Pyotr Lyukimson: "Qarabağ müharibəsində İsrail və Türkiyə müttəfiqə çevrilib" - MÜSAHİBƏ

Pyotr Lyukimson: "Qarabağ müharibəsində İsrail və Türkiyə müttəfiqə çevrilib" - MÜSAHİBƏPyotr Lyukimson: "Qarabağ müharibəsində İsrail və Türkiyə müttəfiqə çevrilib" - MÜSAHİBƏ
Yaxın Şərqdə yeni geosiyasi üçbucaq formalaşır: Türkiyə-İsrail-Birləşmiş Ərəb Əmirlikləri. Bu yaxınlarda Azərbaycanın Qarabağın azad edilməsi uğrunda apardığı Vətən müharibəsi də Türkiyə-İsrail münasibətlərinin yaxşılaşmasına təsir göstərdi.
Bu barədə "Modern Diplomacy" nəşri yazıb. Nəşr həmçinin ermənilərin Türkiyə və İsraildən Azərbaycana silah təchizatı şəklində verilən əhəmiyyətli töhfə sayəsində məğlub olduqlarını qeyd edib.
Öz növbəsində məşhur şərqşünas Aleksandr Knyazev Ankara və Təl-Əvivin Azərbaycanın müttəfiqi olduğu qeyd edib. Onun sözlərinə görə, Türkiyə ilə İsrail arasında məlum ziddiyyətlərə baxmayaraq, bir çox sahədə maraqları üst-üstə düşür və imkanları bir-birini tamamlayır.
Bir çox beynəlxalq mətbuat orqanları bildirib ki, Bakı Türkiyə ilə İsrail arasında münasibətlərin bərpasına öz töhfəsini verir. İsrail analitiki, yazıçı Pyotr Lyukimsonun Media.Az-a verdiyi müsahibəsində dediyi kimi, Azərbaycanın vasitəçi rolunu oynaması onu heç təəccübləndirməyib:
"Bakı həm Türkiyə, həm də İsraillə mehriban münasibətlərdə maraqlıdır. Bundan əlavə Azərbaycan İsraillə ərəb ölkələri arasında əlaqələrə töhfə verib. Birləşmiş Ərəb Əmirlikləri, Mərakeş, Bəhreynlə yeni münasibətlər yaranmağa başladı. Son dərəcə zəruri olan bu prosesdə müsbət rol oynadığı üçün Azərbaycana təşəkkür edirəm. Əslində qarşıdurma heç kimə lazım deyil".
"Türkiyəyə gəldikdə isə Ankara ilə əvvəllər əlaqələrimiz əla idi, lakin son illərdə gərginlik yaranıb. Eyni zamanda qeyd etmək istərdim ki, iqtisadi əlaqələr səngiməyib. Təkcə hər iki istiqamətdə böyüyən idxal və ixrac göstəricilərinə baxmaq kifayətdir. Beləliklə, söhbət sadəcə siyasi böhrandan gedirdi. İsrail ilə Türkiyə arasındakı münasibətlər tamamilə bərpa olunarsa, möhtəşəm olacaq. Ancaq bunun yaxın gələcəkdə baş verəcəyini düşünmürəm. Ancaq xalqlarımız arasındakı münasibətlər həmişə dostluq xarakterli olub. İnanıram ki, bu şəkildə də qalacaq", - deyə Pyotr Lyukimson bildirib.
- Bir çox mütəxəssislər İsrail və Türkiyənin İkinci Qarabağ müharibəsi dövründə əvvəllər bağlanmış müqavilələrdə nəzərdə tutulmuş silah tədarükünü dayandırmadan Azərbaycanın müttəfiqinə çevrildiyini qeyd edir.
- Sözsüz ki, Qarabağ müharibəsində İsrail və Türkiyə müttəfiqə çevrilib. Bu ilk hal deyil, biz həmçinin beynəlxalq terrorizmlə mübarizə sahəsində də müttəfiqik. Xatırlatmaq istəyirəm ki, həm erməni, həm də fələstinli terrorçular çox vaxt birgə hərəkət ediblər. Beləliklə, təkrar edirəm, ölkələrimiz arasındakı münasibətlər daha da yaxşılaşacaq, baxmayaraq ki, 10-12 il əvvəlki səviyyəyə hələlik çatmayacaq.
- Bu yaxınlarda İsrailin Türkiyədəki keçmiş səfiri Pini Avivi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İsraillə münasibətləri yaxşılaşdırmaq niyyəti ilə bağlı açıqlamasının çox böyük əhəmiyyətə malik olduğunu bildirdi...
- Pini Avivi ilə tanışam. Ciddi diplomat və politoloqdur, həmişə nə danışdığını bilir. Türkiyəni də İsraildəki hər kəsdən daha yaxşı tanıyır. Türkiyə Prezidentinin İsraillə münasibətləri yaxşılaşdırmaq niyyətini dilə gətirməsi şübhəsiz vacibdir. İsraildə də, məsələn, protokol səviyyəsində səhv buraxıldığını anlamalıyıq. Şərqdə isə bu çox vacibdir. İndi vəziyyəti düzəltməliyik. Bu prosesdə Bakının rolu, şübhəsiz ki, müsbətdir və biz bunu artıq hiss edirik. Ümumiyyətlə, Azərbaycan Yaxın və Orta Şərqdə müsbət rol oynayır. /oxu.az

Siyasi       Tarix: 09 yanvar 2021
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir - FIA prezidenti

FIA prezidenti Məhəmməd bin Sulayem Bakı Şəhər Halqasının (BŞH) unikal atmosferindən və fərqli xüsusiyyətlərindən danışıb. Bakı Şəhər Halqasından bildirilib ki, o, Bakıya səfərindən çox məmnun olduğunu söyləyib. "Bak

Tokayevdən Putinlə bağlı SENSASİON AÇIQLAMA: "O, Avropa və dünya üçün..."

Qazaxıstan Prezidenti Kasım Jomart Tokayev Rusiya lideri Vladimir Putinin Avropa və bütün dünya üçün ən məqbul rəhbər olduğunu bildirib. KONKRET.azxəbər verir ki, o, bu barədə Almaniya lideri Fridrix Mərtz ilə keçirdiyi mətbua

Hikmət Hacıyev: Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq

Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq. xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkə hesabındak

Baş prokuror: "Azərbaycan beynəlxalq platformalarda fəal iştirak edir

"Azərbaycan həmişə beynəlxalq platformalarda fəal iştirak edir". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü və Azərbayca

Putindən Azərbaycana qadağa: zərər görəcəyik?

Rusiya sentyabrın 29-dan fiziki şəxslərin Azərbaycana 1 milyon rubldan, yəni təxminən 20 min manatdan artıq nağd pul çıxarmasını qadağan edib. Hüquqi şəxslər və fərdi sahibkarlar üçün isə məhdudiyyət məbləğdən asılı olmayara

İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşüb

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 26-da Beynəlxalq Xizək və Snoubord Federasiyasının Prezidenti Aleksandr Oşpelt ilə görüşüb. xəbər verir ki, söhbət zamanı Azərbaycanın beynəlxalq əhəmiyyətli nüfuzlu idman tədbirlərinə

Dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında - FOTOLAR

27 Sentyabr – Anım Günü ilə əlaqədar Baş nazir Əli Əsədov, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, Milli Məclisin sədri Sahibə Qafarova, digər dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında olublar. Dövlə

Vuçiç istefa verdi 

Serbiya Prezidenti Aleksandar Vuçiç ikinci prezidentlik müddətini başa vurmadan istefa verdiyini açıqlayıb. xəbər verir ki, Vuçiç növbədənkənar parlament seçkilərində hakim Serb Tərəqqi Partiyasının namizədi kimi baş nazi

Leyla Əliyeva Kuvakadla müzakirə apardı - FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sentyabrın 29-da Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakad ilə görüşüb. xəbər verir ki, görüşdə kardinal Cor


son xeberler yeni xeberler azerbaycan xeberleri ən son xəbərlər bugün cəbhədən yeni xəbərlər az xeber hava haqqinda