Qalkin İsraildə verdiyi konsertdə Solovyovla Skabeyevanı ələ saldı - VİDEO
Qalkin İsraildə verdiyi konsertdə Solovyovla Skabeyevanı ələ saldı - VİDEO
Rusiyalı şoumen və teleaparıcı Maksim Qalkin İsraildə konsert verib. Çıxışı zamanı o, Rusiyanın Ukraynada müharibə aparmasını tənqid edib və bu fikirlərinə görə təhqir olunduğunu deyib.
"Məni satqın adlandırırlar. Onlar dedilər: "Biz bu xüsusi əməliyyatı NATO-nu Rusiya ilə sərhədlərdən uzaqlaşdırmaq üçün edirik". Və nə oldu? "Axşamınız xeyir, biz Suomidənik". Bu, normaldır? Xoşunuz gəlsə də, gəlməsə də NATO genişlənir. İsveç də Alyansa hazırlaşır".
Şoumen həmçinin rusiyalı jurnalistlər Olqa Skabeyeva ilə Vladimir Solovyovu ələ salıb və ölkədə artıq Skandinaviya əleyhinə əhvalı əvvəlcədən gördüyünü deyib.
"Skabeyevanın ABBA-nın albomunu necə yandırdığını görürəm; sizə dəqiq deyirəm, bu, tezliklə baş verəcək. "İsveç nərdivanı"nın adı dəyişdirilərək "dırmanaq", sauna - "quru buxar", "İsveç masası" isə "görməmiş masası" adlandırılacaq. Və əlbəttə, yüz faiz Selma Lagerlefin və Astrid Lindqrenin nağılları qadağan olunacaq. Mən artıq Solovyovun "Karlson!" bağırdığını eşidirəm", - deyə Qalkin bildirib.
Qeyd edək ki, Qalkin və həyat yoldaşı Alla Puqaçova artıq dördüncü aydır ki, İsraildə yaşayırlar. Onların Rusiyadan gedişi şoumenin Ukraynaya müdaxiləni açıq şəkildə tənqid etməsi ilə əlaqələndirilir.
Mənbə: Operativnıy ZSU /oxu.az
f PaylaşXidmetler [newsid: 0-123300]

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Zelenski o hərəkətinə görə tənqid olundu
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR
Payız xəstəliyi, yoxsa gizli allergiya? - ƏLAMƏTLƏRİ
Zubir müqavilə bağladı, debüt də etdi
ÇL: "Sabah" "Mançester Yunayted"ə qarşı
ANAMA əməkdaşı minaya düşdü: ayağı amputasiya edildi