Qanunsuz evlər yaxın vaxtlarda sənədləşdiriləcək? – AÇIQLAMA

Qanunsuz evlər yaxın vaxtlarda sənədləşdiriləcək? – AÇIQLAMABu gün qanunsuz evlərdə yaşayan vətəndaşların problemlərindən biri də yaşadıqları evlərdə qeydiyyata düşə bilməmələridir. Vətəndaşlar bələdiyyədən aldıqları torpaqlar üzərində müvafiq sənədləşmə aparmadan ev tikirlər ki, bu da sonda vətəndaşın özünə problemlər yaradır.
azxeber.com xəbər verir ki, məsələ ilə bağlı Trend-ə açıqlama verən Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bildirib ki, bələdiyyə torpaqlarına dair istər satış, istərsə də icarə haqqında sənədlərin tərtib edilməsi, verilməsi mülkiyyət hüququnu tam təsdiq edən sənəd deyil.
"Çünki əgər torpaq bələdiyyə tərəfindən vətəndaşa satılırsa mütləq özəlləşdirilməlidir. Yəni torpaq özəlləşdirilib çıxarış alınmalıdır. Sonradan əgər həmin torpaq üzərində hər hansı tikinti işləri aparılacaqsa, bu da qanunvericiliyə uyğun sənədləşdirilməli və mülkiyyət hüququna dair müvafiq orqandan sənəd alınmalıdır. Belə olan halda o əmlak tam hüquqa malik olur və lazımi qiymətini alır.
Bələdiyyələr tərəfindən çoxsaylı belə sənədlər verilib. Lakin çox təəssüflər olsun ki, onlar vaxtında lazımi hüquqi qiymətini almayıb, müvafiq orqanlara müraciət edilməyib. Ona görə də həmin torpaqlar üzərində tikilən evlərə mülkiyyət hüququnu təsdiq edən sənədlərin verilməsi gecikdirilir. Lakin bu proses davam edir, artıq on minlərlə sənəd hazırlanıb, bir çoxlarına hüquqi sənədlər təqdim edilib, müəyyən yarımçıq qalan sənədlər var ki, onların da üzərində iş gedir.
Düşünürəm ki, bu işlər sürətləndiriləcək. Çünki istər deputatlar tərəfindən, istərsə də ictimaiyyət tərəfindən ciddi təkliflər var. Hər şey qanunvericiliyə uyğun aparılmalıdır və ona görə də əmlak qanuni sənədlərlə öz təsdiqini tapmalı, gələcəkdə vətəndaşın narazılığına şərait yaratmamalıdır", - deyə komitə sədri əlavə edib.

Sosial       Tarix: 27 mart 2024
f Paylaş

Oxşar xəbərlər

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx

Bir tələbənin illik təhsili ailəyə neçəyə başa gəlir? – Rəqəmlər açıqlandı

"Universitetlərdə təhsil haqlarının məbləği bir sıra amillərdən asılı olaraq dəyişir. Burada ali məktəbin beynəlxalq reytinqlərdəki mövqeyi, təhsilin keyfiyyəti, müəllim heyətinin səviyyəsi, beynəlxalq əlaqələri və universiteti

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

Bu avtomobillər 600 manatdan satışa çıxarılır

Azərbaycanda dövlət qurumlarının balansında olan müxtəlif nəqliyyat vasitələri hərraca çıxarılacaq. xəbər verir ki, hərrac Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfində

Aysel keçmiş həyat yoldaşına dəstək oldu - FOTO

Xəbər verdiyimiz kimi, Xalq artisti Murad Adıgözəlzadə xərçəng xəstəliyindən əziyyət çəkir. xəbər verir ki, bununla bağlı Prezidentin köməkçisi Anar Ələkbərov instaqram səhifəsində paylaşım edib. M.Adıgözəlzadənin keçmi

Sentyabrın 15-i ilə bağlı iki qurumdan birgə açıqlama

Yeni tədris ili ərəfəsində məktəb ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir. xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb. Məlumat

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

"Dəbdəbəli həyatı ilə gündəm olan "influenserlər" insanları qıcıqlandırır" - Tədbir görülməlidir

Sosial mediada "Vanlı Kara Haydar" ləqəbi ilə tanınan MehmetFatih Tançalanın sosial şəbəkə paylaşımları ilə bağlı barəsində cinayət işi üzrəaraşdırma başlanılıb. . Van Baş Prokurorluğu tərəfindən Tançalan barəsind

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard


yeni xeberler son xeberler azerbaycan xeberleri cəbhədən son durum bugünkü son xəbərlər ensonxeberler enson xeberler