Qalmaqal böyüdü, Vəfanın prodüseri Ülviyyəni məhkəmə ilə hədələdi
Ülviyyə Namazova və Vəfa Şərifova arasında qalmaqal səngimək bilmir.
azxeber.com xəbər verir ki, ilk olaraq geyim üstündə sözləri çəp gələn müğənnilər hər fürsətdə bir birini tənqid etməyə davam edir.
ATV telekanalında "Rəngarəng səhər" verilişində qonaq olan Ülviyyə Namazova Vəfa Şərifovanın ünvanına sərt sözlər səsləndirib:
"Sən mebel dükanında mebel satmısan. Sonra gəlib buralara çatmısan. Hal-hazırda heç bir mahnın tutmur, toylarda oxunmur. Amma zamanında məni sima olaraq tanımasalar da, mahılarım dillər əzbəri idi bütün el şənliklərində. Pul vurub "youtube"da mahnını 10 gün trend etməklə heçnə olmur. Bunu bütün peşəkarlar bilir ki, pulla edirsiz. Amma mənim "Qoşa çinarlar" mahnım 30 milyon baxış yığıb, bir manat da pul verməmişəm. Özünü məndən üstün tuta bilməzsən. "Dağlar oğlu" da onun mahnısı deyil, o oxuyana qədər mahnı artıq özünü tutmuşdu Afət Fərmanqızı ilə".
Xatırladaq ki, zamanında dost olan ikili arasında qalmaqal geyim üstündə düşüb. Hər iki xanımın eyni mağazadan geyinməsi və Vəfa Şərifovanın mağazaya Ülviyyəyə geyim verməməyi tənbehləməsi həmkarlar arsında söz-söhbətə səbəb olub. Ülviyyənin sözlərinə görə Vəfanın prodüseri Mikayıl Hüseynov (Mika.red )Ülviyyəni məhkəməyə verəcəyi ilə hədələyib. Ülviyyə isə Vəfanın ona qarşı olan bu münasibətini, Şəbnəm Tovuzlu ilə dost olması ilə əlaqələndirib.
Aysel

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Politoloq: "3+3" formatı 6 ildir nəticə vermirsə, bundan sonra da real effekti olmayacaq
Bakıda 21 yaşlı kişi bıçaqlandı
Naxçıvanda zəncirvari yol qəzası olub, xəsarət alanlar var
Bir ailənin üzvləri qəzaya düşdü - Ölənlər və yaralananlar var
Bakının bu rayonunda 2 gün su olmayacaq - Xəbərdarlıq
"İflic olacağam və yataqda qalacağam
Aİ-nin Azərbaycandakı Nümayəndəliyi Müstəqilliyin Bərpası Günü münasibətilə paylaşım edib
Ermənistanın Azərbaycana qarşı mina müharibəsi bu dəfə Romada fotofaktlarla nümayiş etdirilib
Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram
Marsol Group ilə Kamboca Krallığının Turizm naziri arasında görüş keçirilib - FOTOLAR
Bərdədə dəhşət: Sanitar huşsuz pasiyenti 40 dəqiqə döyüb, xəstəxananı şantaj etdi
Qızıl və gümüş bahalaşdı
Zaqatalada dəhşət: rus sürücü TIR-la qadının üstündən keçdi
Rəis müavini faciəli şəkildə HƏYATINI İTİRDİ