Putinin mesajı onun iç üzünü GÖSTƏRDİ – İLGİNC MƏQAMLAR

Bu gün Rusiya prezidenti Vladimir Putinin səsləndirdiyi  fikirlər geniş müzakirə olunur. Ermənistan Baş nazirinin Qarabağ da daxil Azərbaycanın ərazi bütövlüyünü tanıması haqqında bəyanatına toxunan Putin Qarabağın  statusundan danışmağın yersiz olduğunu deyib. Siyasi ekspertlər Rusiya prezidentinin çıxışını fərqli mövqedən şərh edirlər.
Putinin mesajı onun iç üzünü GÖSTƏRDİ – İLGİNC MƏQAMLARPolitoloq Qabil HüseynliKONKRET.az-a açıqlamasında bildirib ki, Putinin çıxışı Rusiyanın əvvəlcədən Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımadığını göstərir.
"Belə çıxır ki, Rusiya rəsmilərinin Azərbaycanın ərazi bütövlüyü haqqında dönə-dönə dediyi sözlər boğazdan yuxarı deyilmiş sözlər olub. İndi isə Putin özünün və ölkəsinin mövqeyinə bəraət qazandırmaq üçün qeyd edir ki, biz nə edə bilərdik, Ermənistan siyasi rəhbərliyi Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdı. Putin özü-özünə sual verib bildirir ki, indi biz nə edə bilərik?
Ermənilər bizə deyirlər ki, nə isə etmək istəyirsinizsə, gəlin bir yerdə edək. Yenə xəyallarından hansısa məsələləri həll etmək keçir. Bunun üçün də Rusiyaya müraciət edirlər. Rusiya prezidenti isə deyir ki, bundan sonra edəcək bir şey yoxdur.
Praqada imzalanmış sənəd var. O sənədin imzalanmasında Ermənistan Baş naziri də iştirak edib. Bu nöqteyi-nəzərdən Ermənistanın edə biləcəyi heç bir şey yoxdur. Qarabağ Azərbaycanın tərkib hissəsidir və heç bir statusdan söhbət gedə bilməz. Üstəlik də bu məsələ ətrafında yeni bir iddia irəli sürmək, hansısa məsələləri başqa cür yozmaq artıq mümkün deyil. Çünki bu, həm də görüşlər zamanı əldə edilən sənədlərdə də öz əksini tapıb.
Putinin məlum çıxışından sonra Ermənistanda bəzi siyasi qüvvələr Paşinyanı Azərbaycanın ərazi bütövlüyü ilə mövqeyini dəyişməyə çağırıb. Qabil Hüseynli bununla bağlı sərt danışdı. Bildirdi ki, belə olarsa, Azərbaycan Ermənistana ərazi iddiası irəli sürə bilər:
"Məsələ təkcə Paşinyanın nəyisə deyib təsdiq etməsiylə bitmir. Əgər bu məntiqlə ermənilər hərəkət etməyə çalışsalar, onda biz bütün Ermənistan ərazisinə iddia irəli sürərik ki, bura Azərbaycan torpaqlarıdır. Bu günkü Ermənistanın tarixi ərazisi 1920-ci ildə cəmi 9 min kv.km olub. İndi isə Ermənistan ərazisi 29,8 min kv.km-dir. 20 min kv.km ərazi Azərbaycan torpaqları hesabına artırılıb. Təkcə 1923-cü ildə Zəngəzurun Ermənistana verilməsi Ermənistan torpaqlarını 10 min kv.km artırdı. Daha sonra Dərələyəz, 1936-cı ilə qədər Göyçə mahalının Ermənistana birləşdirilməsi birdən-birə ərazilərinin həcmini 29,8 min kv.km çatdırdı. Bütün bunlar hamısı son 60 -70 il ərzində verilib.
1918-1923-ci ilin xəritələri var. Həmin xəritələrdə Qarabağ heç vaxt Ermənistana aid olmayıb. Adları çəkilən həmin ərazilər isə həmişə Azərbaycan torpaqları olub. İnanmıram ki, elə bir cəsarətli erməni lideri tapıla ki, sərhədlərin yenidən təftişi barədə məsələ qaldıra. Paşinyan hər hansı fikir dəyişikliyi edərsə, hər hansı iddia irəli sürərsə, məsələnin mahiyyətini dəyişməyəcək. Əksinə Azərbaycana Ermənistana qarşı torpaq iddiası irəli sürmək üçün ciddi əsaslar verəcək.
Vəli Həsənov,
KONKRET.az

Siyasi       Tarix: 12 sentyabr 2023
f Paylaş

Oxşar xəbərlər

Sahibə Qafarova Azərbaycanı Qazaxıstanda beynəlxalq tədbirdə təmsil edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstanın paytaxtı Astanada "Aqaba Prosesi" çərçivəsində keçirilmiş görüşdə iştirak edib. Bu barədə -a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məluma

Fransada 1,6 milyonluq etiraz: Makron hakimiyyətini nə gözləyir?

Fransada bahalaşmaya qarşı keçirilən kütləvi etiraz aksiyalarında 600 mindən çox insan iştirak edib. "Associated Press"in məlumatına görə, Fransa Daxili İşlər Nazirliyi nümayişçilərin sayını 600 min nəfər, həmkarla

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. xəbər verir ki, Cəbrayıl, Qubadlı v

Azərbaycan xalqı bir yumruq kimi birləşmişdi – Prezident

Azərbaycan xalqı 44 günlük Vətən müharibəsi zamanı bir yumruq kimi birləşmişdi. xəbər verir ki, bunu Prezident İlham Əliyev noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli və Cəbrayıl rayonunun Soltanlı kəndlərinə köçən sakinlərl

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. xatırladır ki, Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyin

XİN: 8 Noyabr xalqın milli birliyinin, sarsılmaz iradəsinin, əzminin və Vətənə bağlılığının rəmzidir

8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin ən şanlı səhifələrindən birini təşkil edir. Bu əlamətdar gün 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin, xalqımızın mill

Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Qırğız Respublikasının Prezidenti Sadır Japarov Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. xəbər verir ki, məktub Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib. Məktubda qeyd olunub:. "Zati-aliləri,

Ərdoğanın Azərbaycana səfər proqramı bəlli olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Azərbaycana səfər edəcək. xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran "X" sosial şəbək

Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar

Azərbaycan Prezidenti İlham Əliyev Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi barədə sərəncam imzalayıb. sərəncamın mətnini təqdim edir:. Azərbaycan Respublikası Konstitusiyasının 109-c


son xeberler azerbaycan xeberleri yeni xeberler meherremlik 2026 sonxəbər bu gune olan xeberler xeberler bu qun