Putinin əmlakı açıqlandı
Rusiya Prezidenti Vladimir Putin 2024-cü il üçün gəlir və xərclər haqqında bəyannamələri müəyyən edilmiş müddətdə təqdim edib.
KONKRET.az xəbər verir ki, bunu Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib.
Qanuna görə, yüksəkvəzifəli dövlət qulluqçuları hər il aprelin 1-ə qədər öz gəlir və xərcləri, həmçinin həyat yoldaşlarının və yetkinlik yaşına çatmayan uşaqların gəlir və xərcləri haqqında bəyannamə təqdim etməlidirlər. Lakin 2023-cü ildən bu məlumatlar bəyan edilsə də, dərc edilmir. Belə ki, 2022-ci ildə Putin müharibə dövründə vəzifəli şəxslərin gəlir, xərc və digər əmlak məlumatlarının KİV-də dərc edilməməsi barədə fərman imzalayıb.
Putinin ictimaiyyətə açıqlanan son bəyannaməsində (2021-ci il üçün) 77 kvadratmetr mənzil, 18 kvadratmetr qaraj, iki köhnə "Volqa" QAZ-M21, "Niva" yolsuzluq avtomobili və "Skif" qoşqusu qeyd olunub. Putin, həmçinin 153.7 kvadratmetr mənzildən istifadə edir. Bütün bu əmlaklar Rusiyada yerləşir. Həmin il prezidentin gəliri təxminən 10.2 milyon rubl (təxminən 204.5 min manat) təşkil edib. Eyni əmlaklar Putin tərəfindən 2024-cü ildə keçirilən prezident seçkisində namizəd kimi təqdim edilən bəyannamədə də qeyd olunub.//Oxu.az
Kurslar.az kurslar [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
"Neftçi" "Şamaxı"ya qalib gəldi - "Kəpəz" "İmişli"yə qarşı
"Fənərbaxça" Azərbaycan klubunun baş məşqçisini aparır – 3 illik müqavilə təklifi
"Qalatasaray"ın vitse-prezidenti istefa verdi
Azərbaycanın yeniyetmə cüdoçusu Olimpiya çempionu oldu
Şəhid Əli Heydərovun atası vəfat etdi
Mətbuat Şurasının sədrindən jurnalistə qarşı zorakılığa REAKSİYA
Dövlət büdcəsindən şəhər və rayonlara vəsait ayrılmayacaq - Yeni mərhələ başlayır
Zərdüşt Əlizadənin bacısı vəfat etdi
"Möcüzə" deyə satılır - Sağlamlığa DƏHŞƏTLİ ziyan vurur
Aqil Abbası tənqid etdi: Özü hədəfə alındı - FOTO
TƏCİLİ! Trampdan İlham Əliyevə XÜSUSİ DƏVƏT
Zaur Rzayev harada dəfn olunacaq?
İlham Əliyev əlcəzairli həmkarını təbrik etdi
Doğum gününüz haqqınızda nə deyir