Qanunsuz siqaretlər müsadirə olundu - FOTO
Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında siqaretlərin qanunsuz olaraq ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.
KONKRET.az xəbər verir ki, Baş İdarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn "Renault" markalı yük nəqliyyat vasitəsi saxlanılıb, avtomobilin sürücüsü şifahi sorğu sual olunub.
Sorğu-sual zamanı sürücü idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı bir predmetin olmadığını bildirib.
Gömrük baxışı zamanı avtomobilin salonunda, yatağın içərisində və yataq yerinin altında xüsusi üsulla düzəldilmiş gizli saxlanc yerindən 6400 ədəd "Parliament" və 12 200 ədəd "Marlboro" markalı siqaret aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.


ABB-dən qəribə qərar: 'm10'-a pul köçürmələrinə məhudiyyət qoyuldu
Unibank Finance in Motion ilə 10 milyon avroluq saziş imzaladı
Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı qərar verdi
Bakcell-in dəstəyi ilə keçirilən "SummerStack Bootcamp" başladı - FOTOLAR
"Fənərbaxça" onunla razılıq əldə etdi
"Ebola virusu sürətlə yayılır" - ÜST
Qaxda maşın dərəyə aşdı - Xəsarət alan var
Dənizdə batan 4 nəfərdən sonuncunun da meyiti tapıldı
Mi-2 helikopteri qəzaya uğrayıb: Pilot həlak oldu - Rusiyada
Yaponiya və Venesuelada güclü zəlzələ oldu, Venesuelada fövqəladə vəziyyət elan edildi
Kürdəmirdə yük maşını aşıb - Xəsarət alan var
ABŞ NATO sammiti ərəfəsində Türkiyəyə "Kaan" qırıcıları üçün mühərrik satışını təsdiqləyəcək
TƏCİLİ! Rusiyadan Ermənistana ŞOK HƏDƏ - Ordu yeridilir?
Vətən müharibəsi qazisi bıçaqlandı
ABŞ Rusiyanın neft sanksiyaları üzrə istisnaları ləğv etdi