Qanunsuz balıq ovlayan şəxslər saxlanılıb
Qanunsuz balıq ovunun qarşısının alınması məqsədi ilə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Xaçmaz rayonunun Xəzər dənizi sahilində və Mingəçevir su anbarında qanunsuz balıq ovlayan şəxslər saxlanılıb.
Open.az xəbər verir ki, bunu Xidmətin rəsmisi Bəhruz Məhəmmədov bildirib.
O qeyd edib ki, araşdırma zamanı brakonyerlərin Mingəçevir şəhər sakini Vidadi Cabbarov, Xaçmaz şəhər sakini Nemət Hacıyev olduğu məlum olub: "Faktlarla bağlı qanun pozucuları barəsində protokol tərtib edilib və qanunamüvafiq tədbirlər görülüb".
B.Məhəmmədov qeyd edib ki, ayrı-ayrı inzibati rayonların ərazisində ov qaydalarını pozduqlarına görə Qusar rayon sakini Şair Bədirxanov, Ağdam şəhər sakini Natiq Əliyev, Tərtər şəhər sakini Bəhruz Qurbanov, Sumqayıt şəhər sakinləri Əlövsət Babayev və Elsevən Abdullayev saxlanılıb və barələrində protokol tərtib edilərək cərimələnib.

Ararat Mirzoyandan ŞOK AÇIQLAMA: "Sülh müqaviləsindən əvvəl bunu edə bilərik"
Milyarderin oğlu necə öldürülüb? - TƏFƏRRÜAT
Tokayev Türkiyəyə gedir
Türkiyədə Azərbaycana dair paylaşımlar edən şəxslər saxlanıldı
Mingəçevirdə maşınlar toqquşdu - Xəsarət alanlar var
Azərbaycan-Türkiyə qardaşlığı siyasi məsələlərdən üstündür - Dövlət Bağçalı
Naxçıvanda yeniyetmə bıçaqlandı
Borca görə qətlə yetirilən Xəyalənin FOTOSU
Zelenskidən ŞOK "Yalta-2" XƏBƏRDARLIĞI: Tramp, Putin və Si Cinpinin gizli planından QORXUR
Heydər Əliyev Mərkəzində 'Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi' mövzusunda panel müzakirəsi keçirilib
Azərbaycan ilə FAO arasında əməkdaşlıq müzakirə olunub
İpoteka krediti qaydaları dəyişdi
Azərbaycanda bəzi kəndlərin adları dəyişdirilə bilər - Diqqətçəkən açıqlama
AFFA 10 komandaya texniki məğlubiyyət verdi