Qadınların əksəri bu haldan əziyyət çəkir: Baş ağrısı, ürəkbulanma, ölüm qorxusu...

Qadınların əksəri bu haldan əziyyət çəkir: Baş ağrısı, ürəkbulanma, ölüm qorxusu...Qadınların bir çoxu menstruasiyadan öncə narahatlıq yaşayırlar. Bəziləri baş ağrılarından, miqren tutmalarından, köp hissindən, ürəkbulanmadan əziyyət çəkir, bir qisim gərgin, aqressiv olur. Hətta bu ərəfədəa arterial təzyiqi yüksələnlər də olur. Bütün bu hallar toplu şəkildə tibdə aybaşıönü sindrom adlandırılır. Aybaşıönü sindrom nə deməkdir?
Milli.Az e-tibb.az-a istinadən bildirir ki, mama-ginekoloq, Tibb Universitetinin dosenti, Tədris Cərrahiyyə Klinikasının həkimi Natəvan Axundovanın dediyinə görə, aybaşıönü sindrom- aybaşıya bir neçə gün qalmış meydana çıxan patoloji simptomların məcmusundan ibarətdir. Bu simptomlar aybaşı başlayan kimi keçib gedir. Ginekoloq deyib ki, hansı klinik əlamətlərin üstünlük təşkil etməsindən asılı olaraq müxtəlif formaları var: 1. Sinir-psixi forma. Aybaşıdan bir neçə gün əvvəl qıcıqlanma, depressiya, habelə zəiflik və ağlağanlıq baş verir. Cavan qadınlarda depressiya; keçid dövrdə olan qadınlarda isə aqressivlik daha çox təsadüf edilir. 2. Ödem forması. Süd vəzilərinin böyüməsi və ağrılı olması; üzün, topuğun, əl barmaqlarının şişkinləşməsi; qarında köp müşahidə edilir. Bir çox qadınlarda tərləmə, iylərə qarşı həssaslığın artması da müşahidə edilir. 3. Sefalgik forma. Başda intensiv, pulsasiyaedici (zoqquldayıcı) ağrılar olur və bu ağrılar göz almalarına yayılır. Baş ağrısı ürəkbulanma və qusma ilə müşayiət olunur. Amma arterial təzyiq normal qalır.
Qadınların 1/3-də bu hallarda depressiya, ürəkdə ağrı, tərləmə, əllərdə keyləşmə müşahidə olunur.
4. Kriz forma. Bu halda arterial təzyiq yüksəlir. Döş qəfəsinin arxasında ağrı, "ölüm qorxusu", ürəkdöyünmə baş verir. Kriz ən çox axşam və gecə, stress və yorğunluq zamanı provokasiya olunur.
Ginekoloqun sözlərinə görə, bu kimi halların aradan qaldırılıması mümkündür. Aybaşıönü sindromun müalicəsi həkim tərəfindən aparılmalıdır. N. Axundova bildirib ki, diaqnozun düzgün qoyulması və vaxtında başlanan müalicə xəstənin yaxşılaşmasına gətirib çıxarır.
Milli.Az /news.milli.az

Sağlamlıq       Tarix: 03 may 2020
f Paylaş

Oxşar xəbərlər

Çox işləmək piylənməyə səbəb olur

Kvinslend Universitetinin tədqiqatçıları belə qənaətə gəliblər ki, iş saatlarının azaldılması təkcə stressi deyil, ümumilikdə sağlamlığa da müsbət təsir edir. xəbər verir ki, onlarla ölkədən toplanan məlumatların təhlil

Ebola virusu yenidən alovlandı və sürətlə yayılır - XƏBƏRDARLIQ

Konqo Demokratik Respublikasında (KDR) Ebola virusunun yayılması nəticəsində 131 nəfər həyatını itirib, 513-dən çox şübhəli yoluxma halı qeydə alınıb. xəbər verir ki, bu barədə BBC məlumat yayıb. KDR hökumətinin sözçüsü bildiri

Təzyiqi salmağın inanılmaz yolu - Alimlərdən diqqətçəkən açıqlama

İsti vannada cəmi 30 dəqiqə keçirmək qan təzyiqinin azalmasına və damarların genişlənməsinə kömək edə bilər. Yeni araşdırmada bu təsirin bəzi göstəricilər üzrə orta intensivlikli fiziki məşqlərdən daha güclü olduğu müəyyə

D vitamininin ən yaxşı növü: Bunu içməlisiniz

D vitamini bədənimizin düzgün işləməsi üçün lazım olan vacib qida maddələrindən biridir. Sağlam sümükləri, dişləri və əzələləri qorumaq üçün lazım olan fosfat və kalsium miqdarını tənzimləməyə kömək edir. Lazım olan D vitaminini

Bakını bürüyən uçan qarışqalar xəstəlik yayır?

Paytaxt ərazisində son günlər qanadlı qarışqaların sayında nəzərəçarpacaq artım müşahidə edilir. milliaz-a istinadla xəbər verir ki, sosial şəbəkələrdə paylaşılan videolarda çoxlu sayda həşəratın xüsusilə işıq mənbələrini

Xərçəng xəstələri üçün yeni imkanlar: Görülən tədbirlər müalicə xərclərini azaldacaq

Xərçəng xəstəliyinin müalicəsinin dövlət tərəfindən daha geniş maliyyələşdirilməsi və onkoloji xəstələrə əlavə güzəştlərin tətbiqi son illərdə dünyada səhiyyə siyasətinin əsas istiqamətlərindən birinə çevrilib. Azərbaycand

Yayda çimməyin ölümcül riskləri barədə XƏBƏRDARLIQ

"İsti avqust sularında bakteriya və göbələklər sürətlə çoxalır. Qulaq kanalında qalan su isə infeksiyaların yaranması üçün əlverişli şərait yarada bilər". -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionis

Bu əməliyyat pulsuz edilə bilər - Sığorta ilə bağlı vacib açıqlama

Burun çəpərinin əyriliyi (septum deviasiyası) təkcə estetik deyil, həm də sağlamlıq baxımından ciddi narahatlıqlara səbəb olan problemlərdən biridir. Nəfəsalma çətinliyi, tez-tez təkrarlanan sinus iltihabları, xorultu v

Kimlərə qarğıdalı yemək olmaz?

Qarğıdalı güclü enerji mənbəyi olmaqla yanaşı, tərkibindəki lif, B və C vitaminləri, həmçinin kalium və maqnezium kimi minerallar sayəsində həzmi yaxşılaşdırır, ürək-damar sistemini qoruyur və göz sağlamlığını dəstəkləyir


azerbaycan xeberleri yeni xeberler son xeberler meherremlik 2026 cebheden xeberler cəbhədən son vəziyyət son xeberler bugun