Qadın narkotacir uşaq yeməyinin içində narkotik keçirdi - VİDEO

Qadın narkotacir uşaq yeməyinin içində narkotik keçirdi - VİDEOİstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı Babayeva İlahə Əziz qızına məxsus çamadan gömrük nəzarəti zamanı saxlanılıb.
Dövlət Gömrük Komitəsindən Open.az-a verilən məlumata görə, yoxlama zamanı çamadanın içərisində malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə gizlədilən qəhvə qutularının içindəki sellofan paketlərdən 1542 ədəd MDMA (metilendioksimetamfetamin), uşaq yeməyinin içinə yerləşdirilmiş bir bükümdə 320,105 qram narkotik vasitə - kokain, çay paketinin içinə yerləşdirilmiş sellofan paketdə isə təsiredici maddəsinin ümumi miqdarı 87,106 qram olan və dünyada ən təhlükəli narkotik vasitə hesab edilən MDMB-4en-PİNACA (Bonzay) maddəsi aşkar edilib.
Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin çatdırılmalı olduğu şəxsləri müəyyən etmək üçün əməliyyat tədbiri həyata keçirilib.
Aparılan təxirəsalınmaz istintaq hərəkətləri ilə cinayətkar qrupun digər üzvləri Məmmədova Lalə İlqar qızı və Kərimova Nərminə Çingiz qızının törədilmiş cinayətdə iştirakçı olmalarına dair əsaslı şübhələr müəyyən edilib.
Lalə Məmmədovanın yaşadığı ünvanda keçirilmiş axtarış zamanı 2 bükümdə, ümumi çəkisi, 8,512 qram psixotrop maddə - metamfetamin, 502 həb MDMA (metilendioksimetamfetamin), 8 bükümdə ümumi çəkisi 7,337 qram təşkil edən narkotik vasitə - kokain və 70 həb preqabalin, həmçinin elektron tərəzi, narkotik vasitə, psixotrop və güclü təsir edən maddələrin qəbulunda istifadə edilən çoxlu sayda alətlər, həmin maddələrin alqı-satqısına dair yazıların olduğu qeydiyyat dəftərləri aşkar edilib.
Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrlə ittiham elan edilib və Yasamal rayon məhkəməsinin qərarına əsasən barələrində həbs qətimkan tədbiri seçilib.

Hadisə       Tarix: 27 yanvar 2021
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Bakıda qadına qarşı cinsi zorakılıq edən şəxsin FOTOSU

Bakıda qadına cinsi zorakılıq edib pulunu ələ keçirən şəxs saxlanılıb. -a istinadən xəbər verir ki, Yasamal rayon sakini G.H. polisə müraciət edərək Araz Ayaz oğlu Babayevin ona qarşı cinsi zorakılıq etdiyini, daha sonr

Ata ona yeni ayaqqabı alması ilə bağlı irad bildirən qızını döydü

Sumqayıt Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa az ağır zərər vurmada təqsirləndirilən Nağı Kərəmovun (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. . -a istinadə

İşçiləri İdris Quliyevin 104 minlik malını oğurladı

Sumqayıtda yerləşən "Qold Qayalı" marketin anbarından külli miqdarda oğurluq olub. -ın əldə etdiyi məlumata görə, hadisəni törədənlər "Qold Qayalı"nın təsərrüfat müdiri və mağazada fəhlə kimi çalışan ik

Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü

Neftçala rayonunda bədbəxt hadisə baş verib. KONKRET.azxəbər verir ki, hadisə rayonun Pirətəvan adlanan ərazisində qeydə alınıb. İlkin məlumata görə, rayonun Həsənabad qəsəbə sakini, 3 yaşlı uşaq velosipedlə hərəkətdə olarkə

Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildi

Paytaxtın Xətai rayonunda kafelərin birində "Ceyhun Sabunçu" ləqəbi ilə tanınan Ceyhun Mirağayevin ölümü ilə nəticələnən kütləvi davanın iştirakçıları hakim qarşısına çıxarılıb. -ınəldə etdiyi məlumata görə, ölüml

Kütləvi davada qətli törədənlərin kimliyi bilindi

Bakıda ölümlə nəticələnən kütləvi dava ilə bağlı əlavə detallar məlum olub. "Qafqazinfo"ya istinadən xəbər verir ki, qətli törədənlərin "Sabunçu Emil" və MMA döyüşçüsü kimi tanınan Elnar adlı şəxslər olduğ

Ceyranbatanda 10 şagird zəhərləndi

Ceyranbatan qəsəbəsi 2 nömrəli tam orta məktəbin 10 şagirdi zəhərlənib. KONKRET.azAPA-ya istinadla xəbər verir ki, şagirdlərin "popkorn"dan zəhərləndiyi ehtimal olunur. Hazırda məktəb ərazisinə təcili yardım briqadas

Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı

Dağıstanın Sulak qəsəbəsi yaxınlığında, Xəzər dənizində batan ikinci balıqçının cəsədi dörd günlük axtarışlardan sonra tapılıb. xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin regional idarəsi məlumat yayıb

Elçin Yusubov Korrupsiyaya qarşı Baş İdarəyə çağırıldı

Xəbər verdiyimiz kimi, iki gün öncə Prezidentin Xankəndi və Ağdərə rayonu üzrə xüsusi nümayəndəsi Elçin Yusubov vəzifəsindən kənarlaşdırılıb. Unikal-a istinadən xəbər verir ki, 6 ay əvvəldən başlayaraq Maliyyə Nazirliyi sözügedə


azerbaycan xeberleri son xeberler yeni xeberler xeberlər kriminal bugunun xeberleri cəbhədən son xəbər