atılmalı ola


yeni xeberler azerbaycan xeberleri son xeberler cəbhədən son vəziyyət cəbhədən son məlumatlar sonxəbər son xeberler bugun 2026 muharibe