Qalibaf ABŞ-nin Yaxın Şərqə hərbi texnika göndərməsini tənqid etdi
İran parlamentinin spikeri Məhəmməd Baqir Qalibaf ABŞ-nin Yaxın Şərq regionuna yeni hərbi texnika göndərməsini kəskin tənqid edib.
KONKRET.az xəbər verir ki, Qalibaf "X" platformasında (keçmiş Twitter) etdiyi paylaşımda ABŞ-nin hərəkətlərini "ikiüzlü" adlandırıb:
"Amerikalılar daim regiona yeni hərbi texnika köçürür və iddia edirlər ki, bu, müharibəyə son qoymaq məqsədi daşıyır. Onlar elə bilirlər ki, bizim kəşfiyyat onların intellekti qədər zəifdir".
Spikerin sözlərinə görə, Tehran ABŞ-nin bu cür addımlarını düzgün qiymətləndirmək üçün artıq kifayət qədər təcrübəyə malikdir: "Biz artıq ABŞ-nin bu oyunlarını tanımağı öyrənmişik və müvafiq şəkildə hazırlaşmışıq. Bəyanatlar əməllərlə təsdiqlənməlidir, onlara zidd olmamalıdır".
Natiq Səlim,
KONKRET.az
Turlar.az [newsid: 0-123300]

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Tovuzda minik avtomobili su kanalına aşıb, xəsarət alanlar var
Bazarda qiymətlər əl yandırır: Meyvə-tərəvəz niyə bahalaşır?
"Əl-Nəsr"dən Ronaldonu istədilər
"Sabah" mövsümdə ilk dəfə uduzdu
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
Bu şəxslərin gəlirlərindən 10 faiz vergi tutulacaq - Qanun
Maaşınızı istədiyiniz bankdan ala biləcəksiniz - TARİX
Yanacaqdoldurma məntəqələrində sürücülər necə aldadılır? – ŞOK İDDİA
Rusiya-Ukrayna münaqişəsində yeni diplomatik mərhələ: Nələr dəyişə bilər?
Mərkəzi Banka yeni səlahiyyət verilir