Qadınların damarları kişilərə nisbədən tez qocalır - SƏBƏB
Qadınlarda qan damar sistemi daha tez zədələnib sıradan çıxır, nəinki kişilərdə. Ona görə də qadınlarda ürək-damar problemləri daha erkən yaşda başlayır və gedişatı kişilərdən fərqlənir. Bunu Harvard Universitetinin alimləri Jama cardiology dərgisində dərc etdirdikləri elmi məqalədə qeyd ediblər.
Milli.Az medicina.az-a istinadən bildirir ki, alimlər 33 min insanın təzyiq göstəricilərini 43 il ərzində tədqiq ediblər. Onların 54%-i qadınlar təşkil edib. İştirakçılar 12 -95 yaş arası olub.
Analizlər göstərib ki, qadınların iri arteriyalarından tutmuş xırda kapilyarlara kimi daha erkən yaşda başlayır və kişilərdən sürətli gedir.
Məsələn, yüksək təzyiq qadınlarda 28-30 yaşından başladıqda, artıq 35 yaşına doğru ürək problemləri yaranır.
Eləcə də təzyiqin qəfil yüksəlməsi zamanı infarkt və insult riski də qadınlarda çoxdur və bu zaman qadınları xilas etməm daha çətindir.
50 yaşından sonra qadınlarda hipertoniya riski həm də menopauza ilə əlaqədar olur.
Ona görə də alimlər həyəcan təbili çalaraq, qadınların qan damar sisteminin qorunması və müalicəsinin önə çəkilməsini bildirir.
Milli.Az /news.milli.az
Kurslar.az kurslar [newsid: 0-123300]

Xankəndi Ultramarafonuna yekun vuruldu
Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü
Kamboca baş naziri Azərbaycana gəldi
Deputatlardan ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasına müraciət
Masazırda motosikletlə avtomobil toqquşdu - Ölənlər var - Foto
Trampdan Azərbaycan açıqlaması
52 yaşlı piyadanı maşın vurub öldürdü
Qazaxda avtomobil piyadanı vurub, 3 nəfər xəsarət alıb
Gəncədə oğlunu öldürməkdə şübhəli bilinən ata saxlanılıb, daha bir nəfərin yaralandığı məlum olub
Azərbaycanlı reperlə oxuduğu duetə görə saxlanıldı
Bred Pittin yeni sevgilisi - Foto
Evini 3,2 milyona satır - Fotolar
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar
Qızıl 2027-ci ildə neçəyə olacaq? – PROQNOZ