Qanvermə aksiyasında fəal iştirak edən şirkət rəhbərləri ilə görüş keçirildi - FOTOLAR
"Bir damla qan, min ümidə can" devizi ilə təşkil olunan qanvermə aksiyasında fəal iştirak edən şirkət rəhbərləri ilə görüş keçirilib.
azxeber.com xəbər verir ki, oktyabrın 16-da Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) birgə təşkilatçılığı, "Marsol Group", "Məlhəm Beynəlxalq Hospital", Milli Hematologiya və Transfuziologiya Mərkəzi və Respublika Qan Bankının tərəfdaşlığı ilə 27 Sentyabr – Anım Gününə həsr olunmuş "Bir damla qan, min ümidə can" devizi altında keçirilən qanvermə aksiyasında fəallıq göstərən şirkət rəhbərləri ilə görüş baş tutub.
Görüşdə İCMA-nın İdarə Heyətinin sədri Tural Mustafayev və Respublika Qan Bankının icraçı direktoru Elxan Nağıyev də iştirak ediblər. Tədbir çərçivəsində İCMA ilə Respublika Qan Bankı arasında əməkdaşlığa dair memorandum imzalanıb. Sənədin məqsədi könüllü qan donorluğunun təşviqi, sosial məsuliyyət layihələrinin birgə həyata keçirilməsi və korporativ donorluq mədəniyyətinin inkişafına dəstək verməkdir.
Tədbir zamanı həmçinin qanvermə aksiyasında 20-dən çox əməkdaşı ilə fəal iştirak edən şirkət rəhbərlərinə KOBİA və İCMA adından təşəkkürnamələr təqdim olunub.
Qeyd edək ki, artıq ikinci dəfə təşkil olunan aksiya bu il daha geniş miqyasda baş tutub. Belə ki, qanvermə aksiyası 25–26 sentyabr tarixlərində Bakı ilə yanaşı, Şəki, Lənkəran və Xaçmazda da təşkil olunub.
Aksiyada ümumilikdə Bakı və regionlar daxil olmaqla 800-ə yaxın şəxs qan verib. Tədarük olunan qan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan digər xəstələrin müalicəsində istifadə olunacaq.







Kurslar.az kurslar [newsid: 0-123300]

Xalidə Gözəl vəfat etdi
İnfantino İlham Əliyevə təşəkkür etdi - FOTOLAR
Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu
Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildi
Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Azərbaycanla bağlı sərt açıqlamalar verən Saral vəzifəsindən kənarlaşdırıldı
Ərdoğan Azərbaycanı təhdid edən müşavirini vəzifədən çıxardı? – Türkiyə mediasında yeni iddia
Bakıda avtomobil piyadanı vurub
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır